Pedro Almodovar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pedro Almodovar
isp. Pedro Almodóvar
Doğum adı Pedro Almodóvar Caballero
Doğum tarixi (75 yaş)
Doğum yeri Kalsada de Kalatrava, Syudad Real, İspaniya
Milliyyəti ispan
Vətəndaşlığı İspaniya
Fəaliyyəti Rejissor, ssenarist, prodüser
Fəaliyyət illəri 1974-cü ildən bu günədək
Boyu 1,77 m[1]
Üzvlüyü
Mükafatları Avstriya kraliçasının incəsənət xidmətlərinə görə mükafatı Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı
IMDb ID0000264
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pédro Almodóvar(isp. Pedro Almodóvar Caballero (25 sentyabr 1949) — məşhur ispan kinorejissoru, ssenaristi və prodüseri. Beynəlxalq miqyasda ən uğurlu ispan kinorejissorlarından biri kimi tanınan Almodovar və onun filmləri dünya çapında böyük rəğbət və geniş izləyici kütləsi qazanmışdır. Rejissor iki "Oskar" mükafatına sahibir. "Anam haqqında hər şey" (1999) filmi ''Ən yaxşı xarici film'' və "Onunla danış" (2002) filmi ''Ən yaxşı orijinal ssenari'' nominasiyalarında bu mükafata layiq görülüblər. Çəkdiyi "Qonşu otaq" (2024) filmi 2024-cü il Venesiya Film festivalının “Ən yaxşı film” nominasiyasında “Qızıl Şir” mükafatını qazanıb[2].

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]

Pedro Almodovar 1949-cu il 25 sentyabrında İspaniyanın Syudad-Real əyalətinin Kalsada kənd qəsəbəsində anadan olmuşdur. Əslində Pedro 24 sentyabrda anadan olub, sadəcə valideynləri o anadan olandan bir gün sonra qeydiyyat üçün müraciət etdiklərindən anadan olma tarixi rəsmi olaraq 25 sentyabr hesab olunur. Onun Antoniya və Mariya Xosés adlı 2 böyük bacısı və Aqustin adlı kiçik qardaşı var. Atası, Antonio Almodovar (t. 1916) şərabçı, anası Fransiska Kabalyero (1916-1999) isə savadsız qonşular üçün məktub oxuyan və yazan olub.

Pedronun 8 yaşı olarkən ailəsi onu, gələcəkdə nə vaxtsa rahib olması ümidi ilə İspaniyanın qərbində yerləşən Káseres (Estremadura muxtar bölgə) şəhərindəki fransiskanların internat məktəbinə qoyurlar. Tezliklə ailəsi də Pedronun yanına köçür. Burada atası yanacaqdoldurma stansiyası açır, anası isə özlərinin düzəltdiyi çaxırların satışı ilə məşğul olur. Kalsadadan fərqli olaraq Kaseresda kinoteatr var idi. Sonralar o, intervyularda "Rahib kimi dini məktəbdə aldığın təhsildən çox, mənim əsl təhsilim kino olmuşdur" demişdir. O zamanlar Almodovar Luis Bunyuelin təsiri altında olmuşdur.

 1967-ci ildə, 18 yaşında, valideyinlərinin arzusunun əksinə olaraq Almodovar rejissor olmaq arzusu ilə tək və pulsuzMadridə köçür. Lakin o zamanlar ispan diktatoru Fransisko Franko Madriddəki Milli Kino məktəbini bağlatdırdığına görə Almodovar peşəkar təhsil ala bilmir. Özünü dolandırmaq üçün o, Madridin məhşur "2-ci əl" El Rastro bazarında geyilmiş paltarlar satmaq da daxil bir neçə iş dəyişdikdən sonra 12 il "Telefónika" ispan telefon-rabitə şirkətində inzibatçı köməkçisi işləyir.

Yaradıcılığının qiymətləndirilməsi

[redaktə | mənbəni redaktə et]
Pedro Almodovar 2024-cü il Venesiya Film festivalının baş mükafatı "Qızıl şir" ilə
  • 1974 "Film político"
  • 1974 "Özünü dolandırmaq üçün mos putas, o historia de amor que(arada Madridin məhşur "2-ci əl" El Rastro bazarında köhnə paltarlar satmışdır) termina en boda"
  • 1975 "La inzibatçı köməkçisi işləmişdir.oSonralar mü ma"
  • 1975 "Homenaje"
  • 1975 "El sueño, o la estrella"
  • 1975 "Blancor"
  • 1976 "Sea caritativo"
  • 1976 "Muerte en la carretera"
  • 1977 "Sexo va, sexo viene"
  • 1978 "Salomé"
  • 1985 "Tráiler para amantes de lo prohibido!
  • 1996 "Pastas Ardilla"
  • 2009 "La concejala antropófaga"
  • 2020 "La voz humana"
  • 2023 "Extraña forma de vida"
  1. https://vos-celebrites.fr/taille-celebrites.php?star=Pedro-Almodovar.
  2. "2024 Venesiya Film festivalında "Qızıl şir" mükafatının qalibi müəyyən oldu".

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]