Hava kütləsi
Hava kütləsi– troposferin təqribən eyni fiziki xassəyə malik olan, atmosferin ümumi sirkulyasiyası sistemində hərəkət edən, sahəsinə görə materiklərlə müqayisə edilən irihəcmli hava hissəsi. Hava kütləsi qalınlığı bir neçə kilometr olub, bəzi hallarda bütövlükdə troposferi əhatə edir. Fiziki xassələrini (temperatur, rütubətlik, şəffaflıq və s.) üzərində yerləşdiyi ərazinin təsiri nəticəsində formalaşdırır.[1]
Tipləri
[redaktə | mənbəni redaktə et]Fiziki xüsusiyyətlərinə görə hava kütləsinin aşağıdakı tiplərini ayırırlar:
- Ekvatorial hava kütləsi
- Tropik hava kütləsi
- Mülayim enlik (və ya qütb) hava kütləsi
- Arktik və ya Antarktik hava kütləsi
Rütubətliyinə görə Ekvatorial hava kütləsindən başqa, bütün hava kütlələri iki tipə bölünürlər.
- Dəniz hava kütləsi (məsələn, dəniz tropik hava kütləsi)
- Kontinental hava kütləsi (məsələn, kontinental tropik hava kütləsi)
Stabilliyinə hava kütləsinin adlandırılması:
- İsti hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha yüksəkdir.
- Soyuq hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha soyuqdur.
Bu və ya digər ərazidə daimi və yaxud ilin müəyyən dövründə hakim olan hava kütləsi həmin ərazinin iqlim tipini müəyyən edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçid
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.