iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: https://az.wikiquote.org/wiki/Brijit_Bardo
Brijit Bardo — Vikisitat Məzmuna keç

Brijit Bardo

Brijit Bardo
Doğum tarixi 28 sentyabr 1934
Doğum yeri XV arondisman
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Brijit Bardo (1934) — fransız aktrisası, müğənni və foto-model.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • De Qoll Fransanın özü olduğunu iddia edərkən — o, həqiqəti deyir. Amma o, məni unudur. Mən də başqa cür olsam da, Fransayam.
  • Etiket — qapalı ağızla əsnəmək bacarığıdır.
  • Əslində kinoya marağım yoxdur, altı il əvvəl kinoya başlayanda nifrət edirdim, indi də sevmirəm.
  • Gənc deyilsinizsə, gənc görünmək mümkün deyil.
  • Hamiləliyin böyük sevinc olduğunu düşünmürəm.
  • Heç kameralar qarşısında yaxşı evlilik olduğunu eşitmisiniz.
  • Hər sevgi layiq olduğu qədər davam edər.
  • Həyatımda ən gözəl gün hansı olub? Gündüz deyildi, gecə idi.
  • İnsanlar həmişə sizdə nəyinsə səhv olduğunu görürlər.
  • İnsanlarla tanış olandan bəri yalnız heyvanları sevirəm.
  • Kişilərlə təcrübələrim: bəziləri çox uzun müddət tərəddüd edir, başlanğıc tapmır və sona çatmır. Digərləri dərhal başlamaq istəyir.
  • Mən dəbdəbədən nifrət edirəm və ona xor baxıram.
  • Mən evliliyin əleyhinəyəm və cəmiyyətin nə dediyi məni maraqlandırmır.
  • Mən niyə həkimin qarşısında soyunmağa utanmalıyam? Axı o, hamı kimi eyni adamdır.
  • Mənim heç bir şəxsi həyatım yoxdur, mən ovçuluq edən qadınam və mühasirəyə alınmadan heç bir addım ata bilmərəm.
  • Öz iradəsinə qarşı sadiq olmaqdansa, xəyanət etmək daha yaxşıdır.
  • Ruhun tənhalığı dünyanın ən çətin işidir.
  • Sevgi üçün insanların bir-birinə uyğun olması deyil, birlikdə xoşbəxt olmaları önəmlidir.
  • Səhər tezdən gecə yarısınadək gözəl görünmək üçün çalışmaqdan ağır iş ola bilməz.
  • Uşaqlığımın və təhsilimin Fransası öldü. Yad əraziyə çevrilmiş öz ölkəmdə özümü mühacir kimi hiss edirəm.
  • Yalnız axmaqlar fikirlərini dəyişməkdən imtina edirlər.
  • Yaşamaq üçün səbəb lazımdırmı?
  • Yaşlı, ağ saçlı, illərlə təcrübəsi olan və həyatından bir çox maraqlı hekayələr danışa bilən bir xanımdan daha yaxşı nə ola bilər?
  • Yaşlı olmaq ölməkdən yaxşıdır.

İstinadlar

[redaktə]