Merih Demiral

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Merih Demiral
türk. Merih Demiral
2020-ci ildə Merih Demiral Türkiyə millisinin formasında
2020-ci ildə Merih Demiral Türkiyə millisinin formasında
Ümumi məlumatlar
Ləqəbi Savunma bakanı[2]
Doğum tarixi 5 mart 1998(1998-03-05)[1] (26 yaş)
Vətəndaşlığı Türkiyə Türkiyə
Boyu 190 sm
Çəkisi 85 kq
Mövqeyi Müdafiəçi
Əsas ayağı sağ
Klub haqqında məlumat
Klub Səudiyyə Ərəbistanı “Əl-Əhli”
Nömrəsi 28
Karyerası
Gənclik karyerası
2009—2011 Türkiyə Karamürsəlspor
2011—2016 Türkiyə Fənərbaxça
Klub karyerası[* 1]
2016—2017 Portuqaliya Alkanenense 12 (0)
2017 Portuqaliya Sportinq Lissabon B 3 (0)
2017—2018 Portuqaliya Sportinq Lissabon B 29 (0)
2018—2019 Türkiyə Alanyaspor 16 (1)
2019 İtaliya Sassuolo FK 14 (2)
2019—2022 İtaliya Yuventus FK 21 (1)
2021—2022 İtaliya Atalanta FK 28 (1)
2022—2023 İtaliya Atalanta FK 28 (1)
2023—hazırda Səudiyyə Ərəbistanı Əl-Əhli 3 (0)
Milli yığma[* 2]
2014—2015 TürkiyəTürkiyə U-17 7 (1)
2015 TürkiyəTürkiyə U-18 2 (0)
2015—2016 TürkiyəTürkiyə U-19 10 (1)
2018 TürkiyəTürkiyə U-20 9 (0)
2016—2018 TürkiyəTürkiyə U-21 13 (0)
2018—h.h.  Türkiyə 40 (4)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 10 sentyabr 2023 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 10 sentyabr 2023 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Merih Demiral (türk. Merih Demiral; 5 mart 1998[1]) — Türkiyəli futbolçu, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun və Türkiyə milli futbol komandasının müdafiəçisi.

Peşəkar karyerasına “Fənərbaxça FK”nın infrastrukturunda başlayan Demiral 2016-cı ildə Portuqaliyanın aşağı liqa komandası “Alkanenense” ilə müqavilə imzalayıb və bir il sonra “Sportinq B” komandasına transfer olunub.[3] 2018-ci ilin avqustunda Super Liqa təmsilçisi "Alanyaspor"a icarəyə verilib və mövsümün sonunda 3,5 milyon avroya "Alanyaspor"a transfer olunub. Eyni mövsümdə o, satın alma şərti ilə İtaliya A Seriyası komandası "Sassuolo"ya icarəyə verildi və mövsümün sonunda 7 milyon avro şərtindən istifadə edildi.[4] Beş gün sonra 19,5 milyon avroya İtaliya nəhəngi "Yuventus"a transfer olundu.[5] O, iki mövsüm klubun formasını geyindi və 2019-20-ci il mövsümündə A Seriya çempionu və 2020-21-ci il İtaliya Kuboku və Super Kubok sahibi oldu.[6] 2021-ci ilin avqustunda Demiral 20 milyon avroluq alış şərti ilə "Atalanta"ya icarəyə verildi. 2023-cü ildə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının "Əl-Əhli" komandasına transfer olunub.

Beynəlxalq səviyyədə Demiral 2018-ci ildə debüt etdiyi vaxtdan bəri 40 dəfədən çox milli formanı geyinib və Türkiyəni 2020-ci il Avropa Çempionatında2024-cü il Avropa Çempionatında təmsil edib.[7]

2024-cü il Avropa Futbol Çempionatında Avstriya millisi ilə oyunda ilk 11-də meydana çıxan Merih, Türkiyənin 2-1 qalib gəldiyi matçda 1-ci və 59-cu dəqiqələrdə qol vurdu və UEFA tərəfindən matçın adamı mükafatına layiq görüldü. Lakin oyun qalmaqal ilə yadda qaldı. Belə ki, UEFA Demiralın qolunu Bozqurd işarəsi ilə qeyd etməsini əsas gətirərək ona qarşı araşdırma başlatdı. Nəticədə beynəlxalq futbol təşkilatı Demirala 2 oyunluq cəza verdi.[8]

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Kocaeli ilinin Karamürsəl şəhərində anadan olan Merih Demiral futbola elə burda "Karamürsəlspor" klubunda başlayıb. Sonradan karyerasını İstanbuldaFənərbaxça”da davam etdirib. 2016-cı ilin yayında ölkənin aşağı liqalarından birində çıxış edən Portuqaliyanın "Alkanenense" klubuna keçib.[9] 2017-ci ilin əvvəlindən Demiral əvvəlcə icarə əsasında "Sportinq Lissabon"un əvəzedici komandasında çıxış edib.[10]

2018-ci il avqustun ortalarında müdafiəçi Türkiyənin “Alanyaspor” klubunun futbolçusu olub.[11] Həmin il sentyabrın 1-də o, Türkiyə Superliqasında "Göztəpə" ilə ev oyununda əsas heyətdə meydana çıxaraq debüt edib. 16 gün sonra Merih Demiral liqada ilk qolunu vurub ki, bu da "Trabzonspor" ilə ev oyununda yeganə və qalibiyyətli qol olub. O, 29 yanvar 2019-cu ildə 3,5 milyon avroya "Alanyaspor"a transfer olunub.[12] "Alanyaspor" futbolçunu 30 yanvar 2019-cu ildə A Seriya klubuna "Sassuolo"ya sonradan məcburi transfer şərti ilə icarəyə verib.[13] 2019-cu il iyulun 1-də "Sassuolo" klubu futbolçu ilə müqaviləsindəki varianta uyğun olaraq 7 milyon avroluq transfer haqqı qarşılığında 4,5 illik müqavilə imzalayıb.[14]

5 iyul 2019-cu ildə A Seriyasının komandalarından biri olan "Yuventus"a 18 milyon avroya transfer olunub və 5 illik müqavilə imzalayıb.[15] 2019-2020-ci illər A Seriyasında ilk 3 liqa matçında oynamaq şansı olmayan Merih, 4-cü həftə matçında "Yuventus" forması ilə ilk liqa matçını "Hellas Verona" ilə edib.[16] 11 həftə yenidən oynamaq şansı olmayan Merih 16-cı həftədə "Udineze" ilə matçda yenidən meydana çıxmaq şansı qazanıb və matçı assistlə tamamlayıb.[17][18] Ardıcıl 4 liqa matçında meydana çıxan Merih “Roma” matçının əvvəlində komandasına qol vursa da, zədələnərək 18-ci dəqiqədə oyunu tərk edib. Sonradan onun çarpaz bağlarının qopduğu bildirildi və Melih 2019-2020-ci il mövsümündən kənarda qalacağı açıqlandı.[19][20][21]

Corcio Kyellini və Matthijs de Liqtin zədələnmələri nəticəsində Merih "Yuventus"da müntəzəm oynamağa başladı. Çempionlar Liqasının G qrupunda "Barselona" ilə matçda ikinci sarı və qırmızı vərəqə alıb.[22] O, 6 avqust 2021-ci ildə satın alma şərti ilə "Atalanta"ya icarəyə verildi. 17 iyun 2022-ci ildə "Atalanta" klubunun "Twitter" səhifəsində Merihin satın alma şərtini (20 milyon avro) həyata keçirdikləri elan edildi.[23][24][25]

19 avqust 2023-cü ildə Demiral üç illik müqavilə ilə Səudiyyə Ərəbistanının Pro Liqasında çıxış edən "Əl-Əhli" klubuna keçdi.[26]

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

Demiral Türkiyənin 17 yaşadək və 19 yaşadək gənclərdən ibarət komandalarında çıxış edib.

O, ilk dəfə 20 noyabr 2018-ci ildə Ukrayna ilə yoldaşlıq oyununda 85-ci dəqiqədə Mert Müldürü əvəzləyərək Türkiyə millisinin formasını geyinib.[27] Merih 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsində iştirak edib. Merihin bir çox matçda çıxış etdiyi seçmə mərhələləri turnirə qatılmaq hüququ ilə yekunlaşıb.

2020-ci il Avropa Çempionatında İtaliya ilə açılış matçında ilk 11-də başlayan Merih, 53-cü dəqiqədə topu öz qapısına göndərərək 2020-ci il Avropa Futbol Çempionatının açılış qolunu vurub. Bu qol turnir tarixində ilk dəfə avtoqol kimi vurulan açılış qolu idi.[28]

2024-cü il Avropa Çempionatında Avstriya ilə ilk 11-də başlayan Merih, Türkiyənin 2-1 qalib gəldiyi matçda 1-ci və 59-cu dəqiqələrdə qol vurub.[29] O, UEFA tərəfindən matçın adamı mükafatına layiq görülüb.[30] Lakin oyun qalmaqal ilə yadda qalıb. Belə ki, UEFA Demiralın qolunu Bozqurd işarəsi ilə qeyd etməsini əsas gətirərək ona qarşı araşdırma başladıb.[31] Qeyd edək ki, Bozqurd işarəsi Avstriyada rəsmən qadağan olunub.[32] UEFA iyulun 5-də Demiralın ümumi davranış prinsiplərinə əməl etmədiyi və layiqli davranışın əsas qaydalarını pozduğu üçün ümumilikdə iki oyunluq cəzalandırılacağını aşıqlayıb.[33] Türkiyə Futbol Federasiyası (TFF) qərardan İdman arbitraj məhkəməsinə (CAS) şikayət edəcəyini bildirib.[34] Həmin gün TFF prezidenti Mehmet Büyükeksi etiraf edib ki, UEFA nizamnaməsinin 63-cü maddəsinə əsasən, CAS-ın bir oyunçunun üç oyundan az müddətə diskvalifikasiya edildiyi hallara baxmaq səlahiyyəti yoxdur. Bu səbəbdən TFF-nin çikayət etmə imkanı məhduddur.[35]

Demirala verilən cəza Türkiyə və Azərbaycanda sərt reaksiyalarla qarşılandı. Azərbaycan Prezidenti İlham Əliyev də bu cəzanın əleyhinə çıxan şəxslərdən biri olub.[36]

Peşəkar xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Merih oyun zamanı daha çox sürüşmə hərəkətləri ilə rəqibə etdiyi müdaxilələrlə gündəmə gəlir.[37] Müdafiəçi kimi onun aqressiv və instinktiv xüsusiyyətləri meydanda da özünü göstərir. Uzun boylu və fiziki cəhətdən güclü olduğu üçün hava toplarında da təsirli olur. Bu xüsusiyyəti sayəsində o, cərimə meydançasına gələn topları ələ keçirməkdə uğur qazanır. Hündür boyuna və bədən quruluşuna baxmayaraq, Merih həm də sürətlidir və arxadan rəqibə müdaxilə edir.[38]

Öz xüsusiyyətlərinə görə onu Nemanya Vidiçlə müqayisə edirlər və Merih onu nümunə götürdüyünü bildirib.[39] Nümunə götürdüyü başqa bir oyunçu komanda yoldaşı Corcio Kyellinidir.[40]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Demiral Artvinin Arhavi rayonundan Karamürselə köçən ailənin övladı olaraq dünyaya gəlib.[41] O, 28 dekabr 2012-ci ildə "Fənərbaxça"nın U-15 komdasında çıxış edərkən valideynlərinin olduğu avtomobil qəzaya uğrayaraq anasını itirib. Atası xəsarətlə xilas olub.[42] O, 2021-ci ildə alban əsilli isveçrəli model Heidi Luştaku ilə nigaha daxil olub və bu evlilikdən iki oğlu olub.[43]

  • A Seriyası çempionu: 2019–2020-ci illər mövsümü;[44]
  • İtaliya Kuboku: 2020–2021-ci illər mövsümü;[45]
  • İtaliya Superkuboku: 2020, ikinci, 2019
  • Toulon Turniri üçüncü yer: 2018-ci il.[46]

Türkiyə A millisi

[redaktə | mənbəni redaktə et]

Futbolçu statistikası

[redaktə | mənbəni redaktə et]

Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 27 may 2024-cü il tarixinə qədərki dövrü əhatə edir.[47]

Klub, mövsüm və çempionatlara görə matçlar və qollar
Klub Mövsüm Liqa Milli kubok [a] Qitə yarışları Digər Ümumi
Bölmə Oyunlar Qollar Oyunlar Qollar Oyunlar Qollar Oyunlar Qollar Oyunlar Qollar
"Alkanenense" 2016–17 Portuqaliya çempionatı III Liqa 12 0 1 0 13 0
“Sportinq B” 2016–17 Portuqaliya çempionatı II Liqa 3 0 3 0
Sporting CP B 2017–18 Portuqaliya çempionatı II Liqa 26 0 0 0 26 0
Total 29 0 0 0 0 0 0 0 29 0
“Sportinq B” 2017–18 Portuqaliya premyer liqası 1 0 1 0
Alanyaspor 2018–19 Super Liqa 16 1 4 0 20 1
Sassuolo FK 2018–19 İtaliya A Seriyası 14 2 14 2
Yuventus FK 2019–20 İtaliya A Seriyası 6 1 0 0 1[b] 0 1[c] 0 8 1
2020–21 Serie A 15 0 4 0 5[d] 0 0 0 24 0
Total 21 1 4 0 6 0 1 0 32 1
Atalanta FK 2021–22 İtaliya A Seriyası 28 1 2 0 12[e] 1 42 2
Atalanta 2022–23 İtaliya A Seriyası 28 1 0 0 28 1
Total 56 2 2 0 12 1 0 0 70 3
"Əl-Əhli" 2023–24 Səudiyyə Ərəbistanı Peşəkar Liqasın 20 1 1 0 21 1
Ümumi say 168 7 13 0 18 1 1 0 200 8
  1. Bura daxildir Portuqaliya Kuboku, Türkiyə Kuboku, İtaliya Kuboku, Kral kuboku
  2. Daxildir UEFA Çempionlar Liqası
  3. Daxildir İtaliya Superkuboku
  4. İtaliya Superkuboku
  5. UEFA Çempionlar Liqasında altı oyun və bir qol, UEFA Avropa Liqasında altı oyun

2 iyul 2024-cü ilə qədər keçirdiyi oyunlara görə[47][48]

Milli komanda və illər üzrə oyunlar və qollar
Milli komanda İl Oyun Qollar
Türkiyə milli futbol komandası 2018 1 0
2019 11 0
2020 7 0
2021 12 1
2022 4 1
2023 6 0
2024 7 2
Ümumi 48 4

Hesablar və nəticələr ilk olaraq Türkiyənin qol sayını göstərir.

Merih Dəmiralın beynəlxalq matçlarda vurduğu qollarının siyahısı
Sıra. Vaxt Yer Rəqib Hesab Nəticə Yarış
1 13 noyabr 2021 Başakşəhər Fatih Terim Stadionu, İstanbul, Türkiyə  Cəbəllüttariq 4–0 6–0 2022 FIFA Dünya Kuboku (təsnifat turniri, UEFA, G qrupu)
2 4 iyun 2022 Başakşəhər Fatih Terim Stadionu, İstanbul, Türkiyə  Farer adaları 4–0 4–0 UEFA Millətlər Liqası 2022/2023. C Liqası
3 2 iyul 2024 "Red Bull Arena" (Leypsiq), Leypsiq, Almaniya  Avstriya 1–0 2–1 UEFA Avro 2024 qrup mərhələsi
4 2–0
  1. 1 2 Merih Demiral // Transfermarkt (çd.). 2000.
  2. https://ajansspor.com/haber/savunma-bakani-serie-ada-gecen-aya-damga-vurdu-450436.
  3. Tornesi, Duarte. "Demiral quer convencer Jesus na pré-temporada" [Demiral wants to convince Jesus during the pre-season] (portuqal). O Jogo. 30 May 2017. 15 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2020.
  4. "Sassuolo, doppietta da sogno per Demiral: prime gioie in Serie A!" [Sassuolo, dream-like brace for Demiral: first joys in Serie A!] (italyan). www.calcionews24.com. 4 April 2019. 15 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2020.
  5. "Demiral: 'Being the first Juve turk is an honor, Chiellini helps me a lot'". www.calciomercato.com. 20 August 2019. 29 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2020.
  6. "Merih Demiral'ın Juventus'taki maaşı belli oldu" (türk). Sözcü. 14 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2019.
  7. "A Millî Takımımızın EURO 2024 Aday Kadrosu Açıklandı" [EURO 2024 Candidate Squad of Our National Team Announced] (türk). Turkish Football Federation. 7 June 2024. 7 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2024.
  8. "Arxivlənmiş surət" (Türkçe). 2024-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  9. Toucedo, Rafael. "Turco Merih Demiral chega emprestado" [Turk Merih Demiral is loaned out] (portuqal). O Jogo. 11 January 2017. 15 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2020.
  10. "Game Report by Soccerway". Soccerway. 5 February 2017. 11 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 February 2018.
  11. "Hoşgeldin Merih Demiral!" [Welcome to Merih Demiral!] (türk). Alanyaspor. 15 August 2018. 24 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 November 2018.
  12. Hürriyet.de-Redaktion, Anil P. Polat Stellvertretender Chefredakteur GazeteFutbol. "Deadline-Day: GazeteFutbols Transferticker" (alman). gazetefutbol.de. 31 January 2019. 28 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2019.
  13. "UFFICIALE: Sassuolo, arriva Demiral in prestito con obbligo di riscatto" [OFFICIAL: Sassuolo, Demiral arrives on loan with an obbligation to buy] (italyan). tuttomercatoweb.com. 9 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2019.
  14. Pergolizzi, Dario. "Perché la Juventus vuole prendere Demiral" [Why Juventus want to get Demiral] (italyan). www.ultimouomo.com. 29 May 2019. 29 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2020.
  15. "Official: Merih Demiral is Bianconero!". Juventus FC. 5 July 2019. 5 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2019. The Turkish defender joins Juventus from Sassuolo: he will be a Bianconeri until 30 June 2024.
  16. Vaciago, Guido. "Serie A, Juve-Verona 2-1: Ramsey e Cristiano Ronaldo firmano la rimonta" [Serie A, Juve–Verona 2–1: Ramsey and Cristiano Ronaldo mark the comeback]. Tutto Sport (italyan). 21 September 2019. 22 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2019.
  17. Thorogood, James. "Leverkusen 0–2 Juventus". UEFA.com. 11 December 2019. 27 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2020.
  18. Agresti, Romeo. "Juventus, Demiral da urlo contro il Bayer Leverkusen: arma in più per Sarri" [Juventus, Demiral outstanding against Bayer Leverkusen: an additional asset for Sarri] (italyan). Goal.com. 13 December 2019. 13 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2020.
  19. "Euro roundup: Zaniolo and Demiral likely to miss Euros after rupturing ACLs". The Guardian. 13 January 2020. 8 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2020.
  20. "Roma 1 - 2 Juventus". Football Italia. 12 January 2020. 16 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2020.
  21. "Demiral dalla gioia (del gol) al dolore (dell'infortunio): distorsione al ginocchio, domattina il verdetto" [Demiral from joy (for his goal) to pain (for his injury): knee strain, tomorrow the verdict]. La Gazzetta dello Sport (italyan). 12 January 2020. 13 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2020.
  22. Baldini, Sergio. "Juve-Roma 1-3: Higuain non basta, ora testa alla Champions". www.tuttosport.com (italyan). 1 August 2020. 3 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2020.
  23. "Benvenuto Demiral!". atalanta.it (italyan). 6 August 2021. 6 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2021.
  24. "Demiral: esercitato il diritto di opzione". atalanta.it (italyan). 17 June 2022. 4 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2021.
  25. Campanale, Susy. "Atalanta to purchase Demiral from Juventus after all". Football Italia. 17 June 2022. 17 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2022.
  26. "الأهلي يواصل صفقاته القوية ويضم "المقاتل" دميرال". 19 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2023.
  27. "Turkey v Ukraine game report". ESPN. 20 November 2018. 26 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2018.
  28. "'Juve's in his blood!' – Turkish defender Demiral nets historic own goal to open Euro 2020 against Italy | Goal.com". goal.com. 9 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-11.
  29. "Austria 1–2 Türkiye". UEFA. 2 July 2024. 2 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2024.
  30. Fitzpatrick, Peter. "Demiral makes EUROs knockout history with rapid-quick goal vs Austria 😲". OneFootball. 2 July 2024. 3 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2024.
  31. Matusitz, Jonathan. Symbolism in Terrorism: Motivation, Communication, and Behavior. Rowman & Littlefield Publishers. 2014. 12. ISBN 9781442235793. 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  32. "Germany summons Turkish ambassador over rightist 'wolf' goal celebration at soccer tournament". NBC News (ingilis). 2024-07-04. 5 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-05.
  33. "Wegen Demirals „Wolfsgruß": Bundesregierung bestellt türkischen Botschafter ein". Tagesspiegel. 4 July 2024. 4 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2024.
  34. "Turkey appeals Demiral match ban for extremism; They can still beat Oranje, says Kökçü | NL Times". nltimes.nl (ingilis). İstifadə tarixi: 2024-07-05.
  35. "„Voreingenommenes Verhalten gegenüber Ausländern": Kein Einspruch gegen Demiral-Sperre möglich". en:Tagesspiegel. 5 July 2024. İstifadə tarixi: 5 July 2024.
  36. "Azerbaijani President Aliyev condemns UEFA ban on Merih Demiral 'The penalty". 2024-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-05.
  37. "Demiral looking to learn from 'idol' Chiellini at Juventus". as.com. 20 August 2019. 30 November 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 January 2020.
  38. Barbagallo, Anthony. "Demiral as decisive as De Ligt". Football Italia. 29 July 2019. İstifadə tarixi: 2 August 2020.
  39. Zanon, Federico. "Chi è Merih Demiral, il nuovo Vidic che la Juve ha preso con il Sassuolo" [Who is Demiral, the new Vidic that Juve acquired with Sassuolo] (italyan). Calciomercato.com. 29 January 2019. 14 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2020.
  40. "LETTERA DEL TIFOSO Massimiliano: "Demiral nuovo Chiellini, non si può cedere"" [Letter from a fan called Massimiliano: "Demiral new Chiellini, he can't be given away"] (italyan). www.tuttojuve.com. 22 July 2019. 22 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2020.
  41. "Merih Demiral kimdir?". Nereli.org (türk). 2019. Arxivləşdirilib 2021-01-15 at the Wayback Machine
  42. "Arxivlənmiş surət". 2020-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  43. "Heidi Lushtaku bëhet nënë për herë të parë – zbulon lidhjen me futbollistin e njohur Merih Demiral" [Heidi Lushtaku becomes a mother for the first time – reveals the relationship with the famous footballer Merih Demiral] (Albanian). en:Telegrafi. 20 May 2022. 20 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2022.
  44. "Juventus 2-0 Sampdoria: Maurizio Sarri's side claim ninth straight Serie A title". BBC Sport. 26 July 2020. 12 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2020.
  45. "Coppa: Juventus end Atalanta dream". 19 May 2021. 19 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2021.
  46. "47è Festival International Espoirs" [47th Festival International Espoirs] (fransız). festival-foot-espoirs.com. 8 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2020.
  47. 1 2 "M. Demiral". Soccerway. 1 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2019.
  48. Merih Demiral National-Football-Teams.com'da

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]