iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: https://az.wikiquote.org/wiki/Yazı
Yazı — Vikisitat Məzmuna keç

Yazı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Anonim yazı yalnız o halda məqbuldur ki, onu yazanın özü həqiqətən mövcud olmasın. Stanislav Eji Lets
  • Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz, ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
  • <...> daha уаxşı olar ki, ərəb əlifbasını ləğv edək. Аvropa yazı üsuluna keçək, yəni soldan saga yazaq, nöqtələri işlətməyək. Latın yazısında olduğu kimi əlifbaya sait səslər üçün hərflər də daxil edək. Mənim belə təklifim İstanbul alimlərinin və vəzirlərinin xoşuna gəlmədi. Və mən öz məqsədimə nail olmayaraq, mükafat olaraq Məcidiyyə ordeni alıb geri qayıtdım. (İstanbuldaki apardığı müzakirə haqqında şərhi)[1] Mirzə Fətəli Axundov
  • Dəliyə yazı yoxdur. Azərbaycan atalar sözləri/D
  • Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün halhazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ bir bəyаn olamaz zənnindəyiz. Məmməd Əmin Rəsulzadə
  • Düzünə qalsa, heç vaxt özümü şair hesab etməmişəm. Həmişə elə hesab etmişəm ki, poeziya başqalarının xüsusi yazı növü kimi qəbul etdiyi qəlibdir. Ona görə də özünü şair adlandırmaq olduqca təhlükəli məsələdir. Qoy bunu başqaları müəyyən etsinlər: onların işi-gücü elə budur. Leonard Koen
  • Əfsanəsiz xalq, əsatirsiz ölkə yoxdur: köçərilərdə onlar şifahi nağıl və hekayətlər şəklində nəsildən-nəslə ötürülür; yarımmədənilər üçün bu əfsanə və əsatirlər onların inamının əsası, onların yazılarının, ədəbiyyat və tarixlərinin əsas məzmunudur; mədəni xalqlar üçün isə onlar təxəyyülü qidalandırmaq üçün ən gözəl qida, mənəvi sərvətdir. Mirzə Kazım bəy
  • Əgər insanın təbiiliyi tərbiyəliliyini kölgədə qoyarsa, o vəhşiləşər. Əgər tərbiyəlilik təbiiliyi kölgədə qoyarsa, yazı bilicisi alınar. Həm təbiiliyi, həm də tərbiyəliliyi özündə birləşdirən adam ləyaqətli insan ola bilər. Əsl insan hər şeyi öz gücü ilə əldə edir. Konfutsi
  • Əgər özümə üzük sifariş vermək həvəsim olsaydı, üzükdə belə bir yazı yazdırardım: “heç nə keçmir”. Mən inanıram ki, heç nə izsiz keçmir və bizim ən kiçik bir addımımızın həm indiki, həm də gələcək həyatımız üçün əhəmiyyəti vardır. Anton Çexov
  • Əgər yazıçı düşündüklərindən fərqli bir şey yazarsa, o yazı naqis olar. Anatol Frans
  • Fundamentalizm ən böyük aldatmadır, çünki o, bizim üçün səy göstərdiyimiz, lakin heç vaxt öz gücümüzlə nail ola bilməyəcəyimiz mütləq, sonsuzluğu, metafizikanı əhatə edərək, bizə burada və indi yanılmaz biliklər verə biləcəyi illüziyası yaradır. Fundamentalist liderlər, papalar, peyğəmbərlər, gurular (Gur - keçmiş mənası pir deməkdir) ümumiyyətlə o qədər sadəlövh deyillər ki, mütləqliyə hökm edə bilməyəcəklərini bilməyəcəklər; güman ki, onlar bəzən onun ümumiyyətlə mövcud olub-olmamasına şübhə edirlər; yoxsa bunu bir illüziya, “xalqın tiryəki” kimi qəbul edəcək qədər kinlidirlər. Lakin öz vəsvəsələri, güc məstliyi və “yalnız mütləq olan təsəlli gətirir” inamı ilə nisbi şeyləri mütləqləşdirir, milləti, partiyanı və ya irqi, kilsəni və ya məzhəbi, mənfəəti və ya sinfi qeyd-şərtsiz, ali dəyərə çevirirlər. qeyri-məhdud pərəstiş və ilahiləşdirmə tələb olunur, qurtuluşun danılmaz həqiqəti üçün yarım və ya dörddəbir həqiqətlər verirlər, dogma üçün bir sənədi Müqəddəs Yazı kimi bəyan edirlər. Qeyd edək: fundamentalist sistemlər doqmalar və kitablar olmadan edə bilməz, çünki onlar hökmdarlar üçün xüsusi sədaqət sınağıdır. İnsanlar şifahi sözdən daha çox yazılı sözə bağlana, anormallıqlarını göstərmək, bidət sübut etmək üçün ola bilər. Hubertus Mynarek
  • Xalqın ümumi idealı ilə bağlı olan, onun həyatına işıq saçan hər bir yazı tərzi, hər bir janr xeyirlidir. İlyas Əfəndiyev
  • İnsan ömrü kimi, sevginin də öz inkişaf qanunu, yaşı vardır. Onun öz təmtəraqlı yazı, isti yayı və nəhayət, bəziləri üçün isti, işıqlı və məhsuldar, digərləri üçün isə soyuq, çürük və barsız olan payızı var. Vissarion Belinski
  • İnsan yazmağı deyilj, görməyi öyrənməlidir. Yazı isə bir nəticədir. Antuan de Sent-Ekzüperi
  • Qadın üzərinə yazı yazarkən qələmi göy qurşagına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsınız. Deni Didro
  • Qeyri-müəyyən və dumanlı yazı yazanlar ya qeyri-ixtiyari olaraq öz axmaqlıqlarını göstərir, ya da qəsdən onu gizlədirlər. Çox vaxtlar isə onlar aydın təsəvvürləri olmayan şeylər barəsində dumanlı yazı yazırlar. Mixail Lomonosov
  • Qəzetə yazı yazmaq adamdan böyük savad tələb eləmir, ancaq qəzeti oxumaq üçün gərək adamın müəyyən savadı və təcrübəsi olsun.[2] Yulius Şteynheym
  • Mənim kreysler kabinetimə gələnlər təəccüblənirdilər ki, yazı masamın üstündə kompyuter qurğuları yoxdur, yəqin onlar unudurlar ki, kompyuter yalnız ona verilən informasiyanın nəticəsini təqdim edir. Uğurun sirri informasiyada deyil, insanlardadır. Li Jakkoka
  • Rəhbərin yazı masası döyüşdəki hərbi gəminin göyərtəsini xatırlatmalı, orada artıq heç nə olmamalıdır. Otto fon Bismark
  • Yazana əziyyət verməyən yazı - oxuyana da zövq verməz. Samuel Conson
  • Yeni əlifba о qədər mükəmməldir ki, indiyə qədər öyrənilmesi illər tələb ədən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman ölkələrində mənim əlifbamı istifadə üçün qəbul edəcəklərmi? Onlar istəyirlərmi ki, nəticədə indiyə qədər mövcud olan milyonlarla kitabın lüzumsuzluğuna səbəb olan müsəlman əlifbasında belə bir çevrilişə yol versinlər? (1857-ci ildə Qafqaz canişini dəftərxanasının direktoruna yazdığı məruzəsində hazırladıgı yeni elifbası haqqında) [3] Mirzə Fətəli Axundov

İstinadlar

[redaktə]
  1. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 38
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.312
  3. Pərvin Məmmədova. "Atatürkün Dil Siyasəti", "AzAtaM", 2003. s. 37-38