Gəncə sakini şəxsi münasibətlər zəminində bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Xaraba yeri” adlanan ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Həsənov Cəlal Şakir oğlu bıçaqlanıb. Onun taksi sürücüsü olduğu bildirilir.
İlkin məlumata görə, tərəflər arasında münaqişəyə səbəb pulun ödənilməsi söhbəti olub. Adıçəkilən şəxs üç bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Təfərrüatlar araşdırılır.
***
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini C. Həsənova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Azər İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.
Yunis Quliyev