Missuri
Missuri ing. Missouri | |||||
---|---|---|---|---|---|
Ştat | |||||
| |||||
Təxəllüsü: "Mənə göstərin ştatı" (qeyri-rəsmi) | |||||
Paytaxtı | Cefferson-Siti | ||||
Ən iri şəhəri | Kanzas-Siti | ||||
Ərazisi | 21-ci (ABŞ üzrə) | ||||
• Ümumi | mil² (180.533 km2) | ||||
• Eni | mil ( km) | ||||
• Uzunluğu | mil ( km) | ||||
• % su | 1,7 | ||||
Əhalisi | 18-ci (ABŞ üzrə) | ||||
• Ümumi | 5.988.927 | ||||
• Sıxlıq | /mil² (33,62 nəfər/km2) (ABŞ üzrə) | ||||
Yüksəklik | |||||
• Maksimal yüksəklik | ft (540 m) | ||||
• Orta yüksəklik | ft (240 m) | ||||
• Minimal yüksəklik | {{{Minimal yüksəklikABŞ}}} ft (70 m) | ||||
İttifaqa qəbul | 10 avqust 1821 (24) | ||||
Qanunverici hakimiyyət | |||||
ABŞ Palata nümayəndələri | Siyahı | ||||
Abbreviatura | Missuri |
Missuri ştatı (ing. Missouri) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Cefferson-Siti şəhəridir. Missuri ərazisinin böyüklüyünə görə ştatlar arasında 21-ci, əhalisinin sayına görə 18-ci yeri tutur. Missuridəki ən böyük şəhərlər Kanzas-Siti, Sent-Luis, Sprinqfild və Kolumbiyadır. Missurinin ərazisi 1821-ci ildə Fransadan Luiziananın satın alınması sazişi çərçivəsində satın alınıb.
Missurinin coğrafiyası çox müxtəlifdir. Ştat Şimali Amerikadanın ən böyük çaylarından üçünün, Missuri çayı, Missisipi çayı və Ohayo çayının kəsişməsində yerləşir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Missuri qonşu ştat Tennessi kimi 8 ştatla həmsərhəddir. ABŞ-də heç bir ştat 8-dən artıq ştatla həmsərhəd deyil. Missuri şimalda Ayova, şərqdə Missisipi çayı boyunca İllinoys, Kentukki və Tennessi ilə, cənubda Arkanzasla və qərbə Oklahoma, Nebraska və Kanzas ştatları ilə həmsərhəddir.
İqlimi rütubətli kontinental iqlimdir, qışı soyuq, yayı isə isti və rütubətli keçir. Ştatın cənubuna doğru iqlim rütubətli subtropik iqlimə doğru dəyişir. ABŞ-nin daxilində yerləşən Missuridə tez-tez ekstremal hava şəraiti olur. Yaxınlığında heç bir dağları və okeanı olmayan Missuriyə Arktikanın soyuq hava kütlələri və Meksika körfəzindən isti hava maneəsiz daxil olur. Missuridəki ekstremal hava şəraiti həmçinin özünü burada tez-tez baş verən tornado və tufanlarla göstərir. Son illərin ən dağıdıcı tornadosu olan 2011-ci il Coplin tornadosu Coplin şəhərinin üçdə birini tamamilə dağıtmışdı. Tornado 1-3 milyard ABŞ dolları miqdarında ziyan vurmuş, 159 nəfərin ölümünə və 1000 nəfərdən artıq insanın yaralanmasına səbəb olmuşdu. Coplin tornadosu ABŞ tarixində baş vermiş 7-ci ən güclü, dünyada indiyə kimi baş vermiş 27-ci ən güclü tornado olub.
Tarixi
[redaktə | mənbəni redaktə et]Avropalıların buraya gəlişinə qədər yerli hindu qəbilələri bu ərazilərədə min illərlə yaşayırdılar. Ştatın çayları sahilində aparılan arxeoloji qazıntıların nəticələri ştat ərazisinin 7.000 il ərzində insanlar tərəfindən məskunlaşdığını göstərir. Buraya gələn ilk avroplalılar Kanada fransızları olub. Onlar təxminən 1750-ci ildə buraya köç ediblər. Sent Luis şəhərinin əsası 1764-cü ildə Nyu Orleandan gəlmiş fransızlar tərəfindən qoyulub.