Mil Mi-24

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mi-24
Polşa Ordusuna məxsus Mi-24 helikopteri
Polşa Ordusuna məxsus Mi-24 helikopteri
Tipi Hücum helikopteri
Hazırlayan Mil Moskva Helikopter Zavodu
İstehsalçı Mil Moskva Helikopter Zavodu
İlk uçuş 19 sentyabr 1969-cu il
İstismara verilmə tarixi 1972
Status Aktiv xidmətdə
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri
Azərbaycan Hərbi Hava Qüvvələri
Ukrayna Hərbi Hava Qüvvələri
Belarus Hərbi Hava Qüvvələri
İstehsal ili 1969–davam edir
Buraxılış sayı 2.300
Vahidinin qiyməti 12 milyon ABŞ $ (2015)
Baza modeli Mil Mi-8
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mil Mi-24 (rus. Миль Ми-24; NATO kod adı: Hind) ― Sovet İttifaqıRusiya tərəfindən istehsal olunan hücum və hərbi nəqliyyat helikopteridir.[1] Pilotlar tərəfindən uçan tank adlandırılır. Digər adı isə, xarici görünüşünə görə "Timsah"dır. Mil Moskva Helikopter Zavodu tərəfindən istehsalı həyata keçirilən bu helikopter 1972-ci ildən etibarən başda Sovet İttifaqı olmaqla bir çox ölkənin hərbi hava qüvvələri tərəfindən istifadə olunur.

Mi-24 hərb tarixində ilk hücum helikopterlərindən biridir. Korpusu olduqca möhkəm zirehlə örtülüdür. Əhəmiyyətli xüsusiyyətlərindən biri eyni zamanda 8 əsgər, yük və sursat daşıma imkanıdır.

Zəif cəhəti yüksəksəviyyəli manevr bacarığına sahib olmaması və xüsusilə kəskin dönüşlər zamanı qəza vəziyyətinə düşməsidir. Üzərində aparılan uzun müddətli çalışmalara baxmayaraq bu çatışmazlığı aradan qaldırmaq mümkün olmayıb.

Döyüş tətbiqi

[redaktə | mənbəni redaktə et]

Oqaden müharibəsi (1977–1978)

[redaktə | mənbəni redaktə et]

Mi-24 helikopterinin ilk döyüş tətbiqi Efiopiya ilə Somali arasında baş vermiş Oqaden müharibəsinə təsadüf edir. Helikopterlər Sovet İttifaqının hərbi yardımı olaraq Efiopiyaya təhvil verilmişdi. Bu döyüş texnikalarının həm hava, həm də yer döyüşlərində effektivliyi sayəsində efiopiyalılar 1978-ci ilin əvvəlinə qədər Oqadeni yenidən nəzarət altına ala bildilər.[2]

Çad-Liviya münaqişəsi (1978–1987)

[redaktə | mənbəni redaktə et]

Münaqişə ərzində Liviya Hərbi Hava Qüvvələrinə məxsus Mi-24A və Mi-25 helikopterləri bir neçə dəfə Çad mövqelərinə hücum etmişdir.[3] Mi-24-lər ilk dəfə 1980-ci ilin oktyabr ayında Ncamena şəhəri yaxınlığında baş vermiş döyüşdə istifadə edilmişdir.

1987-ci ilin martında ABŞ və Fransa tərəfindən dəstəklənən üsyançılar ölkənin şimalında yerləşən Liviyaya məxsus Ouadi-Dum hərbi bazasını ələ keçirmişdir. Həmin bazada ələ keçirilən helikopterlər arasında üç ədəd Mi-25 də var idi. Qənimət olaraq ələ keçirilən həmin helikopterlərdən biri Fransaya, biri Böyük Britaniyaya, digəri isə ABŞ-yə göndərildi.[4]

Əfqanıstan müharibəsi (1979–1989)

[redaktə | mənbəni redaktə et]
Əfqanıstan HHQ-nə məxsus Mi-24 helikopterləri

Mi-24 döyüş helikopteri Əfqanıstan müharibəsi ərzində mücahidlərin mövqelərinin bombardman edilməsində aktiv istifadə edildi. ABŞ mücahidləri daşına bilən zenit-raket qurğusu olan Stingerlə təchiz etdikdən sonra Mi-8 və Mi-24 helikopterləri əfqan döyüşçülərin əsas hədəflərinə çevrildi.

Müharibə ərzində bəzi mənbələrin məlumatına görə Sovet Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin ümumi sayı 600 idi ki, bunun da 250-dən çoxunu Mi-24-lər təşkil edirdi.[5] MKİ-nin 1987-ci ilə olan məlumatına görə isə 1980-ci ildə 85 olan Mi-24 döyüş helikopterlərinin sayı 1985-ci ildə 120-yə çatmışdı.[6]

İlk bazalaşdırılması və döyüş tətbiqi

[redaktə | mənbəni redaktə et]

1979-cu ilin aprelində Əfqanıstan hökuməti ilk Mi-24 helikopterləri ilə təchiz olunmağa başladı. Əfqan pilotların yaxşı təlim keçməsinə və bu texnikadan effektiv istifadə etməsinə baxmayaraq, mücahidlər heç də asan hədəf deyildi. İlk Mi-24 18 iyul 1979-cu ildə mücahidlər tərəfindən vuruldu. Əfqanıstanda vəziyyətin getdikcə pisləşməsi 27 dekabr 1979-cu ildə Sovet qoşunlarının ölkəni işğal etməsi ilə nəticələndi.

Əfqan üsyançıların güclü müqavimətinə baxmayaraq, Mi-24 döyüş əməliyyatlarında qarşı tərəfin ciddi itkilərə məruz qalmasına səbəb olurdu. Üsyançılar bu helikopteri "Şeytan arabası" adlandırırdı. Döyüş təyyarələri hücum əməliyyatlarında uzun müddət qala bilmədiyi üçün Mi-24-lər quru qoşunlarının hücum və müdafiə əməliyyatlarına daha çox dəstək olurdu.

Rusiya mənbələrinə istinadən verilən məlumata görə müharibə ərzində 74 helikopter itirilmişdir ki, bunun da 27-i Stinger zenit-raket qurğusu ilə vurulmuşdu. Bir çox başqa hallarda isə helikopterlər möhkəm zirehi və konstruksiyasının dözümlülüyünə görə zədələnmiş halda bazalarına qayıda bilmişdilər.

İran-İraq müharibəsi (1980–1988)

[redaktə | mənbəni redaktə et]
İraq Ordusuna məxsus Mi-24 döyüş helikopteri. İran-İraq müharibəsi ərzində iranlılar tərəfindən ələ keçirilmiş, hazırda Tehran şəhərində hərbi muzeydə nümayiş etdirilir.

Müharibə ərzində İraq Ordusu tərəfindən İrana qarşı ən çox istifadə edilən helikopter Mi-25 idi.[7] Bu helikopterin güclü silahlanmaya sahib olması İran quru qoşunlarının ciddi itkilər verməsinə səbəb olurdu. 2K8 "Falanqa" tank əleyhinə raketləri ilə də təchiz oluna bilən Mi-25-lər düşmən tanklarına baş ağrısı ola bilmişdi. Şərqi Almaniyadan olan hərbi məsləhətçilərin köməyi ilə iraqlılar döyüş taktikalarını inkişaf etdirirdi. Yeni hücum taktikasına əsasən Mi-25-lər Fransa istehsalı "Aérospatiale Gazelles" yüngül hücum helikopterləri ilə eyni anda düşmən mövqelərinə hücum etməli, bu zaman hücuma rəhbərlik edən Mi-25 helikopterləri özlərinin böyük atəş gücündən faydalanaraq İran Silahlı Qüvvələrinə məxsus hava hücumundan müdafiə vasitələrini sıradan çıxarmalı və bundan sonra "Gazelles"lər HOT raketlərindən istifadə edərək düşmənin zirehli döyüş maşınlarını məhv etməli idi. Bu taktika 1982-ci ilin iyul ayında baş tutmuş Ramazan əməliyyatı zamanı İran hücumunun qarşısının alınmasında öz effektivliyini nümayiş etdirmişdi.[8]

Bu müharibə, həmçinin tarixdə yeganə təsdiqlənmiş helikopterlər arasında hava döyüşünə şahidlik etmişdir. Bu hava döyüşü İraqa məxsus Mi-25 ilə İrana məxsus AH-1J "Dəniz Kobrası" (İran İslam İnqilabı baş verməzdən əvvəl ABŞ tərəfindən təchiz edilmişdi) arasında baş tutmuşdu. 1980-ci ilin noyabrında İraqın İran ərazisinə daxil olmasından qısa müddət sonra İran HHQ-nə məxsus iki ədəd AH-1J ilə İraq HHQ-nə məxsus iki Mi-25 arasında hava döyüşü baş vermişdir. Bu toqquşma nəticəsində bir ədəd Mi-25 vurularaq düşürülmüş, digəri isə bazaya çata bilmədən aldığı zədələr nəticəsində qəzaya uğramışdır. 24 aprel 1981-ci ildə iranlılar bu uğurlarını təkrarlamış, İraq Ordusuna məxsus iki ədəd Mi-25-i məhv etməyi bacarmışdır.

İraq Silahlı Qüvvələri əks-hücuma başladıqdan sonra 14 sentyabr 1983-cü ildə bir ədəd AH-1J, 5 fevral 1984-cü ildə daha üç ədəd və 25 fevralda əlavə üç ədəd AH-1J helikopterinin vurulduğunu (ikisi Falanqa, biri isə S-5 raketi ilə) açıqlamışdır. Sonradan, 16 fevralda İraqa məxsus Mi-25 YaKB pulemyotu vasitəsilə iranlıların daha bir "Dəniz kobrası"nı məhv etməyi bacarmışdır. Bu iki növ helikopter arasında baş vermiş sonuncu münaqişə 22 may 1986-cı ilə təsadüf edir. Həmin vaxt Mi-25 hücum helikopteri iranlıların AH-1J "Dəniz Kobra"sını sıradan çıxarmağı bacarmışdır. Müharibənin sonuna qədər ümumilikdə 10 ədəd AH-1J "Dəniz Kobrası" və 6 ədəd Mi-25 məhv edilmişdir. İraq Ordusuna məxsus Mi-25-lər, həmçinin İrana məxsus ABŞ istehsalı olan 43 ədəd UH-1 helikopterini də məhv etmişdir.[9]

Nikaraqua vətəndaş müharibəsi (1980–1988)

[redaktə | mənbəni redaktə et]

Mi-25 helikopterləri 1980-ci illərdə baş vermiş Nikaraqua vətəndaş müharibəsində də istifadə olunmuşdur.[10][11] 1980-ci illərin ortalarında Nikaraqua "Kontra"lar ilə mübarizə aparmaq məqsədilə 12 ədəd (bəzi mənbələrdə 18) Mi-25 satın almışdı.[9] Mi-25-lər kontralara qarşı həyata keçirilən quru əməliyyatlarında, həmçinin üsyançılar tərəfindən istifadə olunan yüngül təyyarələrə qarşı istifadə edilirdi. ABŞ-nin Reyqan Administrasiyası Mi-25-ləri Mərkəzi Amerikada gərginliyin artmasına əsas səbəb kimi göstərirdi.

Müharibə ərzində Nikaraqua Silahlı Qüvvələri 4 ədəd Mi-25 helikopterini itirdi. Üsyançılar onlardan ikisini ABŞ-dən aldıqları "Stinger" daşına bilən zenit-raket qurğusu ilə vurmuşdu.

Şri Lanka vətəndaş müharibəsi (1987–2009)

[redaktə | mənbəni redaktə et]

Şri-Lankada yerləşən Hindistan Sülhməramlı Qüvvələrinin hərbi hava qüvvələri alayı müharibə ərzində Hindistan və Şri-Lanka ordularının Tamil İlamin Azadlıq Pələngləri qruplaşması ilə mübarizəsinə dəstək vermək məqsədilə Mi-24'lərdən istifadə etmişdir. Bu münaqişə ərzində hindistanlı hərbçilərin arasında itki hallarının kifayət azalmasında məhz Mi-24 helikopterlərinin böyük rolu olmuşdur. İlk zamanlarda üsyançıların əlində zenit-raket qurğusunun olmaması nəticəsində Hindistana məxsus Mi-24-lər heç bir itkiyə məruz qalmadı.[12]

14 noyabr 1995-ci ildən etibarən Şri Lanka HHQ-nin silahlanmasında olan Mi-24 helikopterləri üsyançılarla mübarizədə quru qoşunlarının əsas dəstək qüvvəsi hesab olunurdu. Hal-hazırda bu ölkənin silahlanmasında olan bu helikopterlərin infraqırmızı şüa və radioelektron mübarizə sistemləri İsrail tərəfindən modernizasiya olunub. Müharibə ərzində ümumilikdə beş ədəd Mi-24 üsyançıların açdığı atəş nəticəsində, başqa iki helikopter isə hərbi bazalardan birinə təşkil olunan hücum zamanı vurulmuşdur. Bazaya hücum zamanı vurulan iki helikopterdən biri sonradan təmir olunaraq yenidən xidmətə qaytarılmışdır.[12]

Körfəz müharibəsi (1991)

[redaktə | mənbəni redaktə et]

İraq Ordusuna məxsus Mi-24 helikopterləri 1991-ci ildə Küveytin işğalı və ardınca baş vermiş Körfəz müharibəsi zamanı istifadə olunmuşdur. 1991-ci ildə İraqda baş verən hadisələr zamanı da bu helikopterlər müxaliflərə qarşı tətbiq edilmişdir.[13][14]

Əfqanıstan müharibəsi (2001–davam edir)

[redaktə | mənbəni redaktə et]
Əfqanıstan HHQ-nə məxsus Mi-35

2008 və 2009-cu illərdə Əfqanıstan Milli Ordusuna hərbi-texniki yardım proqramı çərçivəsində Çex Respublikası Əfqanıstana altı ədəd Mi-24 döyüş helikopteri vermişdir. Hazırda, Əfqanıstan Milli Ordusunun Aviasiya Korpusu doqquz ədəd Mi-35 helikopterinə sahibdir. Mayor Kaleb Nimmo Mi-35 helikopterində döyüş uçuşu həyata keçirən ilk amerikalı pilot olaraq tarixə keçmişdir. 13 sentyabr 2011-ci ildə Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus Mi-35 hücum helikopteri polis binasının terror hücumundan qorunması əməliyyatında uğurla iştirak etmişdir.

Hindistan da 2016-cı ildə hərbi yardım məqsədilə Əfqanıstana üç ədəd Mi-35 helikopteri göndərmişdir.[15] Əfqanıstanda yerləşən ABŞ qoşunlarının komandiri olan general Con Kempbell Mi-35 döyüş helikopterlərinin terrorçulara qarşı hücum əməliyyatlarında çox effektiv olduğunu açıqlamışdır.[16]

Suriya vətəndaş müharibəsi (2011–davam edir)

[redaktə | mənbəni redaktə et]

Suriya Hərbi Hava Qüvvələri ölkənin bir çox vacib şəhərlərində gedən döyüş əməliyyatlarında üsyançıların və terrorçuların mövqelərinə zərbə endirilməsi zamanı Mi-24 helikopterlərindən geniş şəkildə istifadə edir.[17]

2013-cü ilin yanvarında suriyalı müxaliflər tərəfindən ələ keçirilən Taftanaz aviabazasında digər bir sıra helikopterlərlə yanaşı bir ədəd zədələnmiş Mi-24 də var idi.[18]

9 iyul 2016-cı ildə Rusiya Müdafiə Nazirliyi Suriyanın Palmira şəhəri yaxınlığında hökumət qüvvələrinə havadan dəstək verərkən bir ədəd Mi-35M helikopterinin İŞİD terror qruplaşması tərəfindən vurulduğunu açıqlamışdır.[19] Bu, Suriya vətəndaş müharibəsi ərzində qeydə alınan Rusiyaya məxsus ilk hücum helikopterinin vurulması barədə xəbər idi.

Donbas müharibəsi (2014)

[redaktə | mənbəni redaktə et]

2 may 2014-cü ildə Slovyansk şəhərinin mühasirəsi əməliyyatı ərzində Ukrayna HHQ-nə məxsus iki ədəd Mi-24 rusyönümlü üsyançılar tərəfindən vuruldu.[20] Ukrayna Silahlı Qüvvələrinin rəsmiləri həmin iki helikopterin şəhər üzərində patrul uçuşları həyata keçirərkən DZRK ilə vurulduğunu açıqlamışdır. İlkin məlumatlarda iki nəfərin öldüyü və digərlərinin yaralandığı bildirilsə də, sonradan beş ekipaj üzvünün həlak olduğu və bir nəfərin əsir götürüldüyü açıqlandı. Əsir götürülən hərbçi yalnız 5 may tarixində geri qaytarıldı.[21][22][23]

5 may 2014-cü ildə Slovyank üzərində uçuşlar həyata keçirən başqa bir Mi-24 helikopteri pulemyot atəşi ilə zədə aldıqdan sonra yerə enməli oldu. Ukrayna qoşunları hər iki pilotu xilas etdikdən sonra helikopterin separatçıların əlinə keçməməsi üçün onu Su-25-dən atılan raket zərbəsi ilə sıradan çıxardılar.[24]

Donetsk Beynəlxalq Aeroportu uğrunda gedən döyüşlərdə Mi-24-lərə Su-25 hücum təyyarələrini və MiQ-29 qırıcılarını atəş dəstəyi ilə təmin etmək tapşırığı verilmişdi.[25]

Dağlıq Qarabağ (2014–2016)

[redaktə | mənbəni redaktə et]

12 noyabr 2014-cü ildə Ağdam rayonunun işğal altında olan Kəngərli kəndi yaxınlığında yerləşən qoşunların təmas xəttinə təhlükəli dərəcədə yaxınlaşan Ermənistan Silahlı Qüvvələrinə məxsus iki ədəd Mi-24 helikopterindən biri Azərbaycan Ordusunun hərbçiləri tərəfindən İqla-S DZRK ilə vurulmuşdur. Nəticədə, həmin helikopterin hər 3 ekipaj üzvü həlak olmuşdur.[26][27][28]

2 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan qoşunları arasında baş vermiş döyüş toqquşması zamanı Azərbaycan HHQ-nə məxsus bir ədəd Mi-24 döyüş helikopteri vurulmuşdur.[29]

  • Füzelyaj bir texnoloji və iki konsturuktor birləşmədir, burun hissədən, mərkəz hissəsindən, quyruq tirindən və uc tirindən ibarətdir. Şaquli vəzyyəti mərkəzi hissə ilə semmetrikdir, quyruq tiri və uc tiri isə sağ tərəfə 2030’ yönəlmisdir. Burun hissənin mərkəz hissəyə birləşməsi sabitdir, istismar zananı ayrılmazdır. Qalan hissələrin biləşməsi isə boltlarladır və istismar zamanı ayrıla bilər.
  • Füzelyajın burun hissəsi ayrılıqda texnoloji birləşmədir. Burun hissəsində ekipajın kabinəları və atıcı silahlanma yerləşdirilmişdir. Burun hissəsi tavan panelindən, sağ sol paneldən və ekipajın kabinə qapılarından ibarətdir. Döşəmə iki tirdən ibarətdir. Döşəmənin tirləri döşəmənin uzunluğu boyudur.
  • Füzelyajın mərkəz hissəsi yük kabinəsinin və aqreqatların yerləşməsi üçün istifadə olunur. Yük və ekipaj kabinələri birlikdə germetikləşdirilmişdir. Fezelyajın mərkəz hissəsinin üst-arxasında Aİ-9 mühərrikinin yerləşməsi üçün dirsəklər ön hissədə isə hidravlik bloklar yerləşdirilmişdir. Mərkəz hissəsinin tavanının sağ tərəfində yanacaqdoldurma boğazları yerləşdirilmişdir. Füzelyajın mərkəz hissəsinin altında isə 4 və 5-ci yanacaq bakları yerləşir. Alt hissədə isə yük asmaq ücün bərkitmələr yerləşdirilmişdir. Fezelyajın mərkəz hissəsinin sol və sağ tərəfində yük kabinəsinin qapıları yerləşdirilib.
  • İlkin olaraq vertalyotda "Falanqa-M" tankəleyhinə raket kompleksi (TƏRK) dayanmışdır.
  • Sonra Mi – 24D – də təkmilləşmiş "Raduqa PV" yarımavtomatik tuşlama əmr sistemi ilə təchiz olunmuş TƏRK 9P145 "Falanqa-PF" kompleksi quraşdırılmışdır.
  • Mİ – 24V isə vertalyotu "Raduqa -Ş" tuşlama sistemi olan TƏRK 9K113 "Şturm -V" kompleksi ilə silahlanmışdır
  • Mi-24 də daxil edilmiş atış silahları daim təkmilləşirdi: YakB – 12,7 hərəkətli yüksək templi dörd lüləli pulemyotu hərəkətsiz iki lüləli QŞ – 30K topu əvəz etmişdir. Nəticədə isə QŞ −23L hərəkətli iki lüləli topu qəbul olunmuşdur.
  • Bunlardan başqa vertalyotda çox effektiv olan silahlanmanın asma konteyner sistemləri SAKS −23–250 mövcud olmuşdur. Bunlar düşmənin canlı quvvəsinin və istehkamlarının məhv edilməsində effektivliyini göstərmişdir
  • Əfqan müharibəsi zamanı zəif və aşağı effektivliyi olan C-5 güclü NAR-lar C8 və C5-lərlə dəyişdirilmişdir.
  • 1980–1990-cı illərdə vertolyotçular ağır
  • C-24 NAR-ları istifadə edirdilər.
  • Yüksək keyfiyyətliklə bombalar, yandırıcı baklar və 500 kq kalibrli birdəfəlik bomba kassetləri müvəffəqiyyətlə tətbiq olunurdu.
  • 1980-ci illərin ikinci yarısında "hava-hava" raketləri ilə işlər aparılırdı. Nəticədə Mİ −24 vertalyorlarının bəzi eskadrilyaları UR R-60 raketləri ilə təchiz olunmuşdur, o cümlədən, Almaniyadakı Sovet qoşunlarında, və İraqda.

Keçmiş SSRİ ərazisində ilk qaynar nöqtə Dağlıq Qarabağ olmuşdur. Ordu aviaisiyasının Mi-24 ekipajları döyüş əməliyyatları üzərində patrullamaq, avtokarvanların və nəqliyyat helikopterlərinin müşahidəsi, atəş nöqtələrinin dəf edilməsi üçün istifadə edilirdi. Münaqişə tərəfləri onlarda olan silahlardan helikopterləri atəşə tuturdu.

  • 1990-cı ilin yanvarında Bakıya qoşunları daxil etdikdə Mi-24 geniş istifadə olunmuşdur və Gəncənin yaxınlığında qrad əleyhinə qurğudan bir maşın vurulmuşdur.
  • 1991-ci ilin iyul-avqust aylarında Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tərəfində ordu aviasiyasının iştirakı barəsində məlumat var idi. Bəzi hallarda maşınlar döyüş zədələri alırdı. İyulun 20 də Şaumyan rayonunun Buzluq kəndinə şturm zamanı üç Mi-24 zədə alımışdır.
  • Azərbaycan Sanqaçal aerodromunda olan SSRİ Silahlı Qüvvələrinin Mi-24 eskadrilyasının öz mülkiyyətinə götürmüşdür.
  • 1992-ci ilin fevral ayında bu maşınlar Qaragalı kəndinin yaxınlığındakı döyüşlərdə iştirak etmişdilər.
  • Fevral ayının 27-də Əsgəran uğrunda gedən döyüşlərdə də düşmənə ağır zərbələr endirilmişdir.
  • Bundan əlavə 1992-ci ildə Füzuli, Ağdam, Qubadlı və Zəngilan uğrunda gedən döyüşlərdə Mi-24 helikopterləri düşmənə ağır zərbələr endirmiş və zirehli texnikalarını, canlı qüvvəsini məhv etmişdir.
  • 1992-ci ilin sentyabr ayında Qubadlı uğrunda gedən döyüşlərdə Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus iki ədəd Mi-24P helikopteri quru qoşunları tərəfindən vurulmuşdur. Bir vertolyot məhv edilmiş, ikinci vertolyot isə Azərbaycan HHQ mütəxəssisləri tərəfindən təmir edilmiş və Azərbaycan HHQ tərəfindən ermənilərə qarşı döyüşlərdə istifadə olunmuşdur.
  • Birinci Qarabağ müharibəsində Mi-24 helikopterlərinin bir neçə ekipajı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

İstifadəçiləri

[redaktə | mənbəni redaktə et]
  1.  Rusiya- 601
  2.  Ukrayna- 139
  3.  Belarus- 70
  4. Azərbaycan Azərbaycan- 64
  5.  Macarıstan- 62
  6.  Çexiya- 58
  7.  Qazaxıstan- 42
  8.  Polşa- 31
  9.  Özbəkistan- 29
  10.  Sudan- 23
  11. Şimali Koreya KXDR- 20
  12.  Bolqarıstan- 18
  13.  Nikaraqua- 18
  14.  Efiopiya- 18
  15.  Peru- 16
  16.  Slovakiya- 16
  17. AnqolaAnqola- 14
  18.  Əlcəzair- 38
  19.  Braziliya- 15
  20. Şimali MakedoniyaMakedoniya- 14
  21. MonqolustanMonqolustan- 11
  22.  Venesuela- 10
  23. NigeriyaNigeriya- 9
  24.  Ermənistan- 8
  25. Əfqanıstan Əfqanıstan- 115
  26.  Vyetnam-
  27.  Gürcüstan-
  28.  Hindistan-
  29. İraqİraq-
  30.  Kuba-
  31. SuriyaSuriya-
  32. XorvatiyaXorvatiya-
  33. Şri-LankaŞri-Lanka-
  1. "Air-to-Air Defense for Attack Helicopters" (PDF). 2011-12-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2018.
  2. Cooper, Tom. "Ogaden War, 1977–1978". Air Combat Information Group. 7 yanvar 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2018.
  3. Gordon, Yefim; Komissarov, Dmitry. Mil Mi-24 Hind, Attack Helicopter. Airlife. 2001.
  4. Yefim Gordon & Dmitry Komissarov. Mil Mi-24, Attack Helicopter. Airlife. 2001.
  5. "Soviet Air Power:". Airpower.au.af.mil. 2013-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2018.
  6. "The Costs of Soviet Involvement in Afghanistan" Arxivləşdirilib 2011-11-29 at the Wayback Machine. Office of Soviet Analysis
  7. Cooper, Tom; Bishop, Farzad. "I Persian Gulf War: Iraqi Invasion of Iran, September 1980". Air Combat Information Group. 9 sentyabr 2003. 2014-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-17.
  8. Cooper, Tom; Bishop, Farzad. "Fire in the Hills: Iranian and Iraqi Battles of Autumn 1982". Air Combat Information Group. 9 sentyabr 2003. 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  9. 1 2 Goebel, Greg. "Hind in Foreign Service / Hind Upgrades / Mi-28 Havoc". The Mil Mi-24 Hind & Mi-28 Havoc. 16 sentyabr 2012. 2013-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  10. "Mi-24". Wings Palette. 2011-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  11. "Mil Mi-24". Aerospaceweb.org. 2011-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  12. 1 2 Cooper, Tom. "Sri Lanka, since 1971". Air Combat Information Group. 29 oktyabr 2003. 2008-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-17.
  13. Johns, Dave. "Suppression of the 1991 Uprising". The Crimes of Saddam Hussein. PBS. 2011-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  14. Brew, Nigel. "Behind the Mujahideen-e-Khalq (MeK)". Parliament of Australia. 16 iyun 2003. 5 avqust 2009 tarixində orijinalından arxivləşdirilib.
  15. "Why India Transferred Attack Helicopters to Afghanistan". The Diplomat. 1 fevral 2016. 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-17.
  16. "Indian multi-role helicopters Mi-35 made a difference in Afghanistan: US General John Campbell". DNA News. 3 fevral 2016. 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-17.
  17. "Syrian forces attack Aleppo". YouTube. 25 iyul 2012. 2015-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  18. "Civil War in Syria (11) : the fall of the airbase of Taftanaz". Military In the Middle East. 2014-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  19. "Arxivlənmiş surət". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-17.
  20. Harro Ranter. "ASN Aircraft accident 02-MAY-2014 Mil Mi-24P 02 YELLOW". 2014-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  21. "Two Ukrainian Mi-24s shot down by MANPADS". 13 noyabr 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  22. "Archived copy". 6 may 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  23. "Archived copy". 8 may 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  24. Harro Ranter. "ASN Aircraft accident 05-MAY-2014 Mil Mi-24P Hind 29 RED". aviation-safety.net. 2014-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  25. "The Aviationist » Impressive Videos of the Ukrainian Air Strikes on Donetsk". The Aviationist. 2014-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  26. "Azerbaijan downs Armenian helicopter". BBC News. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  27. Harro Ranter. "ASN Aircraft accident 12-NOV-2014 Mil Mi-24". 2014-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  28. "Ağdamda helikopterin vurulma anı (həqiqi görüntülər)". YouTube. 2014-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.
  29. Hodge, Nathan. "A Dozen Dead in Heavy Fighting Reported in Nagorno-Karabakh". Wall Street Journal. 2 aprel 2016. 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]