Grand Theft Auto

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Grand Theft Auto
Hazırlayanlar Rockstar Lincoln
Yayımlayanlar Rockstar Games
Seriya Grand Theft Auto
Buraxılış tarixləri 28 fevral 1998
Janr döyüş-macəra oyunu
Texniki məlumat
Platforma MS-DOS, Microsoft Windows, PlayStation, DOS əməliyyat sistemi
Oyun rejimi çoxnəfərli oyun, birnəfərli oyun[1]
İnterfeysin dili ingilis dili, yapon dili
Daşıyıcı CD-ROM, rəqəmsal yükləmə[d], rəqəmsal distribusiya
İdarəetmə kompüter klaviaturası, kompüter siçanı, geympad
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Grand Theft Auto (qısaldılmış — GTA) — məşhur GTA oyun seriyasının birinci buraxılışı olan macəra-aksiyon janrında multiplatform videooyun.[2]

Oyunçu şəhər ətrafında hərəkət etmək və xüsusi cinayətlər törətmək və s. kimi müxtəlif cinayət tapşırıqlarını yerinə yetirmək üçün sərbəst bir cinayətkarı seçərək, onunla davam etməlidir.[3]

Grand Theft Auto oyunun hər bir şəhəri müxtəlif səviyyələrdən ibarətdir — hər səviyyədə oyunçu müəyyən sayda xal toplamalıdır, bundan əlavə, beş "həyat" verilir — müəyyən xalı toplamaq üçün 5 cəhdiniz olur.[4]

Oyunçunu missiyalarda qazandığı xallar pul şəklində təqdim olunur və yeni avtomobil almaqla, avtomobili rəngləməklə xərclənə bilir.

Oyun real şəhərlərdən modelləşdirilmiş üç şəhərdən ibarətdir. Liberty City (Nyu-York), San Andreas (San Fransisko) və Vays City (Mayami).[5]

Polis GTA-da çox əhəmiyyətli bir yer tutur, oyunçunun qeyri-qanuni hərəkətlər törətməsini məhdudlaşdırır. Polisin diqqətinə düşmək üçün oyunçuya bir neçə qanun pozuntusu törətmək kifayətdir: Piyadanı əzmək, polis maşını ilə toqquşmaq, küçədə atışmaya başlamaq. Həmçinin, polislərin oyunçunu təqib etməyinə baxmayaraq, yenə də qeyri-qanuni hərəkətlər etsəniz, polislər daha da artacaq.

Polisdən qurtulmağın üç yolu vardır:[6]

  • Təqibdən qaçmaq. Polislərin az olduğu yerlərdə müəyyən müddət dayanmaq.
  • Diqqət səviyyəsini sıfıra endirəcək "Polis simvolunu" tapmaq.
  • Bir avtomobil almaq və avtomobilin rəngini dəyişmək.

Missiyaların çoxuna, oyunçu şəhər ərazisində bolluq təşkil telefon dirəklərindən istifadə edərək başlaya bilir. Həm də müəyyən bir avtomobilə doğru gələrək və ya oturaraq əlavə tapşırıqlar əldə edə bilərsiniz.[7]

Oyunçu bir missiya əldə etdikdən sonra, cari missiya başa çatmamış, digər missiyalara keçə bilmir.

Missiyalar olduqca müxtəlifdir. Oyunçuya bank soyğunçuluğu, gettolarla atışmalar, polislərə qarşı vuruşma və digər qeyri-qanuni işləri ilə məşğul olmaq təklif olunur.

Grand Theft Auto oyunu yeddi radiostansiyaya, həmçinin polis radiotezliyinə malikdir. Oyunçular avtomobildə hərəkət edərkən bu radiostansiyalara qulaq asa bilər. Lakin hər bir avtomobildə radiostansiya yer almır, sadəcə xüsusi avtomobillərdə radiostansiyalara qulaq asmaq mümkündür. PlayStation oyun versiyasında hər bir avtomobil yalnız bir radio stansiyasına sahib idi.[8]

Radiostansiyalar

[redaktə | mənbəni redaktə et]
  • Brooklyn Underground FM
  • The Fix FM
  • The Fecknus Bucker FM
  • Head Radio FM
  • It's Unleashed FM
  • N-CT FM
  • RADIO '76 FM

PC Zone vebsəhifəsinin oyun üzərindəki rəyi: "Oyunda təsvir edilən qəddarlıq və cinayət fəaliyyətinin romantik olduğunu, lakin eyni zamanda çox cəlbedici" olduğunu söylədi.[9] Game.Exe Juranlının rəyçisi Aleksandr Verşinin yalnız multiplayer olmamasının dezavantaj olduğunu bildirdi lakin oyun haqqında müsbət rəylər bildirdi.

  1. Steam. 2003.
  2. "Games Guide". Computer Trade Weekly. No. 667. United Kingdom. 8 Dekabr 1997. səhifə 24.
  3. Stephen McGinty (20 Sentyabr 2013). "Grand Theft Auto V: Scottish game conquering world Arxivləşdirilib 2013-09-23 at the Wayback Machine". scotsman.com. İstifadə tarixi: 13 Oktyabr 2013.
  4. Wallis, Alistair (21 Dekabr 2006). "Playing Catch Up: GTA/Lemmings' Dave Jones Arxivləşdirilib 2012-05-26 at Archive.today". Gamasutra. İstifadə tarixi: 25 Avqust 2013.
  5. "The complete history of Grand Theft Auto Arxivləşdirilib 2015-12-23 at the Wayback Machine". Gamesradar. Future. 25 April 2008. İstifadə tarixi: 28 İyul 2015
  6. The Guardian (16 September 2013). "The making of Grand Theft Auto: 'Like nailing jelly to kittens Arxivləşdirilib 2013-10-11 at the Wayback Machine'". İstifadə tarixi: 26 Sentyabr 2013.
  7. Fu, John; Hughes, Prof. Thomas (1 Mart 2000). "Marmalade, Jute, and Video Games Arxivləşdirilib 2014-07-28 at the Wayback Machine". History 274B. İstifadə tarixi: 15 Mart 2013.
  8. "Grand Theft Auto for PC Arxivləşdirilib 2010-01-01 at the Wayback Machine". GameRankings. CBS Interactive. İstifadə tarixi: 2 Oktyabr 2011
  9. Staff (12 Fevral 1999). "Milia News; ECCSELL Awards Name Winners Arxivləşdirilib 2013-10-26 at the Wayback Machine". GameSpot. İstifadə tarixi: 30 Avqust 1999.