Propofol
Propofol
| ||
Kimyəvi birləşmə | ||
IUPAC | ||
Brutto- formul |
C12H18O | |
CAS | ||
PubChem | ||
DrugBank | ||
Təsnifatı | ||
ATK | ||
Dərman forması | ||
Propofol, Diprivan (ing. propofol), qısamüddətli təsirə malik, vena daxili, yuxugətirici ağ-süd rəngli suspenziv anestetik preparat. Əsasən ümumi anesteziya zamanı istifadə edilir. Propofol həm giriş (induksiya) və həm də bazis narkozu üçün, süni koma tələb olunan, süni tənnəfüsdə olan xəstələrə geniş tətbiq edilir.
Kimyəvi tərkib etibarilə barbituratlara aid olmasa da anestetik effektliliyinə görə onlardan heç də əskik deyildir. Əksinə propofol vasitəsilə narkoza giriş və ondan çıxış "yumuşaq", aydın və tezdir. Propofol sırf anestetik olub, analgetik effekti demək olar ki yoxdur. Buna görə də narkoz zamanı propofol analgetiklərlə (fentanil, suffentanil, rapifen, ultiva) kombinə olunmuş şəkildə istifadə edilir.[1] Həkimlər öz aralarında zarafatla onu "yuxu südü" də adlandırırlar. Vena daxilinə yeridilməsi çox vaxt ağrılı olduğundan yerli anestetiklərlə: 1% ksilokain ya lidokain ilə qarışdırılmış şəkildə istifadə olunur. Yeridildikdən 30-60 saniyə ərzində anestetik effekt əldə edilir, 5-10 dəqiqə sürür. Bəzən təkrar inyeksiyadan sonra bu müddət 15-30 dəqiqəyədək sürə bilir. Giriş narkozu üçün propofol 2-2,5 mq/kq dozada, bazis narkoz üçün isə 4-8 mq/kq/saat dozada tətbiq edilir. Minimal dozalarda propofoldan sakitləşdirici və yuxugətirici məqsədlər üçün də istifadə edilir. Propofol preparatından stasionardan kənarda və ya renimasiya tədbirlərinin aparılması mümkün olmayan, xüsusən ev şəraitində istifadə yolverilməzdir. Propofolun təsirindən arteriyal təzyiqin kəskin düşməsi, bradikardiya, tənnəfüs və ürək fəaliyyətinin dayanması baş verə bilər ki, bunun üçün dozasının dəqiq hesablanması, tənnəfüsü və ürək fəalizzətini təmin etmək üçün tibbi ləvazimatların, dərmanların əl altında olması vacibdir. Buna misal olaraq məşhur pop ulduzu Maykl Ceksonun ev şəraitində sakitləşdirmək və yuxunu bərpa etmək üçün vurulmuş propofoldan sonra tənnəfüs və ürək fəaliyyətinin dayanması nəticəsində dünyasını dəyişməsini göstərmək olar. Sözsüz ki, stasionar şəraitdə onun həyatını xilas etmək mümkün olardı.[2][3][4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Miner JR, Burton JH. Clinical practice advisory: Emergency department procedural sedation with propofol. Annals of Emergency Medicine. 2007 Aug;50(2):182-7, 187.e1. Epub 2007 Feb 23.
- ↑ Archibol, R. C., "Michael Jackson’s Doctor Is Charged With Manslaughter" Arxivləşdirilib 2020-11-09 at the Wayback Machine, The New York Times
- ↑ Autopsy report, http://www.thesmokinggun.com/archive/years/2010/0208101jackson1.html?hp
- ↑ R. Baselt, Disposition of Toxic Drugs and Chemicals in Man, 8th edition, Biomedical Publications, Foster City, CA, 2008, pp. 1325—1327.