Silvilər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silvilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Silvilər
Beynəlxalq elmi adı

Silvilər (lat. Sylviidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Xırda və orta ölçülü tutqun rəngli, başlıca olaraq cəngəlliklərdə yaşamağa uyğunlaşmış cücüyeyən quşların geniş qrupudur. Bədəninin uzunluğu 105–206 mm, kütəsi 6-30 q –dır. Bədəni qamətli, dartılmış, kiçik ensiz başı vardır. Dimdiyi mülayim uzun, çox vaxt nazik, düz və ya az qala düz, ucunda yarıəyilmiş qarmaq vardır. Dimdiküstünün ucu itilənmiş qabırğa şəklindədir. Burun dəlikləri açıq, lələklə qorunmamışdır. Lakin onların üstündə zarlı qapaqlar sallanır. Lələkləri Yumşaqdır. Bir çox növlər həyəcanlananda təpələrindəki lələkləri qabardır, ancaq həqiqi kəkilləri yoxdur. Əksər hallarda bel tərəfi yekrəng, bəzən xallı və həmişə qarın tərəfindən tünd rəngdə olur. Əksər növlərdə cinsi dimorfizm yalnız ölçülərdə ifadə olunmuşdur. Ancaq bəzən bunu rəngdə də görmək olar. Yaşa görə dəyişiklik cavanların daha parlaq rəngdə olması, mövsümi dəyişiklik isə payız lələklənməsinin daha parlaq olması ilə ifadə olunur.[3] Bütün silvilər gizli həyat tərzi keçirir. Onların bir çoxunu tapmaq və müşahidə etmək çox çətindir. Ən müxtəlif landşaftların kolluq və ya ağac əkmələri arasında olur. Bir çoxu yaxşı oxuyur, ancaq nəğməsi yeknəsəqdir. Onların müxtəlif yarıqapalı və ya açıq yuvaları əksər hallarda ciddi – cəhdlə və ustalıqla toxunmuş olur. Bəzən bunlar boş toxunur, dibi və divarları işıq verən olur. Silvilər qaratoyuqkimilərə çox yaxın olub yalnız çilləri olmayan cücülərinin rəngi ilə fərqlənir. Bu fəsilələri ayırd etmək çətindi. Bu səbəbdən fəsilələrin həcmi müxtəlif cür hesablanır. 100- dən 400-ə qədər növünün olduğu güman edilir.[4]

Silvilər çaylarda, göllərdə, bataqlıqlarda, meşə daşqınları sahillərində qamışlıqlarda və ya kolluqlarda məskunlaşır. Azərbaycanda qeydə alınmış 9 növdən 2-si uçub-keçən yalnız biri oturaqdır. Qalan növlər oturaqdır. İki növün arealı İspaniyadan Balxaş ardına qədər qalanları isə AvropaAralıq dənizində yayılmışdır. Tayqa zonasını çıxmaqla ancaq Avstraliya, Yeni Qvineya, Filippin, Yava və Sumatra daxil olmaqla Transpalearktik areala malikdir. Bu quşlar ovalıqlara və dağətəklərinə üstünlük verir. Ancaq Kiçik Qafqazda 2000 m-ə qədər hündürlüyə qalxa bilir. Lakin biz onların oxuyan erkəklərini mayın ortalarında Dəvəçi limanında müşahidə etmişik. Çəmən qamışcılı yalnız Talışda qeydə alınmışdır. Ən quraqsevər növ olan kolluq qamışcılına çaylardan və göllərdən uzaqdakı talalardan və çəmənlərdə rast gəlmək olar. Sayına görə bu quşlar adi və çoxsaylıdır, ancaq bunlar çox vaxt koloniyalar halında məskunlaşdığından sporadik şəkildə rast gəlinir. Mart-mayda uçub gəlir, sentyabr-noyabrda köçüb gedirlər. Afrikada və ya arealın cənub sərhədlərində qışlayırlar.

Əsas qidası cücülər və onların sürfələri, bəzi növlərdə payızda giləmeyvə və meyvələrdir.

Ustalıqla toxunmuş yuvanı əsasən dişi qurur. O, əksər hallarda 3-6 yumurta üzərində 12-13 gün kürt yatır. Cücülər yuvada 13-15, yuvanın yaxınlığında isə 2 həftə valideynlər tərəfindən yemlənir. Yuva sahələri çox da böyük deyildir. İldə çox vaxt bir dəfə yumurta qoyulur, cücülər iyunda üzə çıxır.

  1. Integrated Taxonomic Information System (ing.). 1998.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Sylviidae". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-12.
  4. "Sylviidae - Old world warblers". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-12.