İngiltərə Premyer Liqasının 14-cü turun oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bütün turnirlərdə yeddi oyundur qələbəyə həsrət qalan “Mançester Siti” doğma meydanda “Nottingem Forest”lə qarşılaşıb.
Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk qolu 8-ci dəqiqədə “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva vurub. 31-ci dəqiqədə “şəhərlilər”in heyətində Kevin De Bruyne hesabda fərqi ikiyə çatdırıb. 57-ci dəqiqədə isə Jeremi Doku komandasının üçüncü qolunu vurub.
Turun digər oyununda “Sauthempton” “Çelsi”ni qəbul edib. Qarşılaşma “Çelsi”nin 1:5 hesablı qələbəsi ilə yekunlaşıb.
“Nyukasl” və “Liverpul” komandaları arasındakı qarşılaşma isə 3:3 hesabı ilə başa çatıb. “Arsenal” da “Mançester Yunayted” üzərində 2-0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Liverpul” 35 xalla turnir cədvəlində liderdir. “Çelsi” ikinci, “Arsenal” üçüncü, “Mançester Siti” dördüncü yerdədir. “Nottingem Forest” altıncı yerdə qərarlaşıb. “Nyukasl” 10-cu, “Mançester Yunayted” 11-ci, “Sauthempton” isə sonuncu pillədədir.