Solon
Görünüş
Solon | |||
Doğum tarixi | e.ə. 630 | ||
Doğum yeri | Qədim Afina | ||
Vəfat tarixi | e.ə. 560 | ||
Vəfat yeri | Kipr | ||
|
Afinalı Solon (yunanca:Σόλων); d.E.ə. 640 və ya E.ə. 635 - ö.E.ə. 560 və ya E.ə. 559) — Afinalı şair, siyası xadim və filisof. Yunanıstanın yeddi müdriyindən biri.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamlara xoş gələni deyil, faydalı olanı məsləhət gör.
- Alim bilmirəm, dedikdə, cahil biliyə iddia etməkdə israrlıdır.
B
[redaktə]- Başqalarından hesabat tələb edirsinizsə, siz də hesabat verməyə hazır olun.
- Bildiyiniz hər şeyi söyləməməyə diqqət edin.
- Böyük işləri həyata keçirərkən hamının xoşuna gəlmək mümkün deyil.
D
[redaktə]- Danışmaq hərəkətlərin xəyalıdır.
- Dəfn olunmazdan əvvəl heç kəs xoşbəxt sayıla bilməz.
- Dostu təklikdə məzəmmət elə, hamının yanında isə təriflə.
- Dövlətə mərasimlər və qanunvericilər deyil, kütləni arxalarınca istədikləri yerə apara biləcək şəxsiyyətlər kömək edə bilər. Əgər onlar kütləni düzgün yolla aparırlarsa, o zaman mərasimlər və qanunlar fayda verir, əgər səhv yolla aparırlarsa, faydasız olur.
- Dünyada axmaqlıq qədər ucuz olan və dövlətə baha başa gələn ikinci bir şey tapmaq çətindir.
H
[redaktə]- Hakim mövqeyini tutmayın; əks halda məhkumlar sizə nifrət edəcəklər.
- Hakimiyyətdə olanda hiyləgər insanları ətrafınızdakı mövqelərdə tutmayın, çünki günah işlətdikləri şeylərdə sizi lider kimi günahlandıracaqlar.
- Heç kəsə ölənə qədər xoşbəxt deməyin.
- Həyatın ən yüksək qayəsi xeyirxahlıq və bilik əldə etməkdir.
K
[redaktə]- Kədərə səbəb olan ləzzətdən çəkinin.
M
[redaktə]- Mən xalqa hakimiyyət və azadlığı onun ehtiyacı qədərində bəxş etdim. Onu namusdan məhrum etmədim, lakin artıq hüquqlar da vermədim.
- Mən sizə ədalətli qanunlar yazdım, bunlar nəyin yaxşı, nəyin şər olduğunu müəyyənləşdirdi.
- Mükafat ummadan ədaləti bərpa et.
N
[redaktə]- Nə qədər ki, yaşayırsan-öyrən, gözləmə ki, qocalıq gələndə sənə kamal da gətirəcəkdir.
Ö
[redaktə]- Ömrə sonra qiymət ver. [1]
P
[redaktə]- Pis insanlarla ünsiyyət qurmayın.
R
[redaktə]- Rəhbərlik etməyi bilmək üçün itaət etməyi öyrənməliyik.
S
[redaktə]- Sən yalnız itaət etməyi öyrəndikdən sonra hakimiyyəti ələ ala bilərsən. [2]
- Sərvət toxluq, toxluq isə həyasızlıq yaradır.
Y
[redaktə]- Yalnız tabe olmağı öyrənəndən sonra hakimiyyəti ələ al.
- Yavaş-yavaş dostlar qazanın, amma qazanılanları rədd etməyin. [3]
- Yazılı qanunlar hörümçək torundan seçilmir. Hörümçək toru kimi qanunlar da zəifləri və yoxsulları tutub saxlayır, güclülüər və dövlətlilər isə bu toru cırıb çıxırlar.
- Yeni dostları qazanmağa, köhnələri rədd etməyə tələsmə.[4]
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.