III Karl Filipp (Pfals kürfürstü)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
III Karl Filipp
alm. Karl III. Philipp von der Pfalz
8 iyun 1716 – 31 dekabr 1742
Əvvəlkiİohann Vilhelm
SonrakıKarl Teodor
Şəxsi məlumatlar
Doğum tarixi 4 noyabr 1661(1661-11-04)[1]
Doğum yeri
Vəfat tarixi 31 dekabr 1742(1742-12-31)[1] (81 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, dövlət xadimi, zabit
Atası Filipp Vilhelm
Ailəsi Vittelsbax sülaləsi
Dini Roma-Katolik kilsəsi
Elmi fəaliyyəti
Elm sahəsi Aktiv idarəçilik[2], siyasət[2], hərbi iş[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III Karl Filipp (4 noyabr 1661 - 31 dekabr 1742) Pfals kürfürstüPfals-Noyburq hakimi[3], 1716-1742-ci illərdə YuliçBerq hersoqu idi. 1728-ci ilə qədər o, həm də Megen qrafı idi.

1661-ci ildə Noyburq an der Donau şəhərində anadan olan Karl Filipp Pfals kürfürstü Filipp VilhelmHessen-Darmştadlı Elizabet Amaliyanın 17 övladından yeddincisi idi. Bacısı Düsseldorflu Eleonora Maqdalena Müqəddəs Roma imperatriçası olub VI KarlI Jozefin anası idi. Qardaşların kiçiyi kimi onun üçün ənəvi olaraq dini kariera nəzərdə tutulmuşdu.

Karl Filipp on dörd yaşında Kölndə, 1677-ci ildə Zalsburqda və yenidən 1679-cu ildə Maynsda din xadimi və Malta Cəngavəri olsa da, təqdis olunmadı, buna görə də əks istiqamətdə gedərək 1684-cü ildə hərbi karyeraya başladı. Daha sonra Osmanlı-Habsburq müharibələrində iştirak etdi və imperiya feldmarşallığına yüksəldi və 1604-cü ildə Qızıl Yun ordeninə daxil oldu. 1705-ci ildə bacısıoğlu Jozef İnsbrukda onu 1690-cı ildən bəri boş qalmış Yuxarı və Aşağı Avstriyanın qubernatoru təyin etmişdi. Jozefin dayısını bu posta təyin etməsi həm də İspaniya mirası uğrunda müharibə vaxtı ölkəni müdafiəsiz qoymamaq üçün idi.

Kürfürstlüyü

[redaktə | mənbəni redaktə et]

Karl Filipp 1716-cı ildəki ölümündən sonra qardaşı Pfals kürfürstü İohann Vilhelmin yerinə keçdi. O, sələfinin iqamətgahı olan Düsseldorfa xor baxırdı, çünki oradakı vassalları onlardan tələb olunan pulu verməkdən imtina edirdi.[4] Sələfinin ağır borcları olduğundan, Karl Filipp hakimiyyətinin ilk illərində sarayda qənaətcil davranırdı. Yeni kürfürst hakimiyyətinin ilk illərinndə çoxsaylı siyasi konfliktlərlə üzləşdi və zaman keçdikcə baha başa gəlsə belə, həll edə bildi.

Pfals ilə yenicə Britaniya taxt-tacını miras almış Hannover kürfürstü I Georq arasında "Müqəddəs Roma İmperiyasının baş xəzinədarı"n fəxri adı ilə bağlı mübahisə 1717-1719-cu illər arasında Reyxstaqda məhkəmə işi qaldırdı. Yekun müqavilə 1741-ci ilə qədər əldə edilə bilmədi. Katolik inancı ilə böyüyən kürfürst, dövrün mütləqiyyət ruhunda protestant kilsəsini kürfürstlük hökumətinə tabe etmək istəyirdi. Beləliklə, o, həmçinin Heydelberq katexizmini qadağan etməyə, Heydelberq Müqəddəs Ruh kilsəsini müsadirə edib ortadakı divarı sökərək uzun illər davam etmiş simultaniumu ləğv etməyə çalışdı. Protestant dövlətlərinin və İmperatorun təzyiqlərinə boyun əyməli və kilsəni protestantlara qaytarmalı olduqdan sonra o, 1720-ci ildə Pfalsın paytaxtını Haydelberqdən yeni Manhaym şəhərinə köçürdü. Elə həmin il Manhaym sarayının əsası qoyuldu və 1733-cü ildə sarayın nəzdində Yezuit kilsəsinin tikintisinə başlandı. Bununla belə, nisbətən tolerant olan kürfürst, sələfinin yenidən katolikləşdirmə siyasətini davam etdirmədi.

Təxminən 1725-ci ildən etibarən Karl Filippin hakimiyyətinin əsas gündəmi YulixBerq miras məsələsi idi. Karl Filipp imperatorun köməyi ilə Brandenburq-Prussiyaya qarşı Vittelsbax iddiasının üstünlüyünü sübut edə bildi. Lakin 1726-cı ildə qardaşıoğlu VI Karl Kral I Fridrix Vilhelmlə münasibətləri istiləşdirəndə, Karl Filipp Pfalsın müxtəlif qədimi Elzas titulları ilə bağlı mübahisəyə görə əvvəllər rəqib olduğu Fransa ilə ittifaq bağladı. Bavariya ilə müqavilədə olduğu kimi, Karl Filip də Fransa ilə güzəştə getməyə hazır idi. Müqavilə daha sonra Polşa mirası uğrunda müharibədə öz dəyərini sübut etdi. 1734-cü ildə Karl Filippin Fransaya qarşı neytral olmağına görə ölkəsi müharibədə işğal edilməmişdi. 1741-ci ildə Yülix-Berq miras mübahisəsinə PrussiyaSaksoniya ilə bağlanan müqavilə ilə son qoyuldu. Onsuz da Birinci Sileziya müharibəsi dövründə Prussiya kralı II Fridrix üçün Aşağı Reyndəki köhnə iddialar çox da vacib deyildi. 1697-ci ildə qardaşı İohan Vilhelmə miras qalan Niderlanddakı Megen qraflığı Karl Filipp tərəfindən 1728-ci ildə Şall fon Bell ailəsinə satıldı. 1740-cı ildə kürfürst Boksberqi geri aldı.

Sülalə siyasəti

[redaktə | mənbəni redaktə et]

Bacısıoğlu VI Karlın ani ölümündən sonra. 1740-cı ilin oktyabrında, Bavariya kürfürsü Karl Albert və Karl Filipp, 30 oktyabr 1740-cı ildə özlərini İmperiya Vikarı (alm. Reichsvikar‎) kimi elan etdikdə, bu, protestant knyazların etirazlarına səbəb oldu. 1724-cü ilin Vittelsbax sülaləsi müqaviləsi nə imperator, nə də imperiya feodalları tərəfindən tanınmadı. Ancaq Karl Albert və Karl Filipp 1741-ci il yanvarın 18-də Sakson kürfürstü III Fridrix Avqustı öz konvikarları kimi tanıyandan sonra, bu etirazlar bitdi.

Vittelsbax sülaləsinin bütün qollarının ittifaqını gücləndirmək üçün Karl Filipp 1742-ci il yanvarın 17-də nəvəsi Elizabet Avqust Pfals-Sulzbaxlı Karl Teodor və onun bacısı Mariya Anna Bavariya şahzadəsi Klement ilə evləndiyi zaman toy təşkil etdi.[3] Bir neçə gün sonra imperator seçkilərində III Karl Filip 1742-ci il yanvarın 17-də nəvəsi Elizabeta Avqustu Karl Teodorla və onun bacısı Mariya Annanı isə Bavariya şahzadəsi Klemens Franz de Paula ilə evləndirmişdi. Elə 7 gün sonra kürfürst kimi qohumu Karl Albertin Müqəddəs Roma İmperatoru postuna seçilməsinə səs vermişdi. Lakin elə həmin il son günündə ölümü ilə Karl Filippin işləri yarımçıq qaldı. Karl Filippin digər nəvəsi, Sulzbaxdan olan qrafinya Mariya Franziska daha sonra Çvaybrükgen hersoqu Fridrix Mixail ilə evləndi. Onların oğlu I Maksimilian idi.

31 dekabr 1742-ci ildəki ölümündən sonra Pfals-Noyburq qolunun nəsli kəsildi və Pfals kürfürstlüyü (o cümlədən Noyburq, Yulix və Berq) Vittelsbax ailəsindən Pfals-Sulzbax nəslindən olan Karl Teodora miras qaldı, çünki o da Filipp Lüdviqin nəslindən gəlirdi.[5] Karl Filipp və daha sonra onun varisi Karl Teodor bütün Avropanın ən yaxşı orkestri kimi qəbul edilən musiqiçiləri bir araya gətirmişdilər. İohann Stamitz və Karlo Qrua kimi musiqiçilərin rəhbərliyi altında Kapella orkestri LeopoldVolfqanq Motsart kimi musiqiçilər tərəfindən təriflənmişdi.

O, ilk olaraq 1688-ci il avqustun 10-da Berlində Brandenburqun varlı marqrafinyası Lüdvika Radzivillə evləndi. Onların dörd övladı oldu, lakin onlardan təkcə biri yetkinlik yaşına gəlib çatdı:

  1. Leopoldina Eleonora Josefina (d. 27 dekabr 1689 - ö. 8 mart 1693).
  2. Mariya Anna (d. 7 dekabr 1690 – ö. 1692).
  3. Elizabet Augusta Sofiya (d.17 mart 1693 - d. 30 yanvar 1728), 1717-ci ildə qohumu, Pfals-SulzbaxJozef Karlla ilə evləndi.
  4. Ölü doğulmuş oğul (d. və ö. 22 mart 1695). Lüdvika bir neçə gün sonra bu uşağı dünyaya gətirən fəsadlar səbəbindən dünyasını dəyişdi.

O, ikinci dəfə 15 dekabr 1701-ci ildə Krakovda Ostroqun varisi olan Tereza Lubomirska ilə evləndi. Onların iki qızı var oldu amma heç biri 3 yaşından yuxarı yaşamadı

Üçüncü dəfə 1728-ci ildə o, Turn və Taksisdən olan qrafinya Violente Mariya Tereziya (1683-1734) ilə evləndi. Varlı Turn və Taksis ailəsinin Auqsburq qolu yalnız 1657-ci ildə baron rütbəsinə yüksəldiyindən və 1701-ci ildə imperiya qrafları olduğundan bu uşaqsız birliyə qeyri-bərabər evlilik münasibəti göstərildi. Lakin Violente Müqəddəs Roma İmperatoru VI Çarlzdan 1733-cü ildə fürst fəxri titulunu almışdı.[6]

  1. 1 2 Lundy D. R. Karl III Philip Kurfürst von der Pfalz // The Peerage (ing.).
  2. 1 2 3 Karel Filip // Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. 1 2 Hans Schmidt: Karl Philipp Arxivləşdirilib 2022-10-13 at the Wayback Machine. Neue Deutsche Biographie (NDB). Band 11, Duncker & Humblot, Berlin 1977, ISBN 3-428-00192-3, S. 250–252
  4. J.F. Wilhelmi: Panorama von Düsseldorf und Umgebungen. J.H.C. Schreiner'sche Buchhandlung, Düsseldorf 1828, S. 34.
  5. Ronny Baier: Pfalz-Neuburg, Karl Philipp von. In: Biographisch-Bibliographisches Kirchenlexikon (BBKL). Band 21, Bautz, Nordhausen 2003, ISBN 3-88309-110-3, Sp. 1154–1160.
  6. Huberty, Michel; Giraud, Alain; Magdelaine, F. and B. L'Allemagne Dynastique. Tome IV (French). Laballery. 1985. 200, 235–237. ISBN 2-901138-04-7.