Vezuvi
Vezuvi | |
---|---|
it. Monte Vesuvio | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Apennin |
Vulkan forması | Stratovulkan |
Kraterin diametri | 750 m |
Əmələgəlmə dövrü | Pleystosen |
Yaşı | 25 min il |
Son püskürmə | 1944 |
Tərkibi | Tefritlər, Traxitlər, Fenolitlər |
Mütləq hündürlüyü | 1281[1] |
Yerləşməsi | |
40°49′17″ şm. e. 14°25′32″ ş. u.HGYO | |
Ölkə | İtaliya |
Vilayət | Kampaniya |
Əyalət | Neapol |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vezuvi vulkanı (it. Monte Vesuvio, lat. Mons Vesuvius) — İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280 metr olan vulkanik dağ.
Eramızın 79-cu ilində Vezuvi vulkanının partlayışı Neapolun cənubundakı Pompey, Herkulanum və Stabiya şəhərlərinin yox olmasına səbəb olmuşdur.
Vezuvi vulkanı eyni zamanda Spartakın başlatdığı üsyana ev sahibliyi edən ilk yerdir. Spartak, eramızdan əvvəl 73-cü ildə Capua şəhərindəki qladiator məktəbindən qaçan 77 dostu ilə birlikdə Vezuvi dağına sığındı.
Təhlükəsi haqqında
[redaktə | mənbəni redaktə et]Maqma dəliklərindən çıxan maddələri tədqiq edən Fransa və İtaliya alimləri 1944-cü ildən bəri "susan" Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Yerin 8–9 km dərinliyində maqma növünün araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirən tədqiqatçılar indiki maqmanın tərkibinin min illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcə güclü partlayış meydana gətirəcəyini vurğulamışlar. Bu maqmanın sonuncu, 1944-cü ildəki partlayışda olduğu kimi bazaltik xüsusiyyətə sahib olması halda, partlayışın çox şiddətli olmaması ehtimalı ifadə edilmişdir.Vezuvi vulkanı püskürdükdə İtaliyanın bir şəhəri lavanın altında qalmışdır.
Mütəxəssislər lazımi tədbirlər görülməsə Vezuvi vulkanının növbəti püskürməsi zamanı 300 min insanın öləcəyini bildirirlər. İtalya milli geofizika və vulkan tədqiqatları institutu Vezuvi fəaliyyətə keçəcəyi təqdirdə baş verən hadisələri əvvəlcədən görmək üçün ilk dəfə 3D kompüter filmi hazırlayıb. Bu ehtimala görə 60 ildən çoxdur ki, fəaliyyətsiz olan vulkan püskürməyə başlayarsa, Vezuvinin arxasında təbii qalxan kimi dayanan Somma dağı sayəsində, yüksək risk daşıyan "qırmızı ərazi"nin şimal və şimal qərbində yaşayan 200 min nəfərin qaçmaq üçün daha çox vaxtı olacaq. Filmdə püskürmə vaxtı maqmanın hərarətinin 950 santidərəcə olacağı hesablanıb. Alimlər Vezuvidəki yeni bir püskürmənin Pompey şəhərinin yox olduğu, miladdan sonra 76-cı ildə baş verən püskürmə gücündə olmasından ehtiyat edirlər. Vulkanın fəaliyyətə keçməsi halında dağın ətəklərində olan 18 yaşayış ərazisinindən yarım milyon insanın köçürülməsi planlanır. "Geophysical Research Letters" dərgisində yayımlanan araşdırmada püskürmə vaxtı lavanın necə hərəkət edəcəyi və hansı yerlərin əvvəl köçürülməsi lazım olduğu haqqında mütəxəssis fikirləri yer alır.
Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey və Gerkulanum şəhərləri məhv olmuşdur. Püskürmə o qədər güclü olmuşdur ki, göyə sovrulan vulkan külünün bir hissəsi Yunanıstan ərazisinə də çatmışdır. Bu barədə Fessalonikadakı Aristotel Universitetindən olan mütəxəssislər məlumat vermişlər.
Yunanıstanlı tədqiqatçıların sözlərinə görə, eramızdan əvvəl 79-cu ildə baş vermiş vulkan püskürməsindən sonra vulkanik tullantıların qalıqları Vezuvidən 650 kilometr məsafədə olan Miqdoniya gölü rayonunda tapılmışdır.
"Müəyyən yerlədə külün qalınlığı üç metrə çatmışdır (partlayış o qədər güclü olmuşdur ki, çox böyük miqdarda kül 20-30 min kilometr yüksəkliyə qalxmışdır)" - Aristotel Univesitetindən olan mütəxəssis Fidikas Mixael bildirir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Peakbagger.com". 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- http://qalaktika.com/index.php?option=com_content&task=view&id=842&Itemid=1
- http://www.td.azersun.com/?name=content&id=56&cid=751
- http://www.movqe-az.com/2008/01/12/anons=8[ölü keçid]