iBet uBet web content aggregator. Adding the entire web to your favor.
iBet uBet web content aggregator. Adding the entire web to your favor.



Link to original content: https://az.wikiquote.org/wiki/Ayaq
Ayaq — Vikisitat Məzmuna keç

Ayaq

Ayaq

Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.[1]



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ac mədənin cəzasını yorğun ayaqlar çəkər. Konfutsi
  • Ağılsız baş əlindən səfil ayaq nələr çəkər. Türk atalar sözləri
  • Ayaq basdığın yerin ayağının tutduğu sahədən böyük olmamağını anlamaq böyük xoşbəxtlikdir. Frans Kafka
  • Ayaq üstdə ölmək, dizi üstdə yaşamaqdan daha yaxşıdır. Corc Vaşinqton
  • Ayaqla gedən gələr, başla gedən gəlməz. Türk atalar sözləri
  • Ayaqyalın olmaq ayaqsız olmaqdan daha yaxşıdır. Corc Herbert
  • Baş düşünməsəydi ayaq getməzdi. Rus atalar sözləri
  • Başmaq qızıldan da olsa, ayağa geyilər. Teluqu atalar sözləri
  • Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
  • Biz seçdiyimiz həyat yoluna ayaq basdığımız andan etibarən bütün digər yollar yox olur. Paulo Koelyo
  • Boş bir çuvalın ayaqda qalması çətindir. Bencamin Franklin
  • "Düşənin dostu olmaz" deyir bəziləri. Sanki ayaqda olanın dostu çoxmuş kimi. Camal Sürəya
  • Ermənilərin eybi: bədfel, kündə bədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən, ürəyi xıltlı, ağasınadüşmənçilikdir. Qabusnamə
  • Əslində ağıllı bir insan, bunu siz də çox yaxşı bilirsiniz, quldur olub cəmiyyətə yalnız şiddətlə hökm etmənin xəyalini qurar. Bu da bəzi romanlarda oxuduğumuz qədər asan olmadığından, ümumiyyətlə siyasətə girilər, ən zalım partiyaya qaçılır. Ağılımızı ayaq altına alırmışıq, nə əhəmiyyəti var, deyilmi? Beləcə dünyaya hökm edə bildikdən sonra.. İçimdə zülmlə əlaqədar şirin xəyallar tapırdım. Alber Kamyu
  • Güllələriniz var, ancaq silahlarınızın boşaldığında mənim ölmüş olduğumu ümid edin. Əgər ayaqda qalsam silahlarınızı doldura bilmədən ölmüş olarsınız. V for Vendetta
  • Xatirələr həyatı gözəlləşdirə bilərlər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır. Onore de Balzak
  • Təcrübələrim mənə göstərdi ki, hüquqa bağlı olmayan bir hökumət uzun müddət ayaqda qala bilməz. Belə hökumətlər çılpaq olub, özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və kimsənin yanında hörmət və etibarı olmayan birinə bənzərlər. Hətta belə bir hökumət, tavanı, qapısı, həyət divarları olmayan və hər önünə gələnin içəriyə girdiyi bir evə də bənzədilə bilər. Teymurləng
  • Tikanı ayaqdan tikanla çıxararlar. Hind atalar sözləri

İstinadlar

[redaktə]
  1. Podiatry Channel, Anatomy of the foot and ankle