Piter Druker

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Piter Druker
alm. Peter Ferdinand Drucker
Doğum tarixi 19 noyabr 1909(1909-11-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 noyabr 2005(2005-11-11)[3][2][…] (96 yaşında)
Vəfat yeri
Elm sahələri iqtisadiyyat, menecment
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Great Golden Medal of Honour for Services to the Republic of Austria Prezidentin "Azadlıq" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Piter Druker (19 noyabr 1909[1][2][…], Vyana[4]11 noyabr 2005[3][2][…], Klermont[d], Kaliforniya) — idarəetmə, təşkilatçılıq, iş strategiyası, liderliyin inkişafı və işçilərin motivasiya edilməsi məsələlərində biznes qaydalarını dəyişən bir ekspert olmuşdur. Xüsuilə özəlləşdirmə, hədəflərlə idarəetmə və davamsızlıq kimi konsepsiyaların yaradıcısı və müasir idarəetmə ideyasına qazandıran şəxsdir. İdarəetmədə desentralizasiya anlayışını tanıtması ilə böyük şöhrət qazanmışdır.

Peter Ducker-a məxsus fikirlər:

[redaktə | mənbəni redaktə et]

19 noyabr 1909-cu ildə anadan olmuş amerikalı alim, iqtisadçı, XX əsrin ən görkəmli menecment nəzəriyyəçilərindən biri, müasir menecment nəzəriyyəsinin banisi, publisist, müəllim və yazıçı Piter Ferdinand Druker (Peter Ferdinand Drucker “İnformasiya işçisi” anlayışını elmə gətirmiş Druker 39 kitabın və yüzlərlə məqalənin müəllifidir.

- Hər hansı bir təşkilatda insanlar üçün vəzifə almaq işlərini müvəffəqiyyətlə yerinə yetirməkdən daha vacib hala gəlibsə, təşkilat risk almaqdan çəkinib yalnız edilən nöqsanları araşdırırsa, əməkdaşlar güclü xüsusiyyətlərini inkişaf etdirməkdən çox zəif yönlərinin inkişafıyla məşğuldurlarsa, şəxsi münasibatlər performans və müvəffəqiyyətdən daha əhəmiyyətli hala gəlibdirsə o təşkilat xəstədir.

- Beş ölümcül günah: “İlk günah, yüksək mənfəət marjı və artıq qiymətləndirməyə sitayiş etməkdir. İkinci günah, yeni bir məhsula bazarın qaldıracağı qədər qiymət qoymaqdır. Üçüncü günah, xərc nəzarətli qiymətləndirmədir. Dördüncü günah, sabahın fürsətini dünənin mehrabında qurban etməkdir. Beşinci günah, problemləri bəsləyərkən fürsətləri acından öldürməkdir.”

- “Məlumatın ustası olmasan qulluqçusu olarsan.” Yəni rəhbərlər məlumatı daha yaxşı başa düşməyi, analiz və idarə etməyi bilmək məcburiyyətindədir.

- “Marketinqin məqsədi müştərini tanımaq və anlamaqdır ki, müştəriyə uyğunlaşan özü özünü satan məhsul istehsal edilə bilsin.”

- “Müəssisələrin iki əsas funksiyası vardır: Marketinq və innovasiya. Digər funksiyalar hamısı bu ikisi üçündür. Bu ikisi qazancdır- gətirir; Digərləri xərcdir, aparır.”

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Managing the Non-Profit Organization: Practices and Principles (1990) / Azərb. dilində: "Mənfəət güdməyən təşkilatların idarə edilməsi. Post-kapitalist cəmiyyəti". Bakı,"Nurlar". 2007, 400 səh. ISBN 9952-403-42-9
  • Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Peter F. Drucker // Encyclopædia Britannica (ing.).
  3. 1 2 http://www.nytimes.com/2005/11/12/business/12drucker.html.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118527568 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.