Mavrlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Mavrlar – qədim dövrdə və orta əsrlərdə bir sıra müxtəlif tayfalara verilən şərti ad. Qədim romalılar Mavretaniyada (Afrikanın şimal-qərbində ölkə) yaşayan əhalini mavrlar adlandırırdılar. Pireney yarımadası ərəblərbərbərlər tərəfindən fəth edildikdən sonra Avropada onları mavr adlandırmağa başladılar. Kordova xilafəti dövründə Pireney yarımadasının bütün müsəlmanlarına mavr deyirdilər. Rekonkistadan sonra Şimali Afrikanın müsəlman ərəblərini, əsasən də şəhərliləri mavr adlandırırdılar. Bəzən Cənubi Ərəbistan və Seylon adasından gələnlərin qarışıq kəbinlərindən törəyənlərə də mavr deyirdilər.

"Mavr" sözünün etimologiyası qeyri-müəyyəndir. Buna baxmayaraq, bu, finikiyalıların "qərblilər" mənasını verən "Mahurin" terminindən törəmiş ola bilər. "Mahurin"dən qədim yunanlar "Mauro", latınca isə "Mauri" sözü yaranmışdır.[1] Odur ki, "mavr" sözünün Finikiya mənşəli olduğu ehtimal edilir.[2] Bəzi mənbələr bu sözün ivrit mənşəli olduğunu bildirir.[3]

  1. Skutsch, Carl. Encyclopedia of the World's Minorities (ingilis). Routledge. 2013-11-07. 31. ISBN 978-1-135-19388-1. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.
  2. First Encyclopaedia of Islam: 1913-1936 (ingilis). BRILL. 1993. 560. ISBN 978-90-04-09796-4. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.
  3. Ditson, George Leighton. Adventures and Observations on the North Coast of Africa, Or, The Crescent and French Crusaders (ingilis). Derby & Jackson. 1860. 122. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.