Portal:Yaponiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç


Japan
Gün aydın - 良い朝
Yaponiya portalı - ジャポンポータル

Seçilmiş məqalə

Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi KoreyanınRusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dəniziTayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır.

Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, KyuşuŞikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin TokioYokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir.

Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixə nəzər

Pörl-Harbora hücum, yapon mənbələrində Havay əməliyyatıYaponiya İmperiyası silahlı qüvvələrinin Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixli gözlənilməz hücumu. Hücumun məqsədi ABŞ donanmasından gələn potensial təhlükəni aradan qaldırmaq və Yaponiya ordusuna bölgədə Böyük BritaniyaNiderlanda qarşı əməliyyatlarda fəaliyyət sərbəstliyi qazandırmaq idi. Əməliyyat yapon vitse-admiralı Tuiti Naqumonun rəhbərliyi altında, 6 aviadaşıyıcı gəmidən qalxan 353 təyyarə vasitəsilə iki ayrı dalğa şəklində həyata keçirilmişdir. Birinci dalğa 50 bombardmançı, 40 torpedodaşıyan bombardmançı, 54 qırıcı-bombardmançı və 45 qırıcı təyyarənin iştirakı ilə həyata keçirildi. Onlar Havay vaxtı ilə saat 07:48-də hücum haqqında əmr aldılar. Saat 07:55-də qırıcı-bombardmançılar Pörl-Harbordakı Uiler aerodromuna, saat 07:57-də torpedodaşıyan bombardmançılar xətt gəmilərinə, saat 08:00-da qırıcılar aerodromlarda dayanan təyyarələrə, saat 08:05-də isə bombardmançılar xətt gəmilərinə ardıcıl zərbələr endirdilər. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Seçilmiş bioqrafiya

Sadako Sasaki (佐々木 禎子; 7 yanvar 1943 - 25 oktyabr 1955) — Xirosima şəhərində yaşamış yaponiyalı qız. 6 avqust 1945-ci ildə Xirosimanın bombardmanı zamanı evində, partlayışın episentrindən 1,5 kilometr uzaqlıqda olan Sadako 10 ildən sonra şüalanmanın təsirindən yaranan leykemiya xəstəliyindən vəfat etmişdir. 1954-cü ilin noyabrında Sadakoda şüa xəstəliyinin ilk əlamətləri özünü göstərməyə başladı. 21 fevral 1955-ci ildə o leykoz diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Xəstəxanada o, öz yaxın dostlarından birindən bir yapon əfsanəsini eşidir. Həmin əfsanəyə görə oriqami sənəti əsasında min kağız durna düzəldən şəxsin tutduğu bir arzu mütləq yerinə yetməlidir. Bu əfsanə Sadakoya təsir edir və o, xəstəxanadakı bəzi digər uşaqlar kimi əlinə keçən kağız parçalarından durna düzəltməyə başlayır. 25 oktyabr 1955-ci ildə Sadako vəfat etdi. "Sadako və min kağız durna" kitabındakı fikrə görə o, yalnız 644 durna düzəldə bilmişdi. Dostları onun yerinə lazım olan sayda durna düzəldir və Sadako min kağız durna ilə birlikdə dəfn edilir. Xirosimadakı Memorial sülh muzeyinin Sadakoya həsr olunmuş guşəsində məlumat verilir ki, o, mindən artıq kağız durna düzəldə bilmişdi.Sadako Yaponiyada atom müharibəsi əleyhdarlarının simvoluna çevrilmişdir. Onun şücaətindən və iradəsindən ruhlanan dostları və sinif yoldaşları Sadakonun məktublarını yayımladılar və Sadakonun, habelə atom bombardmanından həlak olmuş bütün uşaqların şərəfinə abidə ucaldılması üçün fəaliyyətə başladılar. Yaponiyanın hər yerindən gənclər bu layihənin həyata keçməsi üçün vəsait toplamağa başladılar. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Din

Şintoizm (yap.神道, sinto, "allahların yolu") — Yaponiyanın ənənəvi dini. Qədim yaponların animist inanclarına əsaslanır və ibadət obyektləri çoxsaylı allahlar və ölülülərin ruhlarıdır. Bu dinin inkişafına buddizmin böyük təsiri olmuşdur. Qədim yaponlar baş verən təbiət hadisələrinin, bitki və heyvanların, ölmüş əcdadlarının ruhları olduğunu deyir, onlara pərəstiş edirdilər. Odur ki, şintoizmin kökləri çox qədimlərə dayanır.

Şintoizmə totemizm, animizm və digər ibtidai dinlərin təsiri də aşkar şəkildə özünü göstərir. Tarix boyu şintoizm daha çox buddizmkonfutsiçiliyin təsirlərinə məruz qalmışdır. Hazırda Yaponiyada sintoistlərin 80 minə qədər məbədi var, 80 milyondan artıq insan bu dinə sitayiş edir. Yaponiyadan başqa şintoizm ancaq HavaydaBraziliyada yayılmışdır ki, bu da həmin ərazilərdə yapon mühacirlərinin sayının çox olması ilə əlaqəlidir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Mətbəx

Sake (yap. 酒 və ya (さけ)) ənənəvi yapon spirtli içkisi. Düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir. Sakeni bəzən "düyü arağı" da adlandırırlar. Lakin, bu içkinin tündlüyü təqribən 14-25% təşkil edir. Onun tərkibi daha çox likyoru və ya şərabı xatırladır, ancaq onun istehsalı prosesi pivənin istehsalına bənzəyir. Yaponlar sakeni təxminən 2000 il bundan əvvəl hazırlamağa başlamışlar. Ehtimal olunur ki, onun hazırlanma mexanizmi Çindən gəlib. Uzun zamansake yalnız imperator sarayında və şintoizm məbədlərində hazırlanıb. Yalnız orta əsrlər dövründə sakeni sadə kənd camaatı da hazırlamağa başlayır. O zamanlar sakenin düzəldilməsi texnologiyası indikindən fərqli idi: onlar düyünün ağızda çeynəyir və onu xüsusi qaba tüpürürdülər və sonra həmin qabda qıcqırma prosesi baş verirdi. Sonralar kif göbələyinin xüsusi növü - kodzi (Aspergillus oryzae) tapılması ağızda çeynəmək prosesinin təxirə salınmasına səbəb olur. Artıq XVII əsrdən başlayaraq sake böyük həcmdə satışa buraxılır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Döyüş sənəti

Aykido (Yap. 合気道) - yapon döyüş sənəti, dini-fəlsəfi baxışlarla döyüş metodlarının sintezi kimi Morihey Uyeşiba tərəfindən yaradılmışdır. Burada əsas məqsəd insanın hücum çəkənə zərər yetirmədən özünü müdafiə etmək bacarığıdır.

  • 合 - AY - görüş, görüşmək, birləşmək;
  • 気 - Kİ - ruh, enerji;
  • 道 - DO - yol, istiqamət, vasitə;

Bu heroqliflərin uyğunlaşdırılması adətən bu cür tərcümə olunur: energetik harmoniyanın yolu. Aykidonun əsas məqsədi ram etmək və ya qələbə çalmaq deyil. Burada ruhun və mənəvi aləmin möhkəmləndirilməsi, fəlsəfi düşüncənin inkişafı nəzərdə tutulur. Eləcə də, Aykido döyüş sənəti rəqibin enerjisinin onun özünə qarşı istifadə olunmasını, bədən hissələri vasitəsilə rəqibin kənara atılmasını və bu zaman minimal hərəkətlər tələb edən, optimal fəndlərin istifadə olunmasını nəzərdə tutur. Aykidonun əsası Morihey Uyeşiba (植芝 盛平, 14 dekabr 188326 aprel 1969) tərəfindən qoyulmuşdur. O həm də Ciu-Citsu (Kito–ryu, Dayto-ryu) və Kencyutsu döyüş sənətlərinə də yiyələnmiş, alınan bilik və təcrübə nəticəsində Aykidonun fəndlər sistemini formalaşdırmışdır. Bu proses 1920-1930-cu illərdə cərəyan etmişdir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Bilirsinizmi ki...

Atom bombasının Yaponiyanın Naqasaki şəhərinə atılması anı. (1945, 8 avqust yerli vaxta saat:11:02)
  • Yaponiyada 200 ədəd aktiv vulkana sahib dağ vardır...
  • Yaponiyanın paytaxtı Tokio şəhəri, ətraf əraziləri ilə birlikdə 30 milyon əhaliyə malikdir. Bununla Tokio dünyanın ən böyük metropolunu təşkil edir...

Yapon atalar sözü

" İlk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər.. "
Yapon atalar sözü

Seçilmiş şəkil

Yaponiya imperatoru Akixito və xanımı imperyatiça Syoda Mitiko
 

Sərkərdə

Tayra no Kiyomori (yap. 平 清盛, 1118-1181) — Heyan dövrünün sonunda yaşamış məşhur yapon sərkərdəsi. 1153-cü ildə etibarən Tayra klanının başçısı olmuşdur. 1156-cı ildə, Minomoto klanının başçısı Minomoto no Yesitomo ilə birlikdə Höqen üsyanının yatırılmasında iştirak etmişdir. Bu hadisə Minomoto və Tayra klanlarının nüfuzunu artırmışdır. 1159-cu ildə bu iki başçının arasında münaqişə yaranmış, nəticədə Minomoto no Yesitomo öldürülmüşdür. Tayra klanı paytaxtı təkbaşına idarə etməyə başlamışdır. İmperator Qo Sirokava Kiyomoriyə hamilik edir, ona və klanına yüksək vəzifələr vermişdir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Kino sənəti

Akira Kurosava (23 mart, 1910, Tokio, Yaponiya6 sentyabr, 1998, Tokio, Yaponiya) — yapon kinorejissor, prodüsserssenaristi. 1950-ci ildə Ryunosuke Akutaqavanin "Rasyomon qapısı" və "Sıx meşədə" novellaları əsasında çəkimiş olduğu "Racomon" filmi Kurosavaya dünya şöhrəti gətirir. Bu filmə görə 1951-ci ildə Venesiya kinofestivalında Qızıl şir, ABŞ-da isə ən yaxşı xarici film nominasiyasında Oskar mükafatına layiq görülür. 1954-cü ildə Akira Kurosava özünün növbəti şedevrini – "Yeddi samuray" filmini yaradır. Akira öz filmlərinin ssenarisini daha çox qərb ədəbiyyatının klassik nümunələrində götürmüşdür. Deşil Hemmettin "Qırmızı biçin" romanı əsasında 1961-ci ildə "Cangüdən", Dostoyevskinin "Axmaq" romanı əsasında isə 1951-ci ildə eyni adlı film , Maksim Qorkinin "Dibdə" pyesi əsasında 1957-ci ildə "Dibdə" filmi, Şekspirin "Maqbet" tragediyası əsasında samuraylar haqqında 1957-cildə "Qanlı taxt-tac" və "Kral Lir" tragediyası əsasında isə 1985-ci ildə "Ran" filmini ekranlaşdırmışdır. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Tarixi şəxsiyyət

Mori Motonari (yaponca 毛利 元就, 1497-1571) — Senqoku Dziday dönəmində Yaponiyanın Tüqoku bölgəsinin daymyösü. Aki vilayətinin (müasir Xirosima prefekturasının) hakimi olmuşdur. Mori Motonari 16 aprel 1497-ci ildə Aki vilayətinin Yosida şəhərinin Koriyama qəsrində doğulmuşdur. Mori klanının 14-cü başçısı Mori Xiromotonun ikinci oğlu idi. 1500-cü ildə atası ildə atası ilə birlikdə atası ilə Tadzixi-Saruqake qəsrinə köçmüşdür. 1517-ci ildə onun başçılıq etdiyi ordu Arita-Nakaide döyüşündə Takeda Motosiqenin qoşununu məğlub etmişdir. Məqaləni oxu...

Əvvəlki məqalələr: … …

Kateqoriyalar

Əlaqəli portallar


Çin Fransa


Yaponiya Vikixəbərdə  Yaponiya Vikisitatda  Yaponiya Vikikitabda  Yaponiya Vikimənbədə  Yaponiya Vikilüğətdə  Yaponiya Vikiversitetdə  Yaponiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar