Müharibə fotoqrafiyası
Müharibə fotoqrafiyası — silahlı qarşıdurma və onun insanlara və məkanlara təsirini fotoşəkillərə çəkməyi əhatə edir. Bu janrda fəaliyyət göstərən fotoqraflar özlərini təhlükəli situasiyalarda tapa bilər və bəzən şəkillərini müharibə meydanından çıxarmağa çalışırkən öldürülürlər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Mənşəli
[redaktə | mənbəni redaktə et]1830-cu illərdə fotoqrafiyanın ixtirası ilə müharibə hadisələrinin xalqın məlumatlandırılması üçün sənədləşdirilməsi ilk dəfə olaraq araşdırıldı. Fotoqraflar müharibəni ideal formada və dəqiq olaraq sənədləşdirib hərəkətli döyüş səhnələrinin fotolarını çəkmək istəsələr də, dövrün fotoqrafiya imkanları və texniki avadanlqların çatışmazlıqları buna şərait yaratmırdı. Gümüş suyuna çəkilmiş və yaxşıca hamarlanmış mis lövhələrin yod buxarına tutularaq formalaşdırdığı ilkin foto növü olan dagerotipiyaların çəkilməsi üçün görüntünün inkişaf etməsi çox uzun vaxt tələb edir və dərhal emal oluna bilmirdi.
Erkən fotoqrafiyanın imkanları hərəkət edən subyektlərin görüntülərinin yaradılması üçün əlverişli olmadığı üçün, fotoqraflar müharibənin daha çox hərəkətsiz aspektlərini — əsgərləri, qalaları, döyüş meydanının müharibədən əvvəlki və sonrakı vəziyyətini lentə alırdılar. Döyüş səhnələri isə yenidən yaradılaraq çəkilirdi. Döyüş səhnələri kimi, əsgərlərin portretləri də çox vaxt səhnələşdirilmiş olurdu. Çünki bunun üçün obyekt bir neçə dəqiqə hərəkətsiz dayanmalı idi.
1847-ci ildə Meksika-Amerika müharibəsi zamanı Saltillonun işğalından bir sıra dagerotipiya günümüzə gəlib çıxmışdır. Bu dagetoropiyalar jurnalistika məqsədi ilə olmasa da, naməlum bir fotoqraf tərəfindən çəkilmişdir.[1][2]
Benqal Ordusundakı cərrah Con Makcoş, bəzi tarixçilər tərəfindən adı bilinən ilk müharibə fotoqrafı olaraq qəbul edilir.[3][4] O, 1848-49-cu illərdə İkinci Anqlo-Sıx müharibəsini sənədləşdirən bir sıra fotoşəkillər hazırladı. Bunlar zabitlərin, kampaniyaların əsas simalarının,[3] idarəçilərin və onların yoldaş və qızlarının və bir sıra önəmli komandirlərin fotoşəkilləri idi. O, həmçinin yerli insanları və memarlığı,[5][6] artilleriya yerləşdirmələri və müharibənin dağıdıcı təsirinin nəticələrini sənədləşdirdi. Daha sonra MakKoş İkinci Anqlo-Birma Müharibəsinin (1852–53), buradakı həmkarlarının, silahların, Yanqon və Birma insanlarının və məbəd arxitekturasının fotoşəkillərini çəkdi.[3] Macar-Rumıniyalı Kolyol Szathmary Papp 1853-cü ildə müxtəlif zabitlərin fotoşəkillərini və Krım müharibəsi zamanı 1854-cü ildə Oltenita və Silistra yaxınlığındakı döyüş mənzərələrini çəkdi.
Əsasının qoyulması
[redaktə | mənbəni redaktə et]Müharibə fotoşəkillərini çəkmək üçün ilk rəsmi cəhdlər Krım müharibəsinin başında İngiltərə hökuməti tərəfindən edildi. 1854-cü ilin martında Qilbert Ellyota Baltik dənizinin sahilində yerləşən Rusiya istehkamlarının fotoşəkillərini çəkmək vəzifəsi tapşırıldı.[7] Rocer Fenton, ilk rəsmi müharibə fotoqrafı və ictimaiyyətin xeyrinə müharibəni sistemli şəkildə işıqlandırmağa cəhd edən ilk insan idi.[8] Fotoqrafik avadanlıqlarının ölçüsü və çətin təbiəti səbəbindən Fenton motivləri seçməkdə məhdud idi. Dövrünün fotoqrafiya materiallarının məhdudiyyətləri ucbatından o, yalnız stasionar obyektlərin şəkillərini, əsasən səhnələşdirilmiş şəkillər çəkə bilirdi. O, ölən, yaralanan və ya ağır xəsarət almış əsgərlərin şəkillərini çəkməkdən çəkindi. Fenton bunlardan əlavə olaraq, mənzərə şəkilləri də çəkdi. Onun ən məşhur şəkillərindən biri əsgərlərin məktublarında Ölüm kölgəsi vadisi olaraq adlandırdığı ərazinin şəklidir. Bu şəkildə Fentonun topları yenidən səhnələşdirdiyi və poetik mənzərə yaratmağa çalışdığı ehtimal olunur.
20-ci əsr
[redaktə | mənbəni redaktə et]Birinci Dünya Müharibəsi, kameraların insan üzərində daşına biləcək qədər kiçik olduğu ilk münaqişələrdən biri idi. Kanadalı əsgər Cek Turner gizli və qanunsuz olaraq döyüş bölgəsinə bir kamera gətirdi və fotoşəkillər çəkdi.[9] 20-ci əsrdə peşəkar fotoqraflar bütün böyük qarşıdurmaları əhatə etdilər və bunun nəticəsində bir çoxları öldürüldü, bunların arasında 1954-cü ilin mayında İndoçinada bir mina tərəfindən öldürülənədək fəaliyyət göstərən və İspaniya Vətəndaş Müharibəsi, İkinci Çin-Yapon müharibəsi, D-Day enişləri və düşməsini işıqlandıran Robert Kapa da var.
Müəyyən bir hadisənin tək bir illüstrasiyasını təqdim edən rəsmlərdən fərqli olaraq, fotoqrafiya çox sayda görüntülərin dövriyyəyə girməsi üçün fürsət təqdim etdi. Fotoqrafik görüntülərin yayılması müharibənin gedişhatı haqqında ictimaiyyətə məlumat verirdi. Kütləvi surətdə yayılmış müharibə görüntülərinin meydana çıxması təkcə ictimaiyyəti məlumatlandırmaq üçün istifadə edilmədi, həm də zamanın izi və tarixi qeydlər rolunu oynadı.[10]
Kütləvi istehsal edilən bu görüntülərin nəticəsi var idi. İctimaiyyəti məlumatlandırmaqla yanaşı, bazara həddindən artıq bu tip görüntülərin yayılması, izləyicilərin bəzi fotoşəkillərin dəyərini və tarixi əhəmiyyətini nəzərə almaq qabiliyyətini aşağı salırdı. Buna baxmayaraq, fotojurnalistlər dünyadakı münaqişələri işıqlandırmaqda davam edirlər.
Müasir müharibə fotoqraflığı
[redaktə | mənbəni redaktə et]Jurnalistlər və fotoqraflar beynəlxalq silahlı müharibə konvensiyaları ilə qorunur, lakin tarix göstərir ki, onlar tez-tez müharibə edən qruplar tərəfindən hədəf hesab olunurlar — bəzən fotoşəkillərdə göstərilən faktların tanınmaması, bəzən də qarşı tərəfin nifrətinin göstəricisi olaraq. Bəzi terrorçular jurnalistlər və fotoqrafları hədəf aldıqları üçün silahlı qarşıdurmada terrorun başlaması ilə müharibə fotoqrafiyası daha təhlükəli hala gəldi. İraq müharibəsində, 2003–2009-cu illər arasındakı münaqişə zamanı 36 fotoqraf və kamera operatoru qaçırılıb və ya öldürülüb.[11]
Bəzi fotoqraflar isə ABŞ atəşi ilə öldürülüb: "Reuters" xəbər agentliyi üçün işləyən iki iraqlı jurnalist 12 iyul 2007-ci ildə vertalyotla vəhşicəsinə öldürüldü. Hilda Kleyton fotoşəkil çəkdiyi ərazinin təsadüfən partlaması zamanı öldü.[12] Müharibə fotoqrafları mütləq aktiv mübarizə yaxınlığında işləməmə deyillər; bunun əvəzinə onlar, münaqişənin nəticələrini sənədləşdirə bilərlər. Alman fotoqraf Frauke Ayqen Kosovo cinayətlərinin qurbanları haqqında nümayiş etdirdiyi fotosərgidə cəsədlərə deyil, qurbanların əşya və geyimlərinə fokuslandı. Ayqenin fotoşəkilləri kütləvi məzarların eksgumasiyası zamanı çəkilmiş və daha sonra keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən sübut kimi istifadə edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Daguerrotypes of the Mexican–American War". 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-03.
- ↑ Hudson, Berkley. Sterling, Christopher H. (redaktor). Encyclopedia of Journalism. Thousand Oaks, Calif.: SAGE. 2009. 1060-67. ISBN 978-0-7619-2957-4.
- ↑ 1 2 3 Mary Warner Marien. Photography: A Cultural History. London: Laurence King Publishing. 2006. səh. 49. ISBN 978-1856694933.
- ↑ Kari Andén-Papadopoulos. Amateur Images and Global News. Intellect Books. 2011. səh. 45. ISBN 9781841506005.
- ↑ "John McCosh". University of St Andrews. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2015.
- ↑ Roger Taylor; Larry John Schaaf. Impressed by Light: British Photographs from Paper Negatives, 1840–1860. Metropolitan Museum of Art. 2007. 121–124. ISBN 978-0300124057.
- ↑ "Fenton Crimean War Photographs". U.S. Library of Congress. 7 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2018.
- ↑ "Crimean War: First Conflict to Be Documented in Detail by Photography". Vintage Works Ltd. 2014-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-12.
- ↑ CBC News, P.E.I. photographer's secret documentation of WW I goes on display Arxivləşdirilib 2017-01-06 at the Wayback Machine, November 10, 2015, CBC News
- ↑ Kriebel, Sabine, "Theories of Photography: A Short History", in James Elkins, ed., Photographic Theory (New York and London: Routledge, 2007), pp. 7–8.
- ↑ Committee to Protect Journalists Arxivləşdirilib 2014-08-07 at the Wayback Machine, July 23, 2008
- ↑ Martin, David. "Army combat photographer's last picture is of her own death". CBS News. May 3, 2017. 4 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2017.