iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: https://az.wiktionary.org/wiki/meşə
meşə - Vikilüğət Məzmuna keç

meşə

Wiktionary saytından
[1] meşə
İsim Tək Cəm
Adlıq halı meşə meşələr
Yiyəlik halı meşənin meşələrin
Yönlük halı meşəyə meşələrə
Təsirlik halı meşəni meşələri
Yerlik halı meşədə meşələrdə
Çıxışlıq halı meşədən meşələrdən
azərbaycanca: meşə

Kiril əlifbası : мешə

Hecalama: me-şə

Mənalar :

  1. Çoxlu ağac bitmiş geniş sahə; orman. Palıd meşəsi. Şam meşəsi. – Meşə çaqqalsız olmaz. (Məsəl). Mən də meşə cığırı ilə boyumdan uca otların arası ilə evə hərəkət edirdim. A.Divanbəyoğlu. Kürün nəriltisi meşədə uğuldayırdı. M.Hüseyn. // məc. Ağac kimi dikəlmiş çoxlu şey haqqında. Gecə ay nur səpirkən buruqlar meşəsinə; Qulaq verdim ney çalan küləklərin səsinə. Ə.Cəmil.
  2. bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti[1]

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]

İstinadlar

[redaktə]