Bu, seçilmiş məqalədir. Daha çox məlumat üçün klikləyin.

Ketlin Osmond

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ketlin Osmond
ing. Kaetlyn Osmond
2018-ci il Pxençxan Olimpiadasında
2018-ci il Pxençxan Olimpiadasında
Şəxsi məlumatlar
Tam adı Ketlin Osmond
Vətəndaşlığı Kanada Kanada
Doğum tarixi 5 dekabr 1995(1995-12-05)[1] (28 yaş)
Doğum yeri
Boyu 165 sm. (5 ft 5 in)
İdman növü Fiqurlu konkisürmə
Karyera illəri 1998—2018
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ketlin Osmond (5 dekabr 1995[1], Meristoun[d], Nyufaundlend və Labrador) — Kanadanı təmsil edən fiqurçu. Ketlin Osmond 2014-cü ildə Rusiyanın Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında gümüş medal (Komanda), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə qızıl (Komanda) və bürünc (Fərdi) medallara sahib olub. Osmond həm də 2018-ci ildə İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatının qalibi olub. Bununla da o, 1965-cı ildə Petra Burhanın Dünya Çempionatının qalibi olmasından 45 il sonra bu uğura sahib olan növbəti Kanada idmançısı olub.

Ketlin Osmond 2017–2018-ci illər mövsümündə ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. 2016-cı ildə Çin Qran-Prisinin gümüş, 2017-ci ildə Fransa Qran-Prisinin bürünc, 2012 və 2017-ci illərdə Kanada Qran-Prisinin qızıl, 2016-cı ildə isə Kanada Qran-Prisinin gümüş medallarına sahib olan Ketlin Osmond "Autumn Classic", "Finlandia Trophy" və "Nebelhorn Trophy" yarışlarının da qalibi olub.

Ketlin Osmond həm də 2013, 2014 və 2017-ci illərdə Kanada Çempionatının qızıl medallarına sahib olub.

Karyerası ərzində 37 yarışa qatılan Ketlin Osmond onların 11-də qızıl medal, 6-da gümüş medal, 6-da isə bürünc medal qazanıb. O, 2014-cü ildə Kanadanın "Nyufaundlenda və Labradora" ordeni ilə təltif edilib.

Ketlin Osmond 1995-ci il noyabrın 5-də Nyufaundlend və Labrador əyalətinin Meristoun şəhərində anadan olub. Üç yaşından idmanla məşğul olmağa başlayan Ketlin Osmond 2008–2009-cu illər mövsümündə uşaqlar arasında Kanada Çempionatının qalibi olub.

"Ice Palace FSC"-də məşq edən Ketlin Osmondun məşqçisi Ravi Valiyadır. Məhz onun məşqçiyi altında Ketlin Osmond ciddi uğurlara imza atıb.

2009–2010-cu illər: Gənclərin Kanada Çempionatında bürünc medal

[redaktə | mənbəni redaktə et]

Ketlin Osmond 2010-cu ilin 10–18 yanvarında Onratio əyalətinin London şəhərində baş tutan gənclər arasında Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 42.32 balla beşinci pillənin sahibi olan Ketlin Osmond sərbəst proqramda 72.30 balla üçüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 114.62 balla 18 idmançı sırasında üçüncü pillənin sahibi oldu və gənclər arasında Kanada Çempionatının bürünc medalına sahib oldu.

2010–2011-ci illər: Gənclərin Qran-Prisində debüt

[redaktə | mənbəni redaktə et]
Ketlin Osmond 2012-ci il gənclərin Dünya Çempionatında

Ketlin Osmond 2010–2011-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri yarışının YaponiyaÇexiya mərhələlərində mübarizə apardı. Əvvəl o, 22–26 sentyabrda Yaponiyanın Karuizava şəhərində baş tutan gənclər arasında ISU Yaponiya Qran-Prisində mübarizə apardı.[2] Ketlin Osmond qısa proqramda 40.78 balla 9-cu, sərbəst proqramda isə 70.94 balla 8-ci pillənin sahibi oldu.[3][4] Bununla da o, ümumi nəticədə 111.72 balla ISU Yaponiya Qran-Prisini onuncu pillədə başa vurdu.[2]

Daha sonra isə Ketlin Osmond Çexiyanın Ostrava şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Çexiya Qran-Prisində mübarizə apardı.[5] O, qısa proqramda 38.96 balla 11-ci, sərbəst proqramda isə 72.94 balla 7-ci pillənin sahibi oldu.[6][7] Bu minvalla da Ketlin Osmond, ümumi nəticədə 111.90 balla ISU Çexiya Qran-Prisini də onuncu pillədə başa vurdu.[5]

Ketlin Osmond, 2011-ci il 16–24 yanvarında Britaniya Kolumbiyası əyalətində baş tutan gənclər arasında Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 5-ci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 8-ci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 108.16 balla 18 idmançı sırasında altıncı pillənin sahibi oldu.

2011–2012-ci illər: Kanada Çempionatında bürünc medal

[redaktə | mənbəni redaktə et]

Ketlin Osmond, 2012-ci il 16–22 yanvarında Monston şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 56.94 balla birinci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 98.54 balla dördüncü pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 155.48 balla 18 idmançı sırasında üçüncü pillənin sahibi oldu və Kanada Çempionatının bürünc medalına sahib oldu.

26 fevral-4 martda Belarusun ev sahibliyində gənclər arasında Dünya Çempionatı baş tutdu.[8] Ketlin Osmond, qısa proqramda 50.15 balla doqquzuncu, sərbəst proqramda isə 96.10 balla onuncu pillənin sahibi oldu.[9][10] Bu minvalla da o, gənclər arasında Dünya Çempionatını ümumi nəticədə 146.25 balla 54 idmançı sırasında doqquzuncu pillədə başa vurdu.[8]

2012–2013-cü illər: Kanada çempionluğu

[redaktə | mənbəni redaktə et]
Ketlin Osmond 2013-cü il Kanada Çempionatında

Ketlin Osmond 2012-ci ilin 26–30 sentyabrda Almaniyanın Oberstdorf şəhərində baş tutan "Nebelhorn Trophy" beynəlxalq yarışında mübarizə apardı.[11] Qısa proqramda 55.68 balla 2-ci, sərbəst proqramda isə 114.52 balla 1-ci pillənin sahibi olan Ketlin Osmond ümumi nəticədə 170.20 balla 22 idmançı sırasında birinci pillənin sahibi oldu və "Nebelhorn Trophy" beynəlxalq yarışının qalibi oldu.[11][12][13]

Daha sonra o, Kanadanın Vindzor şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apadı.[14] Qısa proqramda 60.56 balla, sərbəst proqramda isə 115.90 balla 2-ci pillələrin sahibi olan Ketlin Osmond ümumi nəticədə 176.46 balla 10 idmançı sırasında birinci pillənin sahibi oldu və ISU Kanadan Qran-Prisinin qızıl medalına sahib oldu.[14][15][16]

Ketlin Osmond 2013-cü ilin 12–20 yanvarında Ontario əyalətinin Mississoqa şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 70.04 balla birinci pillənin sahibi olan Ketlin Osmond sərbəst proqramda 132.30 balla birinci pillənin sahibi oldu. Bununlada o, ümumi nəticədə 202.34 balla 18 idmançı sırasında birinci pillənin sahibi oldu və birinci dəfə Kanada Çempionatının qalibi oldu.

2013-cü ilin 8–12 fevralında Yaponiyanın ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu.[17] Ketlin Osmond qısa proqramda 56.22 balla 8-ci, sərbəst proqramda isə 104.16 balla 7-ci pillənin sahibi oldu. Bununla da Ketlin Osmond ümumi nəticədə 160.38 balla Dörd Qitə Çempionatını yeddinci pillədə başa vurdu.[17][18][19]

Mövsümün əsas yarışı – 10–18 martda Kanadanın London şəhərində baş tutan Dünya Çempionatı idi.[20] Dünya Çempionatlarında debüt edən Ketlin Osmond, qısa proqramda 64.74 balla dördüncü, sərbəst proqramda isə 112.10 balla onuncu pillənin sahibi oldu.[21][22] Bununla da Ketlin Osmond, ümumi nəticədə 176.84 balla 35 idmançı sırasında 8-ci pillənin sahibi oldu.[20]

2013–2014-cü illər: Soçi Olimpiadasında gümüş medal

[redaktə | mənbəni redaktə et]

Ketlin Osmond, 2013–2014-cü illər mövsümündə ISU Qran-Pri yarışının KanadaRusiya mərhələlərində mübarizə aparmalı idi. Əvvəl o, Kanadanın Sent-Con şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apardı.[23] Ketlin Osmond, qısa proqramda 60.35 balla beşinci pillənin sahibi oldu.[24] Sərbəst proqramda isə o, zədə səbəbilə mübarizə apara bilmədi.[25] Bununla da Ketlin Osmond, ISU Kanada Qran-Prisində mübarizəni dayandırdı.[23] O, həm də 22–24 noyabrda baş tutan ISU Rusiya Qran-Prisində də mübarizə apara bilmədi.

Zədədən sonra Ketlin Osmond, 2014-cü il 8–15 yanvarında Ontario əyalətinin Ottava şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 70.30 balla birinci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 136.94 balla birinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 207.24 balla 18 idmançı sırasında birinci pillənin sahibi oldu və növbəti dəfə Kanada Çempionatının qalibi oldu. O, həm də 2014-cü ilin fevral ayında baş tutan Soçi Olimpiadasına da vəsiqə qazandı.

2014-cü il Soçi Olimpiadası

[redaktə | mənbəni redaktə et]
Ketlin Osmond 2014-cü il Soçi Olimpiadasında

2014-cü ilin 6–24 fevralında Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində XXII Qış Olimpiya Oyunları baş tutdu.[26] Ketlin Osmond, Soçi Olimpiadasında mübarizə aparacaq Kanada yığmasının heyətinə cəlb edildi.[26] Komandaların yarışı 6–8 fevralda, fərdi idmançıların yarışı isə 18–20 fevralda Olimpiada üçün inşa edilən 12 000 tamaşaçı tutumuna sahib olan "Aysberq" Buz İdman Sarayında baş tutdu.[26]

Fevralın 6-da baş tutan yarışda Patris Çen mübarizə apardı və 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu.[26] Bununla da o, Kanada yığmasına 8 bal qazandırdı.[26] Həmin gün cütlərin yarışında mübarizə aparan Meqan DuhamelEri Radford cütlüyü isə 2-ci pillənin sahibi oldu və Kanada yığmasına 9 bal qazandırdı.[26] Fevralın 8-də baş tutan yarışda isə VertyuMoir cütlüyü 2-ci pillənin sahibi oldu və Kanada yığmasına 9 bal qazandırdı.[26] Həmin gün qadınların yarışında mübarizə aparan Ketlin Osmond isə 62.54 balla beşinci pillənin sahibi oldu və Kanada yığmasına 5 bal qazandırdı.[26][27] Qısa proqramdan sonra 10 yığmadan 6–10-cu pillələri tutan yığmalar mübarizəni dayandırdı.[26] Həmin proqramdan sonra Kanada yığması 32 balla 2-ci pillədə idi.[26] Qısa proqramdan sonra yığmalara 2 yarış üzrə idmançıları əvəzetmə hüququ verildi. Kanada yığması isə cütlərin yarışında mübarizə aparan DuhamelRadford cütlüyünü, Kirsten Mur-TauersDilan Mossoviç cütlüyünə, cənabların yarışında mübarizə aparan Patris Çen isə Kevin Reynolds isə əvəz etdi.

Sərbəst proqram fevralın 8-də və 10-da baş tutdu.[26] Fevralın 8-də cütlərin yarışında mübarizə aparan Moor-ToversMossoviç cütlüyü mübarizə apardılar və 2-ci pillənin sahibi oldular.[26] Bununla da onlar, Kanada yığmasına 9 bal qazandırdı.[26] Fevralın 10-də isə daha üç yarış üzrə mübarizə aparıldı.[26] Kişilərin yarışında çıxış edən Kevin Reynolds da 2-ci pillənin sahibi oldu və Kanada yığmasına 9 bal qazandırdı.[26] Daha sonra isə "Aysberq" Buz İdman Sarayında buzüstünə qadınlar çıxdılar.[26] Ketlin Osmond, növbəti dəfə uğursuz çıxış etdi və onun çıxışı münsiflər heyəti tərəfindən 110.74 balla qiymətləndirildi.[26][28] O, bu nəticəyə əsasən beşinci pillənin sahibi oldu və o, Kanada yığmasına növbəti dəfə 6 bal qazandırdı.[26] Sonda isə buzüstü rəqs yarışında mübarizə aparan VertyuMoir cütlüyü mübarizə apardılar və 2-ci pillənin sahibi oldular.[26] Bununlada onlar, Kanada yığmasına 9 bal qazandırdı.[26] Ümumi nəticədə isə 65 balla Kanada yığması 2-ci pillənin sahibi oldu və Soçi Olimpiadasının gümüş medallarına sahib oldu.[26] Fevralın 10-da baş tutan təltifetmə mərasimində Kanada yığmasına, Soçi Olimpiadasının gümüş medalları təqdim edildi.[26]

Komanda yarışlarından sonra isə fərdi yarışlar baş tutdu.[29] Ketlin Osmond fevralın 18-də baş tutan qısa proqramda 56.18 balla 13-cü pillənin sahibi oldu.[30] 2 gün sonra baş tutan sərbəst proqramda isə 112.20 balla 13-cü pillənin sahibi olan Ketlin Osmond ümumi nəticədə 168.98 balla Soçi Olimpiadasını 13-cü pillədə başa vurdu.[29][31]

Soçi Olimpiadasından sonra Ketlin Osmond, 24–30 martda Yaponiyanın Saytama şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[32] Qısa proqramda 62.92 balla 8-ci, sərbəst proqramda isə 107.72 balla 13-cü pillənin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 170.64 balla 11-ci pillənin sahibi oldu.[32][33][34]

2014–2015-ci illər: Zədə səbəbindən başa vurulan mövsüm

[redaktə | mənbəni redaktə et]

Ketlin Osmond 2014–2015-ci illər mövsümündə ISU Qran-Pri yarışının KanadaFransa mərhələlərində mübarizə aparmalı idi. Amma o, sentyabrın 11-də məşq zamanı ciddi formada zədələndi və mövsümü vaxtından əvvəl başa vurmalı oldu.

2015–2016-cı illər: Karyeranın uğursuz mövsümü

[redaktə | mənbəni redaktə et]
Ketlin Osmond 2016-cı il Dörd Qitə Çempionatında

Ketlin Osmond, 2015-ci ilin 24–26 sentyabrda Almaniyanın Oberstdorf şəhərində baş tutan "Nebelhorn Trophy" beynəlxalq yarışında mübarizə apardı.[35] Qısa proqramda 60.68 balla, sərbəst proqramda isə 120.74 balla birinci pillənin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 181.42 balla 16 idmançı sırasında birinci pillənin sahibi oldu və "Nebelhorn Trophy" beynəlxalq yarışının qalibi oldu.[35][36][37]

Daha sonra o, Kanadanın Alberta əyalətinin Letbric şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apadı.[38] Qısa proqramda 64.22 balla 4-cü, sərbəst proqramda isə 86.86 balla 12-ci pillələrin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 152.08 balla 12 idmançı sırasında 11-ci pillənin sahibi oldu.[38][39][40]

Ketlin Osmond, 26–30 noyabrda Yaponiyanın Naqano şəhərinin ev sahibliyində baş tutan ISU Yaponiya Qran-Prisində (NHK Trophy) mübarizə apardı.[41] O, qısa proqramda 58.08 balla 8-ci, sərbəst proqramda isə 112.42 balla 7-ci pillənin sahibi oldu.[42][43] Bununla da Ketlin Osmond, ümumi nəticədə 170.50 balla ISU Yaponiya Qran-Prisini altıncı pillədə başa vurdu.[41] Mövsüm ərzində KanadaYaponiya Qran-Prilərində mübarizə aparan və 11-ci və 6-cı pillələrin sahibi olan Ketlin Osmond, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.

Ketlin Osmond, 2016-cı ilin 18–24 yanvarında Yeni Şotlandiya əyalətinin Halifas şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 70.65 balla birinci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 128.28 balla üçüncü pillənin sahibi oldu. Bununlada o, ümumi nəticədə 198.90 balla 18 idmançı sırasında üçüncü pillənin sahibi oldu və Kanada Çempionatının bürünc medalına sahib oldu.

2016-cı ilin 16–22 fevralında Tayvanın Taybey şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu.[44] Ketlin Osmond qısa proqramda 56.14 balla 11-ci, sərbəst proqramda isə 120.50 balla 4-cü pillənin sahibi oldu.[45][46] Bununla da Ketlin Osmond ümumi nəticədə 176.64 balla Dörd Qitə Çempionatını altıncı pillədə başa vurdu.[44]

2016–2017-ci illər: Dünya Çempionatında gümüş medal

[redaktə | mənbəni redaktə et]

Ketlin Osmond, 2016-cı ilin Finlandiyanın Espoo şəhərində baş tutan "Finlandia Trophy" beynəlxalq yarışında mübarizə apardı.[47] Qısa proqramda 65.74 balla, sərbəst proqramda isə 122.54 balla birinci pillənin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 188.28 balla birinci pillənin sahibi oldu və "Finlandia Trophy" beynəlxalq yarışının qalibi oldu.[47][48][49]

Daha sonra o, Kanadanın Mississoqa əyalətinin Ontario şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apadı.[50] Qısa proqramda 74.34 balla, sərbəst proqramda isə 132.12 balla 2-ci pillələrin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 206.46 balla 11 idmançı sırasında 2-ci pillənin sahibi oldu və Kanada Qran-Prisinin gümüş medalına sahib oldu.[50][51][52] O, dörd ildən sonra birinci dəfə ISU Qran-Pri yarışının medalına sahib olmuşdu.

Ketlin Osmond 2016-cı il ISU Çin Qran-Prisinin gala proqramında

Ketlin Osmond, 18–20 noyabrda Çinin ev sahibliyində baş tutan ISU Çin Qran-Prisində (Cup of China) mübarizə apardı.[53] O, qısa proqramda 72.20 balla birinci, sərbəst proqramda isə 125.80 balla üçünü pillənin sahibi oldu.[54][55] Bununla da Ketlin Osmond, ümumi nəticədə 198.00 balla ISU Çin Qran-Prisini 12 idmançı sırasında 2-ci pillədə başa vurdu və gümüş medalın sahibi oldu.[53] Mövsüm ərzində KanadaÇin Qran-Prilərində mübarizə aparan və gümüş medalların sahibi olan Ketlin Osmond, birinci dəfə ISU Qran-Pri Finalına vəsiqə qazana bildi.

Fransanın Marsel şəhərində baş tutan ISU Qran-Pri Finalında altı idmançı — Rusiya nümayəndələri Yevgeniya Medvedyeva, Anna Poqorilaya, Yelena RadionovaMariya Sotshova, Kanada nümayəndəsi Ketlin Osmond və Yaponiya nümayəndəsi Satoho Miyahara mübarizə apardı.[56] Qısa proqramda Ketlin Osmonda 75.54 balla Yevgeniya Medvedyevadan sonra 2-ci pillənin sahibi oldu.[57] Sərbəst proqramda isə Ketlin Osmond uğurlu mübarizənin davamını gətirə bilmədi. O, 136.92 balla dördüncü pillənin sahibi oldu.[58] Bu da onun ümumi nəticəsinə ciddi təsir göstərdi və o, 212.46 balla dördüncü pillənin sahibi oldu.[56] ISU Qran-Pri Finalının qalibi isə Rusiya təmsilçisi Yevgeniya Medvedyeva oldu.[56]

Ketlin Osmond, 2017-ci ilin 16–22 yanvarında Ontario əyalətinin Ottava şəhərində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 82.02 balla birinci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 138.64 balla birinci pillənin sahibi oldu. Bununlada o, ümumi nəticədə 220.66 balla 18 idmançı sırasında birinci pillənin sahibi oldu və üçüncü dəfə Kanada Çempionatının qızıl medalına sahib oldu.

2017-ci ilin 15–20 fevralında Cənubi Koreyanın Koyan şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu.[59] Ketlin Osmond qısa proqramda 68.22 balla, sərbəst proqramda isə 115.96 balla 2-ci pillənin sahibi oldu.[60][61] Bununla da Ketlin Osmond ümumi nəticədə 184.18 balla Dörd Qitə Çempionatının gümüş medalına sahib oldu.[59]

Mövsümün əsas yarışı – 26 mart-2 aprel tarixlərində Finlandiyanın ev sahibliyində baş tutan Dünya Çempionatı idi.[62] Qısa proqramda 75.98 balla, sərbəst proqramda isə 142.16 balla 2-ci pillələrin sahibi olan Ketlin Osmond, ümumi nəticədə 218.14 balla Dünya Çempionatını gümüş medalla başa vurdu.[63][64] Dünya Çempionatının qalibi isə Rusiya təmsilçisi Yevgeniya Medvedyeva oldu.[62]

2017–2018-ci illər: Karyeranın zirvəsi

[redaktə | mənbəni redaktə et]

2017–2018-ci illər mövsümü Ketlin Osmondun mübarizə apardığı ən uğurlu mövsüm oldu. Mövsümün əvvəlində o, 20–24 sentyabrda Kanadanın Monreal şəhərinin ev sahibliyində baş tutan "Autumn Classic" yarışında mübarizə apardı.[65] Qısa proqramda Ketlin Osmond 76.22 balla birinci pillənin sahibi oldu.[66] Sərbəst proqramda da uğurlu mübarizə aparan Ketlin Osmond 142.34 balla birinci pillənin sahibi oldu.[67] Bu minvallada o, ümumi nəticədə 218.56 balla "Autumn Classic" yarışının qalibi oldu.[65]

Daha sonra isə Ketlin Osmond ISU KanadaFransa Qran-Prilərində çıxış etdi. Əvvəlcə o, Kanadanın Reqina şəhərində baş tutan ISU Kanada Qran-Prisində mübarizə apardı.[68] Qısa proqramda Ketlin Osmond 76.06 balla birinci pillənin sahibi oldu.[69] Sərbəst proqramda da o, uğurlu mübarizə apardı və 136.86 balla birinci pillənin sahibi oldu.[70] Bununlada Ketlin Osmond 5 ildən sonra növbəti dəfə ISU Kanada Qran-Prisinin qızıl medalına sahib oldu.

16–20 noyabrda isə Fransanın Qrenobl şəhərinin ev sahibliyində ISU Fransa Qran-Prisi baş tutdu.[71] Ketlin Osmond bu səfərdə Qran-Prinin qızıl medalına sahib olmağı hədəfləmişdi. Qısa proqramda o, uğurlu mübarizə apardı və 70.06 balla birinci pillənin sahibi oldu.[72] Amma bir sonra baş tutan sərbəst proqramda Ketlin Osmond uğursuz mübarizə apardı və nəticədə 138.72 balla dördüncü pillənin sahibi oldu.[73] Sərbəst proqramda olan nəticəsi onun ümumi nəticəsinə də təsir göstərdi. Bununla da Ketlin Osmond ümumi nəticədə 208.78 balla ISU Fransa Qran-Prisinin bürünc medalına sahib oldu. Qızıl medalı Rusiya nümayəndəsi Alina Zaqitova, gümüş medalı isə digər Rusiya nümayəndəsi Mariya Stoshova qazandı.

Yaponiyanın Naqoya şəhərində baş tutan ISU Qran-Pri Finalında altı idmançı — Rusiya nümayəndələri Alina ZaqitovaMariya Stoshova, Kanada nümayəndəsi Ketlin Osmond, İtaliya nümayəndəsi Karolina KostnerYaponiya nümayəndəsi Vahaba Hiquçi mübarizə apardı.[74] Qısa proqramda Ketlin Osmonda 78.04 balla birinci pillənin sahibi oldu.[75] Sərbəst proqramda isə Ketlin Osmond uğurlu mübarizənin davamını gətirə bilmədi. O, 138.12 balla beşinci pillənin sahibi oldu.[76] Bu da onun ümumi nəticəsinə ciddi təsir göstərdi və o, 216.16 balla üçüncü pillənin sahibi oldu.[74] Bu minvallada Ketlin Osmond ISU Qran-Pri Finalının bürünc medalını qazandı. ISU Qran-Pri Finalının qalibi isə Rusiya təmsilçisi Alina Zaqitova sahib oldu.[74]

Ketlin Osmond 2018-ci ilin 8–14 yanvarında Britaniya Kolumbiyasının ev sahibliyində baş tutan Kanada Çempionatında mübarizə apardı. Qısa proqramda 72.42 balla 2-ci pillənin sahibi olan Ketlin Osmond, sərbəst proqramda 148.32 balla 2-ci pillənin sahibi oldu. Bununlada o, ümumi nəticədə 220.74 balla 18 idmançı sırasında 2-ci pillənin sahibi oldu və Kanada Çempionatının gümüş medalına sahib oldu.

2018-ci il Pxençxan Olimpiadası

[redaktə | mənbəni redaktə et]
Ketlin Osmond 2018-ci il Pxençxan Olimpiadasında

2018-ci ilin 8–25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində XXIII Qış Olimpiya Oyunları baş tutdu.[77] Komanda yarışları 8–12 fevralda, fərdi yarışlar isə 18–20 fevralda Olimpiada üçün inşa edilən 12 000 tamaşaçı tutumuna sahib olan "Kannın" Buz İdman Sarayında baş tutdu.[77]

Fevralın 8-də baş tutan yarışda Patris Çen mübarizə apardı və 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu.[77] Bununla da o, Kanada yığmasına 8 bal qazandırdı.[77] Həmin gün cütlərin yarışında mübarizə aparan Meqan DuhamelEri Radford cütlüyü isə 2-ci pillənin sahibi oldu və Kanada yığmasına 9 bal qazandırdı.[77] Fevralın 11-də baş tutan yarışda isə VertyuMoir cütlüyü mübarizə apardı və 80.62 balla birinci pillənin sahibi oldu.[77] Bununla da onlar, Kanada yığmasına 10 bal qazandırdı.[77] Həmin gün qadınların yarışında mübarizə aparan Ketlin Osmond isə 72.34 balla üçüncü pillənin sahibi oldu və Kanada yığmasına 8 bal qazandırdı.[77][78] Qısa proqramdan sonra 10 yığmadan 6–10-cu pillələri tutan yığmalar mübarizəni dayandırdı.[77] Həmin proqramdan sonra Kanada yığması 35 balla birinci pillədə idi.[77] Qısa proqramdan sonra yığmalara 2 yarış üzrə idmançıları əvəzetmə hüququ verildi. Kanada yığması sadəcə qadınların yarışında mübarizə aparan Kelin Osmondu, Qabrielle Dalemanla əvəz etdi.

Sərbəst proqram fevralın 11-də və 12-də baş tutdu.[77] Fevralın 11-də cütlərin yarışında çıxış edən Meqan DuhamelEri Radford cütlüyü mübarizə apardılar və birinci pillənin sahibi oldular.[77] Bununla da onlar, Kanada yığmasına 10 bal qazandırdı.[77] Fevralın 12-də isə daha üç yarış üzrə mübarizə aparıldı.[77] Kişilərin yarışında çıxış edən Patris Çen birinci pillənin sahibi oldu və Kanada yığmasına 10 bal qazandırdı.[77] Daha sonra isə "Kannın" Buz İdman Sarayında buzüstünə qadınlar çıxdılar.[77] Qabrielle Daleman, çıxışını ciddi səhvsiz başa vurdu və onun çıxışı münsiflər heyəti tərəfindən 180.75 balla qiymətləndirildi.[77][79] O, bu nəticəyə əsasən birinci pillənin sahibi oldu və o, Kanada yığmasına 10 bal qazandırdı.[77] Sonda isə buzüstü rəqs yarışında çıxış edən VertyuMoir cütlüyü mübarizə apardılar və 118.10 balla birinci pillənin sahibi oldular.[77] Bununla da onlar, Kanada yığmasına 10 bal qazandırdı.[77] Ümumi nəticədə isə 74 balla Kanada yığması birinci pillənin sahibi oldu və Pxençxan Olimpiadasının qızıl medallarına sahib oldu.[77] Bu minvallada Soçi Olimpiadasında gümüş medalın sahibi olan Ketlin Osmond, bu səfər Pxençxan Olimpiadasında qızıl medalın sahibi oldu.[77]

Komanda yarışlarından sonra 20–22 fevralda fərdi yarışlar baş tutdu.[80] Fərdi yarışların favoritləri Rusiya nümayəndələri Yevgeniya MedvedyevaAlina Zaqitova, İtaliya nümayəndəsi Karolina Kostner, Yaponiya nümayəndəsi Sataho MiyaharaKanada nümayəndəsi Ketlin Osmond idi.[80] Fevralın 20-də baş tutan qısa proqramda Ketlin Osmond 78.88 balla Alina ZaqitovaYevgeniya Medvedyevadan sonra üçüncü pillənin sahibi oldu.[81] Fevralın 22-də isə sərbəst proqram baş tutdu.[82] Ketlin Osmondun əsas hədəfi sərbəst proqramda da uğurlu mübarizə aparıb, Olimpiadanı ən azından bürünc medalla başa vurmaq idi. Kompozisiyasını 22-ci sırada təqdim edən Ketlin Osmonddan əvvəl 1-ci pillədə Alina Zaqitova, 2-ci pillədə Sataho Miyahara, 3-cü pillədə isə Karolina Kostner idi.[81][82] Ondan sonra hələ Yevgeniya Medvedyevanın da mübarizə aparacağını nəzərə alaraq Ketlin Osmondun əsas hədəsi Sataho Miyaharanın nəticəsini geridə qoymaq idi.[82] Klint Mensellin bəstəsi olan "Qara qu quşu" musiqisinin sədaları altında çıxış edən Ketlin Osmondun təqdimatı 154.16 balla qiymətləndirildi və o, Alina Zaqitovadan sonra 2-ci pillədə qərarlaşdı.[82] Bununlada Ketlin Osmond ən azından bürünc medalı özü üçün təmin etdi.[80][82] Ondan sonra mübarizə aparan Yevgeniya Medvedyeva isə qızıl medala bir nömrəli favoritlərdən idi və onun əsas rəqabəti Alina Zaqitova arasında idi.[80][82] Yevgeniya Medvedyeva həmin mübarizədə Alina Zaqitovaya məğlub oldu və bürünc medalın sahibi oldu.[80][82] Nəticədə XXIII Qış Olimpiya Oyunlarının qızıl medalına Rusiya nümayəndəçi Alina Zaqitova, gümüş medala digər Rusiya nümayəndəsi Yevgeniya Medvedyeva, bürünc medala isə Kanada nümayəndəsi Ketlin Osmond sahib oldu.[80]

Ketlin Osmond 2018-ci il Dünya Çempionatının gala proqramında

XXIII Qış Olimpiya Oyunlarından sonra 18–25 martda İtaliyanın Milan şəhərinin ev sahibliyində Dünya Çempionatı baş tutdu. Olimpiadanın bürünc medalına sahib olan Ketlin Osmond, Rusiya nümayəndələri Yevgeniya MedvedyevaAlina Zaqitova, İtaliya nümayəndəsi Karolina KostnerYaponiya nümayəndəsi Sataho Miyahara ilə birgə Dünya Çempionatının favoritləri sırasında göstərilirdi. Qısa proqramda Ketlin Osmond, 74.74 balla Karolina Kostner, Alina ZaqitovaSataho Miyaharadan sonra dördüncü pillənin sahibi oldu. Qısa proqramdan sonra onun Dünya Çempionatının qalibi olmaq ehtimalı çox aşağı idi. İdman mütəxəssislərinin rəylərinə əsasən Ketlin Osmond ən yaxşı halda bürünc medala sahib ola bilər. Martın 24-də baş tutan sərbəst proqram isə idman cəmiyyəti üçün gözlənilməz nəticələrlə dolu oldu. Qısa proqramda sonra birinci pillənin sahibi olan İtaliya nümayəndəsi Karolina Kostner bu proqram uğursuz mübarizə apararaq beşinci pillənin sahibi oldu, ümumi nəticədə isə 208.90 balla dördüncü pillədə qərarlaşdı. Qısa proqramda sonra 2-ci pillədə qərarlaşan Rusiya təmsilçisi Alina Zaqitovada Karolina Kostnerin taleyini yaşadı. Sərbəst proqramda uğursuz mübarizə aparan Alina Zaqitova nəticədə 128.22 balla yeddinci, ümumi nəticədə isə 208.74 balla beşinci pillənin sahibi oldu. Belə olan halda Ketlin Osmondun Dünya Çempionatının qalibi olmaq şansları artırdı. Onun əsas rəqibi Yaponiya nümayəndəsi Sataho Miyahara idi. Digər Yaponiya təmsilçisi Vahaba Hiquçi qısa proqramda 8-ci pillənin sahibi olsa da, sərbəst proqramda 2-ci pillənin sahibi oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu. Sataho Miyaharanın sərbəst proqramda olan çıxışı səhvsiz olsa da, nəticədə 135.72 balla qiymətləndirildi. Bununla da o, ümumi nəticədə 210.08 balla Dünya Çempionatının bürünc medalına sahib oldu. Ketlin Osmond isə sərbəst proqramda qüsursuz mübarizə apardı və 150.50 balla birinci pillənin sahibi oldu. Bu minvalla da o, ümumi nəticədə 225.24 balla Dünya Çempionatının qızıl medalına sahib oldu. Ketlin Osmond 1965-cı ildə Petra Burhanın Dünya Çempionatının qalibi olmasından 45 il sonra bu uğura sahib olan növbəti Kanada idmançısı olub.

2019-cu il yanvarın 30-da Ketlin Osmond Nyufaundlenda və Labradora əyalətinin leytenant-qubernatoru Cudi Fut tərəfindən 2018-ci il XXIII Qış Olimpiya Oyunlarında və 2018-ci il Dünya Çempionatında qazandığı uğurlara görə "Nyufaundlenda və Labradora" ordeni ilə təltif edildi.

Kompozisiyaları

[redaktə | mənbəni redaktə et]
Ketlin Osmond 2018-ci ildə Dünya Çempionatının qalibi olmağla 45 il sonra bu uğura imza atan birinci Kanada idmançısı oldu
Ketlin Osmond 2018-ci il Pxeçxan Olimpiadasının gala proqramında Tori Kellinin "Hallelujah" bəstəsinin sədaları altında çıxış edən zaman
Mövsüm
Proqram
Qısa proqram
Sərbəst proqram
2010/2011
  • "A Day in the Life" bəstəsi
    repertuar: Ceff Be
  • "Galicia Flamenca" bəstəsi
    repertuar: Fransis Tarraqa və Cino d'Auri
  • "Recuerdos de la Alhambra" bəstəsi
    repertuar: Fransis Tarraqa və Cino d'Auri
2011/2012
  • "Monsoon Wedding" bəstəsi
    repertuar: Ceff Be
  • "Bombay Dreams" tamaşasından bəstə
    repertuar: Alla Raxa Rəhman
  • "Introduction and Rondo Capriccioso" bəstəsi
    repertuar: Kamil Sen-Sans
2012/2013
  • "Mambo №8" bəstəsi
    repertuar: Peres Prado
  • "Gwendoline" bəstəsi
    repertuar: Peres Prado
2013/2014
  • "Big Spender" bəstəsi
    repertuar: Sweet Charity
  • "Rich Man's Frug" bəstəsi
    repertuar: Sweet Charity
  • "Original theme" bəstəsi
    repertuar: Filip Şani
  • "Numerobis Theme" bəstəsi
    repertuar: Filip Şani
  • "La poursuite" bəstəsi
    repertuar: Filip Şani
  • "Cleopatra and Caesar" bəstəsi
    repertuar: Klod-Mişel Şenberq
2014/2015
  • "La Vie en rose" bəstəsi
    repertuar: Sindi Loper
  • "Danzarin" bəstəsi
    repertuar: Astor Piazolla
  • "Oblivion" bəstəsi
    repertuar: Astor Piazolla
  • "Tanguera" bəstəsi
    repertuar: Astor Piazolla
2015/2016
2016/2017
  • "Sous le ciel de Paris" bəstəsi
    repertuar: Edit Piaf
  • "Milord" bəstəsi
    repertuar: Edit Piaf
2017/2018
  • "Sous le ciel de Paris" bəstəsi
    repertuar: Edit Piaf
  • "Milord" bəstəsi
    repertuar: Edit Piaf

Karyerası ərzində 9 mövsümdə mübarizə aparan Ketlin Osmond, 11 qızıl, 6 gümüş və 6 bürünc medala sahib olub.

Yarış
Mövsümlər
09–10
10–11
11–12
12–13
13–14
14–15
15–16
16–17
17–18
Beynəlxalq yarışlar
Olimpiya Oyunları
13-cü
3-cü
Olimpiya Oyunları (Komanda)
2-ci
1-ci
Dünya Çempionatı
8-ci
11-ci
2-ci
1-ci
Dörd Qitə Çempionatı
7-ci
6-cı
4-cü
Qran-Pri: Final
4-cü
3-cü
Qran-Pri: Çin
2-ci
Qran-Pri: Fransa
WD
3-cü
Qran-Pri: Kanada
1-ci
WD
WD
11-ci
2-ci
1-ci
Qran-Pri: Rusiya
WD
Qran-Pri: Yaponiya
6-cı
"Autumn Classic"
1-ci
"Finlandia Trophy"
1-ci
"Nebelhorn Trophy"
1-ci
1-ci
Beynəlxalq yarışlar (Gənclər arasında)
Gənclərin Dünya Çempionatı
10-cu
Gənclərin Qran-Prisi: Çexiya
10-cu
Gənclərin Qran-Prisi: Yaponiya
9-cu
Kanada daxili yarışlar
Kanada Çempionatı
3-cü
1-ci
1-ci
3-cü
1-ci
2-ci
Gənclərin Kanada Çempionatı
3-cü
6-cı
Komandalararası yarışlar
Komandalararası Dünya Çempionatı
2-ci
WD — Mübarizə aparmadı / C — Təxirə salındı
Ketlin Osmond 2012-ci il Kanada Çempionatında
Ketlin Osmond 2012-ci il Kanada Qran-Prisində
Ketlin Osmond 2014-cü il Kanada Çempionatında
Ketlin Osmond 2017-ci il Dünya Çempionatında
Ketlin Osmond 2018-ci il Olimpiya Oyunlarında
Sıra
Tarix
Yarış
Ev sahibi
QP
SP
Cəmi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
2009–2010-ci illər mövsümü
1.
10.01.2010
18.01.2010
Gənclərin Kanada Çempionatı Kanada Kanada
42.32
5
72.30
3
114.62
3-cü
2010–2011-ci illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
2.
22.09.2010
26.09.2010
Gənclərin ISU Yaponiya Qran-Prisi Yaponiya Yaponiya
40.78
9
70.94
8
111.72
10-cu
3.
12.10.2010
16.10.2010
Gənclərin ISU Çexiya Qran-Prisi Çexiya Çexiya
38.96
11
72.94
7
111.90
10-cu
4.
16.01.2011
24.01.2011
Gənclərin Kanada Çempionatı Kanada Kanada
5
8
108.16
6-cı
2011–2012-ci illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
5.
16.01.2012
22.01.2012
Kanada Çempionatı Kanada Kanada
56.94
1
98.54
4
155.48
3-cü
6.
26.02.2012
04.03.2012
Gənclərin Dünya Çempionatı Belarus Belarus
50.15
9
96.10
10
146.25
9-cu
2012–2013-cü illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
7.
26.09.2012
30.09.2012
Nebelhorn Trophy Almaniya Almaniya
55.68
2
114.52
1
170.20
1-ci
8.
26.10.2012
30.10.2012
Kanada Qran-Prisi Kanada Kanada
60.56
2
115.90
2
176.46
1-ci
9.
12.01.2013
20.01.2013
Kanada Çempionatı Kanada Kanada
70.04
1
132.30
1
202.34
1-ci
10.
08.02.2013
12.02.2013
Dörd Qitə Çempionatı Yaponiya Yaponiya
56.22
8
104.16
7
160.38
7-ci
11.
12.03.2013
18.03.2013
Dünya Çempionatı Kanada Kanada
64.74
4
112.10
10
176.84
8-ci
12.
11.04.2013
14.04.2013
Komandalararası Dünya Çempionatı Yaponiya Yaponiya
55.18
7
110.68
7
52
2-ci
2013–2014-cü illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
13.
25.10.2013
28.10.2013
Kanada Qran-Prisi Kanada Kanada
60.35
5
14.
08.01.2014
15.01.2014
Kanada Çempionatı Kanada Kanada
70.30
1
135.94
1
206.24
1-ci
15.
06.02.2014
08.02.2014
Olimpiya Oyunları (Komanda) Rusiya Rusiya
62.54
5
110.74
5
65
2-ci
16.
18.02.2014
20.02.2014
Olimpiya Oyunları Rusiya Rusiya
56.18
13
112.20
13
168.98
13-cü
17.
24.03.2014
30.03.2014
Dünya Çempionatı Yaponiya Yaponiya
62.92
8
108.72
13
171.64
11-ci
2015–2016-cı illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
18.
24.09.2015
26.09.2015
"Nebelhorn Trophy" Almaniya Almaniya
60.68
1
120.74
1
181.42
1-ci
19.
30.10.2015
01.11.2015
ISU Kanada Qran-Prisi Kanada Kanada
62.22
4
88.86
12
151.08
11-ci
20.
26.11.2015
30.11.2015
ISU Yaponiya Qran-Prisi Yaponiya Yaponiya
58.08
8
112.42
7
170.50
6-cı
21.
18.01.2016
24.01.2016
Kanada Çempionatı Kanada Kanada
70.64
1
128.24
3
198.88
3-cü
22.
16.02.2016
22.02.2016
Dörd Qitə Çempionatı Tayvan Tayvan
56.14
11
120.50
4
176.64
6-cı
2016–2017-ci illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
23.
06.10.2016
10.10.2016
"Finlandia Trophy" Finlandiya Finlandiya
65.74
3
122.54
1
188.28
1-ci
24.
28.10.2016
30.10.2016
ISU Kanada Qran-Prisi Kanada Kanada
74.34
2
132.12
2
206.46
2-ci
25.
18.11.2016
20.11.2016
ISU Çin Qran-Prisi Çin Çin
72.20
1
125.80
3
198.00
2-ci
26.
08.12.2016
10.12.2016
ISU Qran-Pri Finalı Fransa Fransa
75.54
2
136.92
4
212.46
4-cü
27.
16.01.2017
22.01.2017
Kanada Çempionatı Kanada Kanada
82.02
1
138.64
1
220.66
1-ci
28.
15.02.2017
20.02.2017
Dörd Qitə Çempionatı Cənubi Koreya Cənubi Koreya
68.22
2
115.96
2
184.18
2-ci
29.
28.03.2017
02.04.2017
Dünya Çempionatı Finlandiya Finlandiya
75.98
2
142.16
2
218.14
2-ci
2017–2018-ci illər mövsümü
Sıra
Tarix
Yarış
Ev sahibi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
30.
20.09.2017
24.09.2017
"Autumn Classic" Kanada Kanada
76.22
1
142.34
1
218.56
1-ci
31.
26.10.2017
30.10.2017
ISU Kanada Qran-Prisi Kanada Kanada
76.06
1
136.86
1
212.92
1-ci
32.
16.11.2017
20.11.2017
ISU Fransa Qran-Prisi Fransa Fransa
70.06
4
138.72
1
208.78
3-cü
33.
06.12.2017
10.12.2017
ISU Qran-Pri Finalı Yaponiya Yaponiya
78.04
1
138.12
5
216.16
3-cü
34.
08.01.2018
14.01.2018
Kanada Çempionatı Kanada Kanada
72.42
2
148.32
2
220.74
2-ci
35.
08.02.2018
12.02.2018
Olimpiya Oyunları (Komanda) Cənubi Koreya Cənubi Koreya
72.38
3
74
1-ci
36.
20.02.2018
24.02.2018
Olimpiya Oyunları Cənubi Koreya Cənubi Koreya
78.88
3
154.16
3
233.04
3-cü
37.
20.03.2018
24.03.2018
Dünya Çempionatı İtaliya İtaliya
74.74
4
150.50
1
225.24
1-ci
  1. 1 2 Kaetlyn Osmond // L'Encyclopédie canadienne, The Canadian Encyclopedia (ing.).
  2. 1 2 "ISU Junior Grand Prix Japan, 2010 / Ladies / Results" (ing.)). 26.09.2010. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  3. "ISU Junior Grand Prix Japan, 2010 / Ladies / Short Program" (ing.)). 26.09.2010. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  4. "ISU Junior Grand Prix Japan, 2010 / Ladies / Free Program" (ing.)). 26.09.2010. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  5. 1 2 "ISU Junior Grand Prix Czech Republic, 2010 / Ladies / Results" (ing.)). 18.10.2010. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  6. "ISU Junior Grand Prix Czech Republic, 2010 / Ladies / Short Program" (ing.)). 18.10.2010. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  7. "ISU Junior Grand Prix Czech Republic, 2010 / Ladies / Free Program" (ing.)). 18.10.2010. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  8. 1 2 "ISU World Junior Championships, 2012 / Ladies / Results" (ing.)). 04.03.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  9. "ISU World Junior Championships, 2012 / Ladies / Short Program" (ing.)). 04.03.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  10. "ISU World Junior Championships, 2012 / Ladies / Free Program" (ing.)). 04.03.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  11. 1 2 "Nebelhorn Trophy, 2012 / Ladies / Results" (ing.)). 30.09.2012. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  12. "Nebelhorn Trophy, 2012 / Ladies / Short Program" (ing.)). 30.09.2012. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  13. "Nebelhorn Trophy, 2012 / Ladies / Free Program" (ing.)). 30.09.2012. 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  14. 1 2 "ISU Grand Prix Canada, 2012 / Ladies / Results" (ing.)). 22.10.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  15. "ISU Grand Prix Canada, 2012 / Ladies / Short Program" (ing.)). 22.10.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  16. "ISU Grand Prix Canada, 2012 / Ladies / Free Program" (ing.)). 22.10.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  17. 1 2 "ISU Four Continents Championships, 2013 / Ladies / Results" (ing.)). 12.02.2013. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  18. "ISU Four Continents Championships, 2013 / Ladies / Short Program" (ing.)). 12.02.2013. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  19. "ISU Four Continents Championships, 2013 / Ladies / Free Program" (ing.)). 12.02.2013. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  20. 1 2 "ISU World Championships, 2013 / Ladies / Results" (ing.)). 18.03.2013. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  21. "ISU World Championships, 2013 / Ladies / Short Program" (ing.)). 18.03.2013. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  22. "ISU World Championships, 2013 / Ladies / Free Program" (ing.)). 18.03.2013. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  23. 1 2 "ISU Grand Prix Canada, 2013 / Ladies / Results" (ing.)). 22.10.2013. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  24. "ISU Grand Prix Canada, 2013 / Ladies / Short Program" (ing.)). 22.10.2013. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  25. "ISU Grand Prix Canada, 2013 / Ladies / Free Program" (ing.)). 22.10.2013. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  26. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 "XXII Olympic Winter Games, 2014 / Team / Ladies / Results" (ing.)). 08.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  27. "XXII Olympic Winter Games, 2014 / Team / Ladies / Short Program" (ing.)). 08.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  28. "XXII Olympic Winter Games, 2014 / Team / Ladies / Free Program" (ing.)). 08.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  29. 1 2 "XXII Olympic Winter Games, 2014 / Ladies / Results" (ing.)). 08.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  30. "XXII Olympic Winter Games, 2014 / Ladies / Short Program" (ing.)). 08.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  31. "XXII Olympic Winter Games, 2014 / Ladies / Free Program" (ing.)). 08.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  32. 1 2 "ISU World Championships, 2014 / Ladies / Results" (ing.)). 30.03.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  33. "ISU World Championships, 2014 / Ladies / Short Program" (ing.)). 30.03.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  34. "ISU World Championships, 2014 / Ladies / Free Program" (ing.)). 30.03.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  35. 1 2 "Nebelhorn Trophy, 2015 / Ladies / Results" (ing.)). 26.09.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  36. "Nebelhorn Trophy, 2015 / Ladies / Short Program" (ing.)). 26.09.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  37. "Nebelhorn Trophy, 2015 / Ladies / Free Program" (ing.)). 26.09.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  38. 1 2 "ISU Grand Prix Canada, 2015 / Ladies / Results" (ing.)). 01.11.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  39. "ISU Grand Prix Canada, 2015 / Ladies / Short Program" (ing.)). 01.11.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  40. "ISU Grand Prix Canada, 2015 / Ladies / Free Program" (ing.)). 01.11.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  41. 1 2 "ISU Grand Prix Japan, 2015 / Ladies / Results" (ing.)). 30.11.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  42. "ISU Grand Prix Japan, 2015 / Ladies / Short Program" (ing.)). 30.11.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  43. "ISU Grand Prix Japan, 2015 / Ladies / Free Program" (ing.)). 30.11.2015. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  44. 1 2 "ISU Four Continents Championships, 2016 / Ladies / Results" (ing.)). 22.02.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  45. "ISU Four Continents Championships, 2016 / Ladies / Short Program" (ing.)). 22.02.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  46. "ISU Four Continents Championships, 2016 / Ladies / Free Program" (ing.)). 22.02.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  47. 1 2 "Finlandia Trophy, 2016 / Ladies / Results" (ing.)). 10.10.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  48. "Finlandia Trophy, 2016 / Ladies / Short Program" (ing.)). 10.10.2016. 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  49. "Finlandia Trophy, 2016 / Ladies / Free Program" (ing.)). 10.10.2016. 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  50. 1 2 "ISU Grand Prix Canada, 2016 / Ladies / Results" (ing.)). 30.10.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  51. "ISU Grand Prix Canada, 2016 / Ladies / Short Program" (ing.)). 30.10.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  52. "ISU Grand Prix Canada, 2016 / Ladies / Free Program" (ing.)). 30.10.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  53. 1 2 "ISU Grand Prix China, 2016 / Ladies / Results" (ing.)). 20.11.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  54. "ISU Grand Prix China, 2016 / Ladies / Short Program" (ing.)). 20.11.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  55. "ISU Grand Prix China, 2016 / Ladies / Free Program" (ing.)). 20.11.2016. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  56. 1 2 3 "ISU Grand Prix Final, 2016 / Ladies / Results" (ing.)). 10.12.2016. 2020-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  57. "ISU Grand Prix Final, 2016 / Ladies / Short Program" (ing.)). 10.12.2016. 2020-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  58. "ISU Grand Prix Final, 2016 / Ladies / Free Program" (ing.)). 10.12.2016. 2020-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  59. 1 2 "ISU Four Continents Championships, 2017 / Ladies / Results" (ing.)). 20.02.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  60. "ISU Four Continents Championships, 2017 / Ladies / Short Program" (ing.)). 20.02.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  61. "ISU Four Continents Championships, 2017 / Ladies / Free Program" (ing.)). 20.02.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  62. 1 2 "ISU World Championships, 2017 / Ladies / Results" (ing.)). 02.04.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  63. "ISU World Championships, 2017 / Ladies / Short Program" (ing.)). 02.04.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  64. "ISU World Championships, 2017 / Ladies / Free Program" (ing.)). 02.04.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  65. 1 2 "Autumn Classic, 2017 / Ladies / Results" (ing.)). 24.09.2017. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  66. "Autumn Classic, 2017 / Ladies / Short Program" (ing.)). 24.09.2017. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  67. "Autumn Classic, 2017 / Ladies / Free Program" (ing.)). 24.09.2017. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  68. "ISU Grand Prix Canada, 2017 / Ladies / Results" (ing.)). 30.10.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  69. "ISU Grand Prix Canada, 2017 / Ladies / Short Program" (ing.)). 30.10.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  70. "ISU Grand Prix Canada, 2017 / Ladies / Free Program" (ing.)). 30.10.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  71. "ISU Grand Prix France, 2017 / Ladies / Results" (ing.)). 20.11.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  72. "ISU Grand Prix France, 2017 / Ladies / Short Program" (ing.)). 20.11.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  73. "ISU Grand Prix France, 2017 / Ladies / Free Program" (ing.)). 20.11.2017. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  74. 1 2 3 "ISU Grand Prix Final, 2017 / Ladies / Results" (ing.)). 10.12.2017. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  75. "ISU Grand Prix Final, 2017 / Ladies / Short Program" (ing.)). 10.12.2017. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  76. "ISU Grand Prix Final, 2017 / Ladies / Free Program" (ing.)). 10.12.2017. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  77. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 "XXIII Olympic Winter Games, 2018 / Team / Ladies / Results" (ing.)). 08.02.2018. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  78. "XXIII Olympic Winter Games, 2018 / Team / Ladies / Short Program" (ing.)). 08.02.201. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  79. "XXIII Olympic Winter Games, 2018 / Team / Ladies / Free Program" (ing.)). 08.02.2018. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  80. 1 2 3 4 5 6 "XXIII Olympic Winter Games, 2018 / Ladies / Results" (ing.)). 08.02.2018. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  81. 1 2 "XXIII Olympic Winter Games, 2018 / Ladies / Short Program" (ing.)). 08.02.2018. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.
  82. 1 2 3 4 5 6 7 "XXIII Olympic Winter Games, 2018 / Ladies / Free Program" (ing.)). 08.02.2018. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2020.