Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi, hiss etməsi yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir.
Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür.
Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.
Bəzi ölkələrdə təhsil illərinin başlama tarixi
[redaktə | mənbəni redaktə et]№ | Ölkə | Təhsil ilinin başlama tarixi | Təhsil ilinin bitmə tarixi |
---|---|---|---|
1. | Azərbaycan | 15 sentyabr | 15 iyun |
2. | Yaponiya | 1 aprel | 1 mart |
3. | Hindistan | 1 iyun | 1 mart |
4. | Danimarka Finlandiya | 1 avqust | 1 iyun |
5. | Türkiyə | 19 sentyabr | 17 iyun |
Təhsil geniş anlayışdır.Təhsil tərbiyə işinə xidmət etməklə, müxtəlif istiqamətlərdə bilikalma və ixtisasa yiyələnmə prosesini həyata keçirir. Təhsil bilik, bacarıq və vərdişlərə yiyələnməyin məzmununu, həcmini, səviyyəsini, müddətini və tipini müəyyən edir.