Nimits

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nimits
USS Nimitz (CVN-68)
Təşkilat
İstismara verilmə tarixi 3 may 1975
Şərəfinə adlandırılıb Çester Nimits
Uzunluğu
  • 332,8 m
Su sıxışdırması 11,3 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Nimits" dənizdə (Viktoriya, Britaniya Kolumbiyası yaxınlığında).

"Nimits" ABŞ hərbi donanmasının Nimits sinifli aviadaşıyıcısı. Donanma admiralı Çester Nimitsin şərəfinə adlandırılmışdır. Çoxməqsədli atom aviadaşıyıcısı olan, dünyanın ən iri hərbi gəmilərindən biridir. Su basımı 101-104 min ton, uzunluğu 333 metr, eni 76,8 metrdir. Qüvvə qurğusu əsasən iki Vestinqhaus A4W atom reaktoru və 4 buxar turbinindən ibarətdir, təchizinin tərkibində iki hava axtarış radarı, bir hədəf radarı, üç hava hərəkat üzrə nəzarət radarı, eniş yardımı radarları və elektron hərbi cihazları var. Ekipaj 3200 nəfərdir, habelə 2480 nəfər aviasiyasına baxır. Gəminin ana limanı San Diyeqo hərbi-dəniz bazasıdır. Səfər məsafəsi həddsizdir.

1967 il martın 31-də sifariş edilmiş superaviadaşıyıcının tikintisi növbəti il iyunun 22-də Virciniya ştatında başlandı və 1972 il mayın 13-də başa çatdı. 1975 il mayın 3-də gəmi xidmətə qəbul edilmişdir və həmin il iyunun 30-da "Nimitsin" CVAN-68 işarəsi indiki CVN-68-ə dəyişdirmişdir. "Nimits" 11-ci aviadaşıyıcı zərbə qrupunun hissəsidir. Karyeranın ərzində o, "Axşam İşığı" əməliyyatında iştirak etmişdir, lakin onun tapşırığı vertolyotların qəzasına görə ləğv edilmişdir. 1988 il Yay Olimpiya oyunları zamanda "Nimits" Cənubi Koreya sahilboyusunun qarovulunda olmuşdur. "Nimitsin" donanmadan çıxartması 2033 ildə gözlənilir.

Nimits sinifli aviadaşıyıcılar

[redaktə | mənbəni redaktə et]

"Nimits" · "Dvayt D. Eyzenhaver" · "Karl Vinson" · "Teodor Ruzvelt"

Avraam Linkoln yarımsinfi

[redaktə | mənbəni redaktə et]

"Avraam Linkoln" · "Corc Vaşinqton" · "Con K. Stennis" · "Harri S. Trumen"

Xarici istinadlar

[redaktə | mənbəni redaktə et]