24°45′07″ c. e. 15°16′35″ ş. u.HGYO

Namib səhrası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Namib
ing. Namіb port. Namіbe
Səhranın peykdən görüntüsü
Səhranın peykdən görüntüsü
Ümumi məlumatlar
Sahəsi 81,000 km²
Uzunluğu 2,000 km
Eni 200 km
Yerləşməsi
24°45′07″ c. e. 15°16′35″ ş. u.HGYO
Ölkələr
Namib səhrası (Afrika)
Namib
səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Namib (ing. Namіb, port. Namіbe) — Afrikanın cənub-qərb sahilboyunda yerləşən səhra. Səhranın formalaşmasında Bengel cərəyanın rolu böyükdü.[1] Namib adı "Nama" adlı Afrikanın köklü xalqının dillindən götürülüb. Səhranın sahəsi 100 000 km² çoxdu. Anqoladan tutmuş CAR-a qədər və Atlantik okeanın sahili boyunca səhra 1900 km qədər uzanır[2]. Okean tərəfdən səhra 50–160 km-lik məsafəyə qitənin içərilərinə gedir, cənubda Kalaxarinin cənub-qərb hissəsi ilə birləşir.

"Nama" dillindən Namib "heç bir şeyin mövücüd olmadığı yer" mənasını verir. Namib səhrası ildə 1013 mm yağıntı ilə quru yer sayılır, və bir neçə sahilyanı şəhərləri istisna olmaqla, demək olar ki əhalisi yoxdur. Namib dünyanın ən qədim səhrası sayılır, səhra və yarımsəhra şəraiti burada artıq 80 milyon il boyu fasiləsiz olaraq mövcuddur, yəni o hələ dinozavrlar dövründə yaranıb. Bunun nəticəsində bir neçə endem bitki və heyvan növləri burada yaranıb.

Səhrada, volfram, uran (ikisidə filizlərə aid olunur) və almaz mədənlərinin mühüm yataqları tapılmışdır. Namibin sahillərini yuyan Atlantik okeanın sularının sualtı həyatı çox zəngindir. Səhranın sahilləri çoxsaylı suiti, dəniz quşları və hətta pinqvinləri cəlb edir. Pinqvinlər Afrikanın isti klimatına baxmayaraq boş sahillərdə və sahilyanı adalarda yuva qurular.

Namib Səhrası 50.000 km² ərazini əhatə edir. Atlantik okeanı boyunca 1600 km səhra Namibiya sahillərini təşkil edir. Qərbdən şərqə eni 50–160 km arasında dəyişir. Namib səhrasının bir hissəsi Anqolanın şimal-qərbinə çatır.

Çölün mərkəzindən 480 km şimal-şərqdə, səhranın şimal ucunda yerləşən Namibiyanın paytaxtı VindhukSvakopmund və Walvis Körfəzindən yüngül təyyarə və ya quru nəqliyyat vasitələri ilə təmin edilir.

2013-cü ildə UNESCO tərəfindən Dünya irsi elan edildi.[3]

Fiziki coğrafi vəziyyəti

[redaktə | mənbəni redaktə et]
"7-ci dün" dünyanın ən hündür qum təpəsi (383 m)

Səhra sahil boyu zolağlar formasında uzanan üç coğrafi zonalara ayrılır:

  • Okeanın təsiri güclü hiss olunan çox dar sahil zolağı;
  • Səhranın qərb hissəsinin qalığını tutan Xarici Namib;
  • Səhranın ən kontinental hissəsində, şərqdə yerləşən Daxili Namib

Bu zonaların arasında geniş keçid əraziləri var.

Bura qitə yaylağının ətəyinin yanından, okean sahilindən şərq istiqamətdə təxminən 900 metr səviyyəsinə qədər yavaş-yavaş qalxır. Səhranın bəzi yerlərində sıldırım yamacları olan qayalı dağlar ucalır. Şimalda onların arasından bir neçə çay dik yarğanlı dərin dərələri yarır.

Cənubda yer səthinin böyük hissəsini qum örtür. Qumun rəngi sahilə yaxın ərazilərdə sarı-boz, səhranın daxili ərazilərində isə kərpici-qırmızı rəngdədi. Qum Narıncı çayın və digər çay axınların hərəkəti saəsində əmələ gəlir. Sahilə paralel şimal — şimal-qərbdən cənub- cənub-şərqə qədər cərgə formasında qumlu dyunlar yayılıb. Bəzi dyunlar 10–20 kilometrədək uzunluğa və 60 metrdən 240 metrədək hündürlüyə malikdilər. Cərgə dyunların arasındaki çökəkliklər kiçik köndələn dyunlarla kəsişir. Səhranın ucqar cənubunda küləyin codlaşdırdığı qayalar yerləşir, onların üstündə bəzən barxanlar və aypara şəklində dyunlar yaranır.

Səhra şimalının çox hissəsi çılpaq qayalıq yaylağlardan ibarətdir.

Su daxili kontinental yaylağdan səhraya axır. Səhrada yalnız iki bol sulu çaylar keçir: Kunene çayıNarıncı çayı. Qalan axınlar çox az və gec vaxtda səth suları ilə dolur (çox vaxt güclü leysan nəticəsində dolur). Namibin şimal hissəsində bu axınların ən böyükləri okeana çatır, amma cənubda Kuyseb və Narıncı çayın arasında onlar qum dün cərgələrin qarşısında yada onların arasındakı fasilələrdə ya şoranlarda yada Vley (afrik. vlei) palçıq çökəkliylərdə itirirlər.

Su quma keçəndə və qum altında sukeçirməyən süxurları üzərində sərbəst axır, və, ona görədə bəzi məcraların daimi yeraltı axınları var. Belə yeraltı suları sahilboyu şəhərlərin su təchizatı üçün istifadə edilir.

Namib səhrasının torpağı nə bərəktlidi, nədə bərkətssizdi və tamamilə buna məhrum olub. Bəzi sahələr sürünən qumlara örtülmüşdür. Burdaki torpağlar bir qayda olaraq çox duzludular, ya gipsliyiblər yada üstü əhənglə möhkəm sementlənib. Başqa torpağlar səth qabığı yaradılar.

Sahil zonasında yağış demək olarki, heç vaxt yağmır, amma hava rütubəti həmişə çox yüksəkdi və demək olar ki, doyma səviyyəsindədi. Sahil boyunca cənubdan axan soyuq Benqel cərəyanı havanı soyudur və duman yaradır. Soyuq hava qitənin dərinliklərinə dəniz mehii daşıyır, təxminən 300 metr dərinliyinə temperatur inversiyasını yaradaraq, aşağı təbəqədə dumana, yuxarı təbəqədə isti və quru havanın yaranmasına səbəb olur. Bu yerlər üçün səciyyəvi olan qalın duman və sürətli axınlar gəmiçiliyi çətinləşdirir və səhra sahilləri yaxınlığında çoxsaylı gəmi qəzalarına gətirib çıxarır. Kunene çayın mənsənindən cənubda yerləşən Skelet Sahili xüsusilə təhlükəli sahə sayılır.

Sahill ətrafında gündüz və gecə, qış və yay temperaturları arasında fərq demək olar yoxdur, burada nadir hallarda havanın temperaturu 10-dən aşağı düşür və 16 dərəcədən yuxarı qalxır. Səhranın daxili nahiyələrində yay temperaturu 31 °C çatır. Sərin dəniz mehiinin təsiri olmayan ərazilərdə temperatur 38 dərəcədən yuxarı qalxa bilər, bu aşağı enlərdə yerləşən səhralara daha çox xarakterikdi

Gecələr səhranın daxili zonalarında bəzən havanın temperaturu sıfıra qədər enir. Hər yazda və payızda şərqdən isti quru külək əsir (yerli sakinlər ona "berq" deyirlər, yəni "dağ"). O, bütün səhra üzərində havanın temperaturunu 38 dərəcədən yuxarı artırır və okeana çatan və hətta kosmosdan görünən nəhəng toz buludları gətirir.

Seyrək yağışlar qısamüddətli olsa da, çox güclü leysan şəklində yağır. İllik yağıntıların səviyyəsi 13 millimetrlərə bərabərdi və qitənin dərinliklərinə getdikcə artır, səhranın şərq sərhəddində 52 mm səviyyəsinə çatır. Amma illər olur ki, yağış heç olmur. Bununla belə, iqlim xüsusiyyətləri nəticəsində səhərlər çox bol şeh yaranır. Bəzi bitki və heyvan növlərinin su mənbəyi kimi şeh yağışdan daha vacib əhəmiyyəti daşıyır. Səhranın ucqar cənubuna bəzən qış qasırğaları göydən tökülür. Hündür cənub dağlara bəzən qar tökülür.

Səhranı xarakterik yaşıllıq növlərinə görə altı təbii zonalara ayırmaq olar.

  • Rütubətin çox hissəsini buluddanşehdən alan sukkulent bitkilərdən ibarət olan sahil zonası
  • Yaşılığa demək olarki, məhrum olan Namibin xarici zonaları;
  • Namibin daxili vilayətlərin çöl zonası, hansıki il boyu bitkissiz qala bilər, lakin yağışlardan sonra qalın ot örtüklə örtülür;
  • Namibin daxili dünləri, hansındaki, köl və ot yüksək müxtəlifliyi gözlənilmədən böyükdür;
  • Böyük çayların vadiləri. Burada böyük ağaclar, xüsusilə akasiya bitə bilər;
  • Qış yağışların cənub sərhədlərindən cənubda yerləşən ərazilər. Yay quraqlığına dözə bilən köllar иu yerlər üçün səciyyəvidi.
Qəribə velviçiya (Welwitschia mirabilis)

Səhranın şimal hissəsində mövcud olan qəribə yerli bitkilərdən biridə qəribə velviçiyadı (Welwitschia mirabilis). Valvisiya bütün onun həyatı boyu yavaş-yavaş uzanan yalnız iki nəhəng yarpaqdan ibarətdir. Yarpaqların uzanması 1000 və daha çox il davam edə bilər, lakin bununla belə yarpaqlar çox az 3 metrdən uzun olurlar , çünki külək onları nazik parçalara parçalayır və onları hörür. Yarpaqları 60–120 santimetr diametri olan böyük qırmızı konus formalı turpu xatırladan və yerdən 30 santimetr qalxan gövdəylə bitişir. Valvisiyanın Kökü torpağa 3 metrə qədər dərinliyə gedir. Bitki son dərəcə quru şəraitdə yaşıya bilmək qabiliyyəti ilə tanınır, çüki o, əsa su mənbəyi kimi şehi və dumanı istifadə edir. Valvisiya şimal Namibin endemik bitkisi sayılır və Namibiyanın dövlət gerbində təsvir olunmuşdur.

Səhranın bir az daha rütubətli yerlərdə Namibin başqa məşhur endem bitkisi "Naraya" (Acanthosicyos horridus) rast gəlmək olar. Bitkinin toxumları səhrada bir çox heyvanlar üçün qida bazasını və su mənbəyini təşkil edir, bu bitkissiz onlar yaşıya bilməzlər. Endemik bitkilərdən biridə sukulent bitkilərə aid olan Aloe dichotoma, hündürlüyü 7 metrə qədər dəyişə bilir.

Namibin daxili zonalarında yerləşən çökəkliylər və qum təpələri bəzi antilop növlərinə (Adi köpgəröküz, kisəli ceyran), dəvəquşularına və bəzən zebrlərə sığınacaq yeri olurlar. Şimalda fillərə, kərgədanlara, şirlərə, kaftarlara, çaqqalara rast gəlmək olar, xüsusilə Atlantik okeana tökülən çayların vadilərində. Namibin xarici zonaların xarici zonalarında yerləşən qum təpələri bəzi hörümçəklərə, ağcaqanadlara, digər həşəratlara (əsasən böcəklərqarışqalar) və sürünənlərə (xüsüsi ilə gekkonlarilanlar) üçün ev əvəzi verir. Məməlilər burada, demək olar ki, yoxdur.

Adi köpgəröküz

Benqal cərəyanın yaratdığı yüksələn axıntı nəticəsində dənizin sahilyanı balıqla doludu. O, buraya çoxlu miqdarda suitilərini özünə cəlb edir. Suitlər çoxalma mövsümündə yüz minlərlə səhra sahilərinə çıxırlarki, öz balalarını dünyaya gətirsinlər. Suitlərin yataq etdikləri yerlər əsasən Şperşbit və "Skelet Sahili" milli parkı daxilində yerləşir və oraya giriş ciddi şəkildə məhdudlaşdırılıb. Turistlər yataqları yalnız Keyp-Kross qoruq ərazisindən izləyə bilərlər. Suitləri bir qrup quru yırtıcıları üçün yemdi. Adalarda və sahil zonalarda dəniz quşları koloniya şəklində məskunlaşır: flaminqo, qutan, qarabatdaq. Lüderits buxtasının adalarının cənubunda xeyli sayda pinqvinlər olur.

Keyp-Kross burnunda yataq salan suitilər

Namib səhrası artıq təxminən 80 milyon ildiki var (Təbaşir dövründən) və yerli heyvanlar təkamül və təkamül avadanlıqlar alması üçün xeyli vaxtı var idi. Məsələn: kambik gekkonları günəşlə 60 °C qədər qızan qum üstündə qaça bilir, ona dəyanmaq lazım olanda, o, növbə ilə yanıq almamaq üçün tək sağ və sol ayağları üstündə durur. Temperatur daha da yüksələndə o, özünü quma bastırır, çünki qumun altında sərin şərait var. Gündüz istisi zamanı çökükbaş ilanlar və çox kiçik gürzələr də bu strategiyadan faydalanırlar. Bu zaman onlar quyruğunun ucu çöldə tələ kimi saxlayırlarki, xırda heyvanlar quyruğu ağcaqanad sayıb ona yaxınlaşsınlar. Digər heyvanlar yeraltı həyatına keçiblər və təkcə sərin gecələr fəal olurlar.

İçməli su mənbələri səhrada çox azdı, ona görədə yerli bitkilər su tapmaq üçün özünəməxsus üsulları istifadə edirlər. Gecə və səhər tezdən cənub-qərb küləyi ölkənin içərilərinə sahildən 80 kilometrik məsafəyə çatan qatı dumanlı buludları daşıyır, və bir çox yerli bitki və heyvanların səhər şehi yığılması üçün xüsusi uyğunlaşdırılmış gönü və yarpaqları var.

Əhalisi və iqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

XX əsrin əvvəllərinə qədər tez-tez yerini dəyişən San (buşmenlər) nadir qrup xalqı səhraya köçürdülər. Onlar dəniz sahilində yeməli nə var idisə hamısını yığırdılar və daxili Namib üzrə köçürdülər. Amma Namibin çox hissəsində indi tamam boşdu və hər hansı iqtisadi fəallığı yoxdu, çünki köçərilər səhradan köçüb, həyat üçün daha əlverişli yerlərdə məskunlaşdılar və digər həyat şəraitinə öyrəncəli oldular. Bununla yanaşı, səhranın bəzi zonaları başqa-başqa sahələrdə səmərəlidi.

Daxili Namibin uzaq cənub çöl rayonları özəl fermalar (ranço) arasında bölünüb və yerli sakinlər qərb menecerləri rəhbərliyi altında çalışırlar. Bu fermalar səhra qoyunların yetişdirilməsi ilə məşğul olur: yumşaq yuna bürülmüş yenicə doğulmuş quzuların dərilərini Avropaya ixrac edirlər ki, onlardan qış geyimləri tikir.

Şimali və Mərkəzi Namibin ərazilərinin böyük hissəsi qoruqrekreasiya zonası sayılır. Mərkəzi hissədə yerləşən "Namib Səhrası" milli park zebrlər, antilopdəvəquşular sürüləri üçün sığınacaq verir. Svakopmund şəhərindən şimali-qərb sahilləri boyu uzanan 210 km eni olan zolağ Qərb sahilin Milli turizm zonasını təşkil edir. Zonanın daxilində suitilərin ənənəvi çoxalma yerlərinin qorunması üçün Keyp-Kross Suiti qoruğu yaradılıb. Daha sonra şimalda "Skelet Sahili" Milli parkı var, amma ora səhra ekosisteminin qorunub saxlanması zərurəti səbəbindən giriş məhdudlaşıb.

Narıncı və Kuseyb çayları arasında olan böyük bir ərazidə və qitənin 130 km dərinliyinə daxil olarkən Sperrgebiet (alm. qadağa olunmuş zona) zonası yerləşir və "Skelet Sahilli" kimi, burayda daxil olmaq qadağandı, amma səbəb burada almaz yataqlarının olduğu üçündü. Almazlar sənaye üsulu ilə sahil yaxınlığında almazhas süxurlarından hasil edilir. Almazlar Namibiya ixracının üçdə birini təşkil edir.

Atlantik okeanın namib sahillində yalnız dörd əhəmiyyətli şəhər mövcuddur.

Svakompund Namibiyanın yay (mövsümi) paytaxtıdı. Burada məşhur okean kurortu var və Almaniya imperiyasının burada yaratdığı müstəmləkə zamanların ab-havası indiyədək qalmaqdadır. Ölkənin bütün daxili sahələrdə tüğyan edən yay istisındən yayınmaq üçün dekabrın ortalarından fevralın ortalarına qədər paytaxt və hökumət müəssisələrinin böyük hissəsi Vinduxa şəhərindən Svakompunda köçürülür. Uolfiş Bey Svakompundan cənubda yerləşir: o, əvvəllər CAR məxsus olub və yalnız 1994-cü ildən Namibiya ərazisi sayılır. Bura qarışıq əhalisi olan müasir liman şəhəridi: burada ölkənin cənubundan və mərkəzdən köçən bir çox nama xalqının təmsilçiləri yaşıyır, amma yerli afrikalaların əksəriyyəti limanda işləyən Anqoladan olan miqrantlardı. Liman böyük balıqçı donanması üçün baza xidməti edir.

Namibiyanın cənubunda dayazsulu qayalı buxtasında olan Lüyuderis kiçik limanı Uolfiş Bey və Keyptaun ilə kiçik ticarət aparır, və xərçəng ovu və emalı mərkəzidir

Narıncı çayının mənsəbində yerləşən Oranjemund qazmatçı şəhərdir, Cənub sahilində və Narıncı çayın şimal hissəsində almaz hasilatı mərkəzidi.

Səhradan Uolfiş Beyi, Svakompundu, Solitairi, Lüderitsi Namibiya və Cənubi Afrika qitəiçi nəqliyyat şəbəkəsi ilə birləşdirən dəmir yolu xətti və asfalt yolları kəçir. Burada sahilyanı avtomobil yoluda da var. Səhranın digər ərazisilərində müasir nəqliyyat yolları yoxdur (Kaokovelddə (səhranın şimalı) və Uolfiş Bey-Luderits arasında)

Aparılan araşdırmalar

[redaktə | mənbəni redaktə et]

Səhranın sahillərində araşdırmalar XV əsrdə portuqal ekspedisiyaları Afrika ətrafında Şərqə dəniz yolu axtaran başlayıb. Afrika sahilləri boyunca cənuba doğru irəliləyərək, portuqaliyalılar sahillərdə yazılı daş xaçlar qoyurdularki, onlar sübut edirdiki, bu torpaqlar Portuqaliya dövlətinə birləşdirilib. Dieqo Kao tərəfindən qoyulan belə xaçlardan biri indiyədək səhranın sahilində Keyp-Kross burnunda saxlanılıb.

XIX əsrin əvvəllərində Uolfiş Bey buxtası Yeni İngiltərədən balina ovlayan donanma tərəfindən baza kimi istifdə olunmuşdur, həmçinin bir neçə karvan marşrutları var idiki, onlar saəsində tacirlər və missionerlər Namibin daxili rayonlarına doğru gedirdilər. Qalan mövzularda səhra barədə demək olar ki, heç nə məlum deyildi. Yalnız cənub-qərbi Afrikada Almaniya müstəmləkəsi başlayanda, bu ərazidə planlı öyrənilmə və xəritə hazırlanma başlanılıb.

  1. "soyuq Bengel cərəyənının təsiri". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-20.
  2. "okeanın sahili boyunca 1900 km uzanır". 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-20.
  3. https://web.archive.org/web/20181223174504/http://whc.unesco.org/en/list/1430/

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi,
obyekt № № 1430
1430 ing.1430 rus.1430 fr.

[1]

  1. Sitat səhvi: Yanlış <ref> teqi; :0 adlı istinad üçün mətn göstərilməyib