Oyun portu
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Oyun portu - (ing.game port, ru.игровой порт) - IBM PC-uyumlu kompüterlərdə coystikləri və ya oyun pultlarını qoşmaq üçün oyuq. İlk modellərdə adapterin hamısı oyun portu üçün ayrılırdı; hazırda belə kartlarda (xüsusən IBM şirkətinin istehsalı olmayan) oyun portları ilə yanaşı digər portlar da (məsələn, əlavə ardıcıl və ya parallel port) olur.
Oyun adapteri - IBM PC-uyumlu kompüterlərdə coystik və ya oyun pultlarını qoşmaq üçün giriş-çıxış portu. Belə adapterin nüvəsi analoq-rəqəm dönüşdürücüsüdür (ADC). Coystik və ya idarəetmə pultu ilə manipulyasiya etdikdə bir və ya iki potensiometrin mövqeyi dəyişilir ki, nəticədə gərginliyin səviyyəsinin şəkli dəyişilir; sonra ADC bu gərginlikləri coystikin və ya pultun mövqeyini müəyyənləşdirən ədədi qiymətlərə çevirir.
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Oyun portunun səs kartı
-
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.