Məclisi-fəramuşan
Naviqasiyaya keç
Axtarışa keç
Məclisi-fəramuşan | |
---|---|
Yaranma tarixi | 1872 |
Ləğvolma tarixi | 1910 |
Məclisi-fəramuşan ("Unudulmuşlar məclisi") və ya Məclisi-xamuşan ("Dinməz, sakit adamlar məclisi") — Azərbaycan ədəbi məclislərindən biri. 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş, 1910-cu ilədək fəaliyyət göstərmişdir. Məclisin üzvləri M. M. Nəvvab, H. Qaradaği, F. Kəminə, A. Asi, M. Ə. Baki, B. Səbur, B. Fədai, M. Katib və b. şairlər idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər. 2022-ci ildə məclis bərpa edilmişdir.[1]
Məclisin fəal iştirakçıları
[redaktə | mənbəni redaktə et]- Xurşidbanu Natəvan
- Mir Möhsün Nəvvab (1833–1919)
- Məşədi Abdulla bəy Abış
- Həsənəliağa xan Qaradağski (1847–1929)
- Abdulla bəy Asi (1841–1874-Qasım bəy Zakirin qız nəvəsi)
- Sədi Sani Qarabaği (Həsənəli xan Qaradaği) (1854–1879)
- Fatma xanım Kəminə (1841–1898)
Məclisin digər iştirakçıları
[redaktə | mənbəni redaktə et]- İbrahim bəy Azər (1836–1885-Asinin böyük qardaşıdır),
- Mirzə Hüseyn bəy Salar (1876-cı ildə vəfat etmişdir),
- Mirzə Əbülhəsən Şəhid (1816–1884),
- Mirzə Məhəmməd Katib (1833–1888),
- Mirzə İsmayıl Məhzun (1821–1894),
- Məşədi Əyyub Baki (1866–1909)[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Məclisi-fəramuşan" poeziya məclisi keçirildi". 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
- ↑ "Arxivlənmiş surət". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-12.