Kim Min Ce (futbolçu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kim Min Ce
kor. 김민재
Ümumi məlumatlar
Ləqəbi The Monster[4]
Doğum tarixi 15 noyabr 1996(1996-11-15)[1] (27 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 190 sm
Çəkisi 86 kq
Mövqeyi mərkəz müdafiəçisi[d]
Klub haqqında məlumat
Klub
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kim Men-Ce (15 noyabr 1996[1], Thonyon[d], Kyonsan-Namdo[d]) — Cənubi Koreyalı futbolçu, "Napoli" klubunun və Koreya Respublikası millisinin mərkəz müdafiəçisi.

Kim karyerasına 2016-cı ildə Koreyanın "Kyoncu" klubunda başlayıb.[5] O, altı ay klubda oynadıqdan sonra, Koreya Respublikasının əsas liqasında yarışan "Jeonbuk Hyundai Motors" klubuna keçib.[6]

2019-cu ilin yanvar ayında Çinin "Beijing Guoan" klubuna keçib.[7] Çin klubu müdafiəçi üçün 3,5 milyon funt sterlinq ödəyib.

Çin klubunda 2 il qaldıqdan sonra Kim Avropa klubuna keçmək qərarına gəlib. 2021-ci ilin yayında o, Türkiyənin o dövrün ən yaxşı klublarından biri olan "Fənərbaxça" ilə müqavilə imzaladı. 16 avqust 2021-ci ildə baş tutan transfer üçun "Fənərbaxça" 3 milyon avro ödəyir.[8] İlk mövsümdə Türkiyə Superliqasında 30 matça çıxıb, 1 qol vuraraq klubun əsas mərkəz müdafiəçisi olub.

2022-ci ilin iyulunda o, 18 milyon avroya, klubdan ayrılan Kalid Kulibalini əvəz etmək üçün "Napoli"yə keçdi.[9][10] 15 avqust 2022-ci ildə "Hellas Verona"ya qarşı oyunda "Napoli"də debüt etdi.[11] İtaliya çempionatının ikinci turunun "Monza" ilə oyununda o, komandanın heyətində debüt qolunu vurub.[12]

Karyera Statistikası

[redaktə | mənbəni redaktə et]
Sonuncu dəfə 29 yanvar 2023 tarixində yeniləndi
Klub, mövsüm və yarışlara görə oyun və qol sayı.
Klub Mövsüm Liqa Kubok Qitə Toplam
Dvizion Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Kyoncu 2016 Koreya Milli Liqası 17 0 0 0 17 0
Jeonbuk Hyundai Motors 2017 K Liqa 1 29 2 1 0 30 2
2018 K Liqa 1 23 1 1 0 6 0 30 1
Toplam 52 3 2 0 6 0 60 3
Beijing Guoan 2019 Çin Super Liqası 26 0 2 0 6 0 34 0
2020 Çin Super Liqası 17 0 0 0 6 0 23 0
2021 Çin Super Liqası 2 0 0 0 0 0 2 0
Toplam 45 0 2 0 12 0 59 0
Fənərbaxça 2021–22 Super Liqa 31 1 1 0 8 0 40 1
Napoli 2022–23 A Seriyası 19 2 1 0 6 0 26 2
Karyerasında toplam 164 6 6 0 32 0 202 6
Milli komanfa İl Oyun Qol
Cənubi Koreya 2017 2 0
2018 10 0
2019 18 3
2021 8 0
2022 9 0
Karyerasında toplam 47 3
  1. 1 2 Min-jae Kim // Transfermarkt (çd.). 2000.
  2. 1 2 FC Bayern verpflichtet Minjae Kim. 2023.
  3. 1 2 kicker.de.
  4. https://koreajoongangdaily.joins.com/2021/07/17/sports/football/Kim-Minjae-Beijing-Guoan-Tokyo-Olympics/20210717142900411.html. 2021.
  5. 올림픽 대표 출신 김민재 지언학, 실업 리그로 [Kim Min-jae and Ji Eon-hak in South Korea Olympic football team transferred to Gyeongju KHNP in Korea National League] (koreya). FootballJournal. 30 iyun 2016. 2018-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  6. 亞 챔피언 전북, 올대 출신 김민재 등 신인 6명과 계약 [AFC Champions League depending champion Jeonbuk signs six new players including Kim Min-jae] (koreya). No Cut News. 22 dekabr 2016. 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  7. "S. Korean pro football champs announce key defender's move to China". Yonhap News Agency. 29 yanvar 2019. 2022-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: ko.
  8. "Min-Jae Kim Fenerbahçemizde" (türk). Fenerbahçe. 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  9. Marra, Bruno. "Il Napoli ufficializza l'acquisto di Kim Minjae" (italyan). S.S.C. Napoli. 27 iyul 2022. 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  10. Erozden, Can. "Napoli sign Fenerbahce defender Kim Min-jae". AA (ingilis). 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  11. "Napoli trounce Verona as Kim Min-jae gets first taste of Serie A". koreajoongangdaily.joins.com (ingilis). 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023. (#redundant_parameters)
  12. "Дубль Хвичи помог «Наполи» разгромить «Монцу»". sport-express.ru (rus). 21 avqust 2022. 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023. (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]