Randstad
Randstad | |
---|---|
Randstad Deltametropool | |
52°11′26″ şm. e. 4°39′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Randstad, Hollandiyada bir çox böyük şəhər və kiçik şəhərlərdən ibarət birləşmiş bir şəhər regionudur. Hollandiyanın Amsterdam, Rotterdam, Haaqa və Utrext kimi dörd ən böyük şəhərini, həmçinin ətrafındakı onlarla kiçik şəhərləri əhatə edir. Bu şəhərlərin əhalisi 8.1 milyona çatır (2016), bu Hollandiya əhalisinin təxminən yarısına yaxındır. Randstad regionu eyni zamanda Avropanın ən böyük şəhər regionlarından biridir. Regionun əsas şəhərləri Almere, Amsterdam, Delft, Dordrext, Gouda, Haarlem, Hilversum, Leiden, Rotterdam, Haaqa, Utrext və Zoetermeerdir. Regiona yaxın və ya regionda yerləşən digər kiçik şəhərlər: Alphen aan den Rijn, Amstelveen, Capelle aan den IJssel, Hoofddorp, Katwijk, Leidschendam, Maassluis, Nieuwegein, Houten, Purmerend, Rijswijk, Schiedam, Spijkenisse, Vlaanstad, Voorst.
Randstad bölgəsindəki şəhərlər təxminən yarım ay forması meydana gətirirlər. Bu dairəvi forma eyni zamanda regiona da adını verdirmişdir. Rand Holland dilində Rand dairə, çəmbər, halqa deməkdir, stad sözü isə şəhər, qəsəbə deməkdir.
Son illərdə Randstad regionundakı şəhərlər arasında bir çox mövzularda mübahisələr olmuşdur. Bölgədəki kiçik şəhərlər böyük şəhərlərə nisbətən daha yaşıl və təmizdir. Bu kiçik yaşayış məntəqələrindən hər gün minlərlə insan işləmək üçün böyük şəhərlərə gedir. Bu kiçik şəhərlər həmçinin sağlamlıq və mədəniyyət kimi sahələrdə böyük şəhərlərdən asılıdırlar. Bununla birlikdə, böyük şəhərlərdə şəhər ərazilərini genişləndirmək üçün yeni ərazilərə də ehtiyac duyurlar. Kiçik yaşayış məntəqələri bu genişlənməyə şübhə ilə yanaşırlar, çünki şəxsiyyətlərini və inzibati vahidlərini itirməkdən qorxurlar.
Randstadın sərhədləri ilə bağlı dəqiq bir xətt çəkmək də mümkün deyildir. Bölgənin başladığı və ya bitdiyi regionlar nisbi bir anlayışdır. Bəziləri bu regionu təşkil edən yaşayış məntəqələrinin yalnız dörd böyük Hollandiya şəhəri (Amsterdam, Rotterdam, Haaqa və Utrext) ilə bitdiyi fikrini müdafiə edərkən, bəziləri isə bu regionun sərhədlərindəki kiçik şəhər və qəsəbələrin də buraya aid olduğunu iddia edirlər. Bölgədəki şəhərlərin öz bələdiyyə idarələri və sosial mərkəzləri olmasına baxmayaraq, hələ də bir çox mövzuda böyük regionlardan asılı vəziyyətdədirlər.