Təkbuynuz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Təkbuynuz[1] və ya Unikorn (lat. Unicornis, ing. Unicorn, latincadan unus 'tək' və cornis 'buynuz'), gözlərinin arasından tək buynuz çıxan, ata oxşar bir mifoloji məxluqdur.

Qədim Yunan mifologiyasinda Təkbuynuz bakirə tanrı olan Artemida ilə əlaqələndirilir.

Ələ keçirilməsi çətin bir iş olan bu məxluq tutulduğu zaman onu ancaq qızıl iplə bağlayaraq saxlamaq mümkündür.

Həmçinin Təkbuynuzun buynuzundan hazırlanmış toz zəhər əleyhinə dərman hesab edilir.

Orta əsrlərdə Təkbuynuz Şotlandiyanın gerbi olub.

  1. Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 626. ISBN 978-9952-523-37-9. təkbuynuz