35°37′31″ şm. e. 139°14′37″ ş. u.HGYO

Takao dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Takao dağı
yap. 高尾山
Ümumi məlumatlar
Mütləq hündürlüyü 599[1]
Yerləşməsi
35°37′31″ şm. e. 139°14′37″ ş. u.HGYO
Ölkə  Yaponiya
Region
Rayon
Takao dağı xəritədə
Takao dağı
Takao dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Takao dağı (高尾山, Такао-сан?)Yaponiya ərazisində yerləşən dağdır. Meydzi-no-Moru kvazi-milli parkının ərazisində yerləşmişdir. Xatiodzi şəhərində, Fuci dağı ətrafında, Tokiodan 50 kilometr məsafədə yerləşmişdir. Dəniv səviyyəsindən 599 m (1 965 fut) hündürlükdə yerləşmişdir.

Takao-san dağı subtropik iqlim zonası ilə mülayim iqlim zonasının sərhədində yerləşmişdir. paytaxt Tokiodakı dağın yaxınlığında olmasına baxmayaraq, Takao dağı vəhşi təbiətə malikdir. Dağ sıx meşələrlə örtülmüşdür, onun yamaclarında bitkilərin 1 200-dən çox növü bitir. Yalnız qıjıların 140 növünə burada rast gəlmək olar. Burada heyvanların və həşəratların böyük müxtəlifliyini görə bilərsiniz. Qabanlar və meymunlar üstünlük təşkil edir.

Takao dağına qalxma

[redaktə | mənbəni redaktə et]

Takao-san — piyada gəzintilər və turizm üçün məşhur yerdir. İldə bu yeri 2,5 milyondan çox insan ziyarət edir. Dağın zirvəsinə piyada kimi çatmaq mümkündür. Buraya həm kanat yolu ilə, həm də funikulyor ilə çatmaq mümkündür. Dağın zirvəsində Fuci dağına, Tokioya və İokoqamaya fantastik mənzərə açılır.

Takao dağının görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Takao-san dağı — Yaponiyada əsas turist obyektlərindən biri hesab olunur. Dağda buddist məbədi olan Yakuo-in məbədi 744-cü ildə tikilmişdir. XIV əsrdə bərpa edilmiş məbəd (Takao-san Yakuo-in Yuki-ji) dağı ən görməli yeri hesab olunur.[2]

Takao dağı yapon folkloruna məxsus olan tenqu və bir qədər də kami ilə sıx bağlıdır. Yakuo-in məbədində kürəkdə uzun burunla və qanadlarla tenqunun böyük heykəltəraşlıq təsviri diqqəti cəlb edir.

Hər il Takao dağının ətəyində, martın ikinci bazar günü Xivatarinin alovlu təntənəli yürüşünün festivalı keçirilir. Yamabusi (yap. 山伏) rahib-tərki-dünyaları Yakuo-in (Takao-san Yakuō-in Yūki-ji) buddist məbədində Sayto Qoma-ku adlı atəşin böyük açıq mərasimi keçirirlər. Xalqların ümidləri və arzuları ilə yazılmış nadeqi çubuğu bu mərasimdə yandırılır. Alovlu təntənəli yürüşdə minlərlə yapon və turist iştirak edir. Yamabusilər isti kömürlər üzrə ayaqyalın gedərək təntənəli yürüşə başçılıq edirlər. Dindarlar ailənin, bədənin və ürəyin təhlükəsizliyi haqqında dua edirlər və sonra isti kömürlər üzrə yamabusilərin ardınca gedirlər. Onlar güman edirlər ki, atəş bütün çirkləndirmələri yandıraraq insanları təmizləyir.

  1. "Peakbagger.com". 2013-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  2. "Head Temple Takao-san Yakuo-in  (ing.)". 2013-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]