Taksi
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili.
Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Boyama
[redaktə | mənbəni redaktə et]Bəzi ölkələrdə taksilər yolda fərqlənmək üçün adətən müəyyən rəngə boyanır.
- Azərbaycan — Sarı və ya Bənövşəyi
- Türkiyə — Sarı
- London — Qara;
- Nyu York — Dispetçerlərlə işləməyən və yolda dayandırıla bilən bütün taksilər üçün sarı;
- Polşa — Bütün rənglərdən istifadə etmək olar;
- Hollandiya — Qara və sarı, misal;
- Honq Konq — Qırmızı