iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: https://qafqazinfo.az/news/detail/bu-defe-olkeni-seher-adlandirdi-455015
Bu dəfə ölkəni şəhər adlandırdı



Bu dəfə ölkəni şəhər adlandırdı

bu-defe-olkeni-seher-adlandirdi
Oxunma sayı: 2510

Daha öncə kürsüdən enərkən boşluğa salam verməsi, yolunu itirməsi, adları səhv salması ilə gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə ölkə ilə şəhəri qarışdırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bayden Afrika ölkəsi Anqolanı “canlı şəhər” adlandırıb.

Bu barədə o, Anqola Prezidenti Juan Lourenso ilə görüşündə danışıb.

“Bilirsiniz, Anqola canlı bir şəhərdir! Mmm, şəhər deyil. Bilirəm ki, bu şəhər Anqola deyil, amma Anqola canlı bir şəhərdir!”, - Bayden deyib.