Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə “Zirə” “Şamaxı”nı 3:1 üstələyərək növbəti mərhələyə adlayıb.
“Sumqayıt” isə 1:1 hesabı ilə başa çatan qarşılaşmanın əlavə hissələrdə MOİK-üzərində qalib gəlib - 3:1.
Beləliklə, 1/4 finaldakı cütlər məlum olub:
“Araz-Naxçıvan” - “Zirə”
“Səbail” - “Qarabağ”
“Kəpəz” - “Neftçi”
“Sabah” - “Sumqayıt”
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk qarşılaşmaları fevralın 5-6-da, cavab matçları isə 27-28-də keçiriləcək.