Vakuol
Naviqasiyaya keç
Axtarışa keç
Vakuol (lat. Vakulus – boş) — əsasən bitki hüceyrələri üçün xarakterikdir. Onlar iri və kiçik ölçülü olur. Mərkəzi vakuol sitoplazmadan tək membranla – tonoplastla ayrılır.
İri mərkəzi vakuol endoplazmatik şəbəkədən ayrılan kiçik qovuqcuqlardan əmələ gəlir. Vakuolun boşluğu suda həll olan qeyri-üzvi maddələr, üzvi turşular və digər maddələrlə dolur.
Mərkəzi vakuol hüceyrədə turqor təzyiqini tənzimləmək funksiyasını yerinə yetirir. Vakuolda fotosintez üçün lazım olan su və maddələr mübadiləsi nəticəsində əmələ gələn çöküntü maddələri toplanır. Lakin çöküntü maddələri hüceyrədən xaric olunur. Vakuollarda həmçinin, rəngləyici maddələr olan antosianlar da toplanır. Bəzi vakuollar isə lizosomları xatırladır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Tibbi biologiya və genetikanın əsasları. C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Baki – 2008. Səh. 66
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [1] Arxivləşdirilib 2013-02-05 at the Wayback Machine