iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: https://az.wiktionary.org/wiki/tox
tox - Vikilüğət Məzmuna keç

tox

Wiktionary saytından

azərbaycanca: tox

Mənalar :

  1. Aclıq hiss etməyən, yeməyə ehtiyacı olmayan, yeyib doymuş (ac ziddi). Tox adam. – Təranə deyir: – Toxam; Yemək istəmirəm mən. R.Rza. _Tox olmaq – yeyib doymaq, daha yemək istəməmək, ac olmamaq. Tox oldu, ac qarınlar cümlə doldu. S.Ə.Şirvani. // İs. mənasında. Toxun acdan nə xəbəri. (Məsəl).
  2. Bəslənmiş, yedirdilmiş, bəslənib kökəldilmiş, yeyib doymuş. Tox inəklər quyruqlarını bulaya-bulaya tənbəl-tənbəl yeriyirdilər. İ.Hüseynov.
  3. məc. Firavan yaşayan, dövlətli, varlı. Tox adam. Tox (z.) yaşamaq. // məc. Özündənrazı, lovğa, harın. Rüxsarə xanım Kərbəlayı Səfdə- rin tox və harın sifətini görüb bir söz demədi, ətrafına göz gəzdirdi. T.Ş.Simurq.
  4. məc. Təngə gəlmiş, çiyrənmiş, doymuş. “Sözdən, məhəbbətdən toxam” – dedin; İndi də sən məndən həyat istədin. B.Vahabzadə. ◊ Gözü tox olmaq. Özünü tox tutmaq (saxlamaq) – özünü saxlamaq, özünü sındırmamaq.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]