Sahil metrostansiyası
Sahil metrostansiyası | ||||
---|---|---|---|---|
1-ci xətt | ||||
Bakı metrosu | ||||
Rayon | Səbail | |||
Açılış tarixi | 6 noyabr 1967 | |||
Keçmiş adları | 26 Bakı Komissarı | |||
İnşaat tipi | yeraltı | |||
Platformaların sayı | 1 | |||
Memarları |
Martin Tovmasyan Abram Surkin |
|||
Çıxdığı küçələr | Üzeyir Hacıbəyov küçəsi, Bülbül prospekti | |||
Nəqliyyat | 5, 10, 18, 88, 125, 149, E1 nömrəli avtobuslar | |||
İş rejimi | 06:00—00:00 | |||
Qonşu stansiyalar | İçərişəhər, 28 May | |||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
|
Sahil metrostansiyası — Bakı Metropolitenində stansiya. Stansiyaya daxil olan qatarlarda Liman musiqisindən fraqment səslənir.
Tarixi
[redaktə | mənbəni redaktə et]6 noyabr 1967-ci ildə istismara verilmişdir. "Bakı Soveti-Nərimanov" yol mənzili sahəsində açılmış ilk 5 stansiyadan biridir. İlk adı "26 Bakı komissarı" olduğundan, stansiyanın inşaatında bu mövzu əsas götürülmüşdü. Stansiyanın pilonları metalla büllur şüşənin xəlitəsindən hazırlanmış mozaika ilə örtülmüşdü. Bu xüsusda orta zalın soffit işıqlandırılması da xüsusi təsir bağışlayırdı. Stansiya yollarında lüminesent işıqlandırma armaturları pilonların üstündə dalğavari pərvaz konstruksiyanın içində yerləşdirilərək, xəfif dalğa effektini də verir. 1993-cü ildə orta yarımdairə tikili üzərində zalda smaltadan "Dəniz lövhələri" adlı mozaik panno quraşdırılıb. Onun mövzusunda dəniz üzərində qürub edən günəş təsvir olunub. Günbəzin yuxarı vestibülü yerüstü tikilinin birinci mərtəbisinə yerləşdirilmiş iki stansiyadan biridir. Bu, üzərində ticarət mərkəzi inşa olunmuş ilk stansiyadır. Stansiyada LT-3 tipli eskalatorlar istismar olunur. Maili gedişin tavanı 2003-cü ildə rekonstruksiya olunub. Stansiyaya daxil olan qatarlarda Adil Nəsibin sözlərinə Rəşid Nəsiboğlunun bəstələdiyi "Liman" mahnısından fraqment səslənir.[1]
Metronun "Sahil" stansiyası 20 avqust 2017-ci il tarixində, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il, 1408 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramında stansiyaların yenidən qurulması, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz olunması məqsədilə bağlanmışdır.[2]
Stansiya 7 iyun 2018-ci il tarixində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.[3] Təmir müddətində, stansiyanın platforması əsaslı təmir edilmiş, döşəmə tavası sökülərək yenidən qurulmuş, pilonlararası keçidlərdə döşəmə örtüyünün tavası dəyişdırılmiş, "LT-3" tipli 3 eskalator sökülmüş, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli 4 eskalatoru quraşdırılmışdır, stansiya yollarında plaftorma döşəməsinin qranit üzlüyü ilə yanaşı, alt tavası dəyişdirilmişdir.
7 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın açılışında iştirak etmiş, yenidənqurma işləri ilə tanış olmuşdur.[4]
Qalereya
[redaktə | mənbəni redaktə et]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Sahil" metrostansiyasının tarixi" (az.). 2018-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-23.
- ↑ "Yenidənqurma tədbirləri planlaşdırılmış qaydada davam etdirilir" (az.). 2018-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
- ↑ "İlham Əliyev "Bakı Metropoliteni"nin "Sahil" stansiyasında görülən işlərlə tanış olub" (az.). 2018-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
- ↑ "METRONUN "SAHİL" STANSİYASI ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMADAN SONRA İSTİFADƏYƏ VERİLİB" (az.). 2018-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]metro.gov.az Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine