iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: https://qafqazinfo.az/news/detail/onun-sonu-455131
Onun sonudur?



Onun sonudur?

onun-sonudur
Oxunma sayı: 5714

Xəbər verdiyimiz kimi, Fransa parlamenti üçaylıq Mişel Barnye hökumətinin devrilməsi ilə bağlı qətnamə çıxarıb.

“Qafqazinfo”nun məlumatına görə, Fransa Konstitusiyasına əsasən, yeni hökumətin qurulması üçün iyuldan əvvəl seçki keçirilə bilməz.

Bu mərhələdə ölkə Prezidenti Emanuel Makronun seçilməmiş texnokratlardan ibarət hökuməti təyin etməsi mümkündür.

Hətta Makronun cümə axşamı günü xalqa müraciət edəcəyi də artıq məlumdur.

Qeyd edək ki, ölkədə son siyasi böhran hökumətin gələn il üçün qənaət büdcəsini qəbul etmək istəməsi ilə başlayıb.

Marin Le Penin rəhbərlik etdiyi ifrat sol blok və ifrat sağçılar bu qərara qarşı çıxıb.

Beləliklə parlamentin bu gün qəbul etdiyi qətnamənin iki ifrat siyasi qanadın hökumətin onların etirazına biganə yanaşdığı üçün atdığı addım da adlandırmaq olar.

Qeyd edək ki, keçirilən etimad səsverməsində 577 parlamentaridən 331-i hökumət başçısının istefaya göndərilməsinin lehinə olub.

Məsələyə şərh bildirən sabiq fransız parlamentarilər sosial şəbəkələrdə Makron hakimiyyətinin də sonun gəldiyi ilə bağlı paylaşımlar edirlər.

Solçu, Jen-Luc Melenkonun hökumətin devrilməsindən sonra Makronla bağlı “X” hesabındakı paylaşımı viral olub:

“O, hətta üç aydan bir Barnye tapsa belə, özü üç il vəzifədə qala bilməyəcək”.