Kofein

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kofein
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı 1,3,7-trimetil-1H-purin-2,6(3H,7H)-dion
Ənənəvi adı kofein
Kimyəvi formulu C₈H₁₀N₄O₂[1]
Empirik formulu C8H10N4O2
Molyar kütlə 194,19 q/mol
Fiziki xassələri
Aqreqat halı (n.ş.) bərk
Sıxlıq 1,23 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 178 °S
Qaynama nöqtəsi 227–228 °S
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti 14, 10,4[2]
Təsnifatı
CAS-da qeyd. nöm. 58-08-2
PubChem
SMILES C[n]1cnc2N(C)C(=O)N(C)C(=O)c12
RTECS EV6475000
ChEBI 27732
ChemSpider
Toksikologiya
LD50 192 mq/kq

Kofein (1,3,7-trimetil-1H-purin-2,6(3H,7H)-dion) — qəhvə ağacı və ya çay və bu kimi digər bitkilərin tərkibində olan alkaloid. Kimyəvi sintez yolu ilə də alınır.

Müxtəlif içkilərin tərkibinə sinir sisteminə müsbət təsir göstərilməsi məqsədilə kiçik dozalarda qatılır. Böyük miqdarda qəbulu təhlükəlidir. Eyni vaxtda 10 qramdan çox qəbulu ölümlə nəticələnir.

Çay yarpaqlarında və qəhvə dənələrində 1-3% purin törəməsi - kofein alkaloidi vardır. Çayın dəmlənməsi və ya qəhvənin hazırlanması zamanı kofein məhlula keçir. Bitkilərdə kofein purin əsasları - adenin və quanindən mürəkkəb reaksiyalar vasitəsilə əmələ gəlir. Sənayedə onu çay istehsalının tullantılarından və sortsuz kofe dənələrindən ayırmaqla yanaşı, həmçinin sintetik yolla alırlar.

Fiziki-kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Kofein C8H10N4O2 acı dada malik qaynar suda və xloroformda yaxşı həll olan ipəkvari kristallara malik rəngsiz maddədir (tər=235oC).

Kofein tibdə fiziki yorğunluğu aradan qaldırmaq uçun, narkotiklərlə zəhərlənmədə, müxtəlif ürək xəstəliklərinin müalicəsində, əsəb sistemini oyadan, tənəffüsü və qan dövranını gücləndirən vasitə kimi istifadə edilir. Az miqdarda kofein başağrılarını aradan götürən dərmanların (sitromon, askofen) tərkibinə daxildir. Kofein kola bitkisinin meyvələrində (qozaalarda) də movcuddur. Bu bitki ekstraktlarında məşhur tonuslaşdırıcı koka-kola içkisi hazırlanır. Kofeinin miqdarına görə bir stəkan koka-kola bir fincan çayı tam əvəz edə bilər. Kofeinə qohum olan daha bir neçə maddə movcuddur. Misal üçün, teobromin C7H8N4O2 kakao və şokoladda movcuddur (0,6%). Hər iki alkaloid insan orqanizminə eyni cür təsir edir: əqli və fiziki iş qabiliyyətini artırır, müvəqqəti yorğunluğu, yuxuluğu aradan qaldırır, ürəyin fəaliyyətini, maddələr mübadiləsini gücləndirir, damarların daralmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olur. Məhz bu səbəbdən hipertoniyaya (qan təzyiqinin qalxmasına) meyilli insanlara çoxlu şokolad və tonuslaşdırıcı içki qəbul etmək məsləhət görülmür.

  • Мелентьева Г. А. Фармацевтическая химия. — 2-е изд., перераб. и доп. — Т. 2. — М.: Медицина, 1976. — ил.
  • Беликов В. Г. Фармацевтическая химия : учебн. пособие : в 2 ч. — 4-е изд., перераб. и доп. — М.: МЕДпресс-информ, 2007. — 624 с. — ISBN 5-98322-206-6.
  • Харкевич Д. А. Фармакология : учебник. — 9-е изд., перераб., испр. и доп.. — М.: ГЭОТАР-Медицина, 2006. — С. 256. — 736 с. — ISBN 5-9704-0264-8.
  • Столяров Г. В. Лекарственные психозы и психотомиметические средства / под ред. В. М. Банщикова. — М.: Медицина, 1964.
  1. caffeine (ing.).
  2. Lange N. A., Dean J. A. Lange's Handbook of chemistry. 1985.