Tomas Bayes
Tomas Bayes | |
---|---|
Thomas Bayes | |
| |
Doğum tarixi | təxm. 1701 |
Doğum yeri | London, İngiltərə |
Vəfat tarixi | |
Vəfat yeri | Tanbric-Uells, Kent, İngiltərə |
Dəfn yeri |
|
Elm sahələri | ehtimal nəzəriyyəsi, riyaziyyat |
Təhsili | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tomas Bayes (ing. Thomas Bayes; təxm. 1701, London – 7 aprel 1761, Tanbric-Uells) — ingilis riyaziyyatçısı, presviterian keşişi.
London Kral Cəmiyyətinin üzvü (1742)[1].
Həyatı
[redaktə | mənbəni redaktə et]1701-ci ildə Londonda anadan olub. Presviterian keşişi olan atası Coşua Bayes Şeffilddən olan tanınmış nonkonformist ailənin nümayəndəsi idi. Tomas evdə təhsil alırdı və 1719-cu ildə məntiq və ilahiyyat oxumaq üçün Edinburq Universitetinə daxil oldu. 1722-ci ildə evə qayıtdıqdan sonra, Bayes atasına kilsədə ayinlərin təşkilində kömək etməyə başladı və çox keçmədən 30-cu illərdə özü də presviterian kilsəsində keşiş oldu. 1734-cü ildə Kent qraflığındakı Tanbric-Uellsə köçdü. 1752-ci ildə təqaüdə çıxdı. 1761-ci ildə vəfat etdi.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Bayesin riyazi maraqları ehtimal nəzəriyyəsi sahəsində idi. Riyaziyyatın bu sahəsinin əsas problemlərindən birini təsvir edərək onu həll etdi (Bayes teoremi). Bu problemə həsr olunmuş işləri 1763-cü ildə, ölümündən sonra nəşr olundu. Hadisələrin ehtimalını empirik yolla qiymətləndirməyə imkan verən Bayes formulu müasir riyazi statistika və ehtimal nəzəriyyəsində mühüm rol oynayır. Onun digər böyük əsəri "Fürsətlər doktrinası probleminin həll olunmasına dair oçerklər"dir. Bayesin adını daşıyan terminlər: Bayes ehtimalı, Bayes şəbəkəsi, Bayes qiymətləndirməsi, Bayes proqramlaşdırması və s.
İşləri
[redaktə | mənbəni redaktə et]Yaşadığı müddətdə o, biri teologiya, digəri riyaziyyatla bağlı olan cəmi iki əsər nəşr etdirmişdir:
- Divine Benevolence, or an Attempt to Prove That the Principal End of the Divine Providence and Government is the Happiness of His Creatures (1731)
- An Introduction to the Doctrine of Fluxions, and a Defence of the Mathematicians Against the Objections of the Author of The Analyst (1736-cı ildə anonim şəkildə dərc olunmuşdur)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bayes; Thomas (1701 - 1761) // London Kral Cəmiyyətinin saytı (ing.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Берд Киви Теорема преподобного Байеса . // "Computerra" jurnalı, 24 avqust 2001-ci il