Orda xan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Orda xan
Doğum tarixi 1204
Vəfat tarixi 1280
Atası Cuçi xan[1]
Fəaliyyəti Xan

Orda xan (monq. эджен — «sahib, yiyə»; ? — 1246 və 1251-ci ilin arasında) — Cuçi xanın oğlu, Ağ Ordanın ilk hökmdarı.

Monqol imperatoru Çingiz xan ölməmişdən əvvəl torpaqlarını oğulları arasında paylaşdırmışdı. Ceyhun çayı ilə Balxaş gölünün qərbindəki yerləri böyük oğlu Cuçi xana vermişdi. Cuçi xanın kiçik oğlu Batı xan, qərbə doğru etdiyi səfərlərlə bu torpaqları genişlətdi. Cuçinin torpaqları sonradan Batu xan ilə böyük qardaşı Orda xan arasında bölündü. Balxaş ilə Aral gölləri arasındakı və Ceyhun çayının cənubundakı yerlər Orda xana verildi. Xarəzm və yeni alınan torpaqlar Batının rəhbərliyində qaldı. Orda xanın rəhbərliyindəki şərq bölgəsinə Ağ Orda, Batının rəhbərliyindəki qərb bölgəsinə isə Göy Orda adı verildi. Göy Orda sonradan Qızıl Orda olaraq adlandırıldı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. China Biographical Database (ing.).