Karolina Kennedi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karolina Buvye Kennedi
ing. Caroline Bouvier Kennedy
bayraq
ABŞ-nin Yaponiyadakı Fövqaladə və Səalhiyyətli Səfiri
bayraq2
12 noyabr 2013 – 18 yanvar 2017
PrezidentBarak Obama
Şəxsi məlumatlar
Doğum adı Caroline Bouvier Kennedy
Doğum tarixi (66 yaş)
Doğum yeri Nyu-York
Partiya ABŞ Demokrat Partiyası
Təhsili Harvard Universiteti
Kolumbiya Universiteti
Fəaliyyəti vəkil, diplomat, yazıçı, sosial fiqur[d], jurnalist, siyasətçi
Atası Con Kennedi
Anası Jaklin Kennedi
Həyat yoldaşı Edvin Şlossberq
Uşaqları Rouz Şlossberq
Tatyana Şlossberq
Cek Şlossberq
Ailəsi Kennedi ailəsi
Dini Roma-Katolik kilsəsi[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karolina Buvye Kennedi (ing. Caroline Bouvier Kennedy,[2][3] doğ. 27 noyabr 1957[4]) — amerikalı yazıçı, vəkil və diplomat. 2013-cü ildən ABŞ-nin Yaponiyadakı Fövqaladə və Səalhiyyətli Səfiri. ConJaklin Kennedinin qızı.

Karolina atası ilə birlikdə. 1963-cü il.

Karolina Kennedi 1957-ci ildə Nyu-Yorkda anadan olub. Karolinanın adı xalası Karolina Li Buvyenin şərəfinə qoyulub. ABŞ prezidentinin qızı olaraq 1961-ci ilin fevralından ailəsi ilə birgə Ağ Evdə yaşayırdı.[5] Karolinanın altı yaşı olmasına beş gün qalmış, 22 noyabr 1963-cü ildə atası Con Kennedi Dallas şəhərində qətlə yetirilib. Faciəli hadisələrdən sonra onun ailəsi Manhettendəki Yuxarı İst-Sayt məhəlləsinə köçüb.[5] Karolina 1980-ci ildə Harvard Universiteti nəznindəki Redklif Kollecini bitirmiş[6] və tezliklə Metropoliten muzeyində işləməyə başlamışdır. 1988-ci ildə Kolumbiya Universitetinin hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnib.

Kennedi hələ Harvard Universitetində oxuduğu zaman fotoqrafiya sənəti ilə maraqlanmağa başlayıb.[7] O, hətta Avstriyanın İnsbruk şəhərində keçirilmiş XII Qış Olimpiya Oyunlarında fotomüxbirin köməkçisi də işləyib.[7] Lakin Kennedinin əsas fəaliyyəti hüquqşünaslıqla, siyasətlə və xeyriyyəçiliklə bağlıdır. Karolina Kennedi 1989-cu ildə Kennedi ailəsinin digər üzvləri ilə birlikdə "Cəsarət profili" (ing. Profile in Courage Award) mükafatının təşkilatçısı qismində çıxış edib. 2002-ci ildən 2004-cü ilə qədər Nyu-York təhsil departamentinin strateji tərəfdaşlıq idarəsinin direktoru işləmişdir. Karolina Kennedi günümüzdə həmçinin Con Kennedi kitabxanasının prezidenti vəzifəsini icra edir.[4] Karolina Ellen Alderman ilə birlikdə vətəndaş azadlıqları mövzusunda iki kitabın müəllifidir.[8]

Karolina Kennedi 2008-ci il prezident seçkilərində Barak Obamanın namizədliyini dəstəkləyib və onun seçkiqabağı kampaniyasında fəal iştirak edib.[9] O, 2009-cu ildə senata üzv olmaq üçün Nyu-York ştatından namizədliyini verib, lakin sonradan şəxsi səbəbləri əsas gətirərək namizədliyini geri götürüb.[9] Yekunda Nyu-York ştatından senata Kirsten Cillibrand seçilib.

2013-cü ildə prezident Barak Obama tərəfindən Yaponiyaya səfir olaraq təyin edilib.[10][11] Obama xanım Kennedini gözəl ictimai xadim adlandıraraq, təcrübəsinin onun yeni vəzifəsində yardımçısı olacağını deyib. Yaponiyanın nazirlər kabinetinin rəhbəri təyinatı alqışlayıb. Kennedinin Obama ilə yaxın əlaqələrindən danışan Yoşihide Suqa deyib ki, bu addım Ağ Evin Yaponiya-ABŞ əlaqələrinə yüksək qiymət verdiyinə işarədir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Karolina ConJaklin Kennedi cütlüyünün günümüzdə həyatda qalan yeganə övladıdır. Onun kiçik qardaşı Con, 1999-cu ildə həyat yoldaşı və baldızı ilə birlikdə təyyarə qəzasında faciəli şəkildə həlak olub. Digər qardaşı Patrik isə vaxtından qabaq doğuşdan cəmi iki gün sonra, 9 avqust 1963-cü ildə vəfat edib. Karolina Kennedi 1986-cı ildə Edvin Şlossberq ilə evlənib.[12] Cütlüyün Rouz, Tatyana və Cek adında üç uşağı var.

  1. Gross, Michael. "Caroline Kennedy's fiance respected as innovator". Star-News. 8 İyul, 1986. 2017-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-16.
  2. Sachs, Andrea. "10 Questions for Caroline Kennedy". Time. 13 May, 2002. 2013-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 Dekabr, 2008.
  3. "Transcript: Larry King Interview with Caroline Kennedy". Larry King Live. CNN. 7 May, 2002. 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 Dekabr, 2008.
  4. 1 2 "Caroline Kennedy, President". John F. Kennedy Library Foundation. 3 Oktyabr, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 Dekabr 2015.
  5. 1 2 Joynt, Carol Ross. "5 Georgetown Locations Rich in Kennedy History". Washingtonian. 22 Avqust, 2012. 2016-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Mart 2015.
  6. "UPI photo archives 1980". UPI. 5 İyun, 1980. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Avqust, 2012.
  7. 1 2 Mitchell, Greg. "Caroline Kennedy's Journalism Days – And Meeting Elvis". Editor & Publisher. December 13, 2008. January 31, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2011.
  8. "Library of Congress: Kennedy, Caroline". Library of Congress. July 24, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2008.
  9. 1 2 "Кэролайн Кеннеди выбыла из борьбы за место в Сенате США" (rus). Lenta.ru. 22.01.2009. 2009-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.
  10. "Caroline Kennedy chosen as Ambassador to Japan". Politico. 24 İyul, 2013. 2013-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 İyul, 2013.
  11. Landler, Mark (24 İyul, 2013). "Caroline Kennedy Chosen to Be Japan Ambassador" Arxivləşdirilib 2022-06-17 at the Wayback Machine The New York Times. Retrieved 24 İyul, 2013.
  12. "Caroline Bouvier Kennedy to wed Edwin Schlossberg". The New York Times. March 2, 1986. December 14, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 17, 2016. The engagement of Caroline Bouvier Kennedy and Edwin Arthur Schlossberg has been announced by her mother, Jacqueline Kennedy Onassis of New York. A summer wedding is planned.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]