Frederik Ogüst Bartoldi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Frederik Ogüst Bartoldi
fr. Frédéric Auguste Bartholdi
Doğum tarixi
Doğum yeri Fransa Fransa, Kolmar
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Fransa Fransa, Paris
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Milliyyəti fransız
Təhsili
  • Böyük Lüdovik Liseyi[d]
Fəaliyyəti heykəltaraş, rəssam
Fəaliyyət illəri 1849–1904
Mükafatları Fəxri Legion ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frederik Ogüst Bartoldi (fr. Frédéric Auguste Bartholdi; d. 2 avqust 1834, Kolmar – ö. 4 oktyabr 1904, Paris) — görkəmli fransız heykəltaraşı. Nyu-York limanında yerləşən "Azadlıq heykəli" və Belfor şəhərindəki "Belfort şiri" abidələrinin müəllifidir (Fransa–Prussiya müharibəsi zamanı Belfort şəhərini qəhrəmancasına müdafiə etmiş sakinlərin xatirəsinə ucaldılmışdır)[2].

Bartoldi 1834-cü ilin 2 avqustunda, Fransanın Elzas bölgəsinin Kolmar şəhərində anadan olmuşdur. Atasının ölümündən sonra ailəsi Paris şəhərinə köçmüş, lakin maliyyə vəziyyətinin yaxşı olması Kolmar şəhərindəki evdə də qalmağa imkan verirdi. Həmin ev 1922-ci ildən muzey kimi fəaliyyət göstərir. Parisdə o, Milli incəsənət məktəbində memarlıq ilə bərabər, rəssamlıq dərsləri almışdır[3].

Misirə uzun səyahət etdikdən sonra, Kolmar şəhərində memarlıq karyerasına başladı. Onun bu sahədə ilk işi general Jan Rappın xatirəsinə hazırladığı heykəldir.

Fransa-Prussiya müharibəsi zamanı Bartoldi Cüzeppe Qaribaldinin adyutantı vəzifəsini daşımışdır.

1875-ci ildə "Elzas-Lotaringiya" mason lojasına daxil olmuşdur. Elə həmin ildə Fransanın Vaven küçəsindəki emalatxanada Azadlıq heykəlinin hazırlanması ilə bağlı ilkin işlər görülür. Bəzi şayiələrə görə, heykəlin sifəti Bartoldinin anasındam, bədəni isə sevgilisindən ilhamlanaraq yaradılmışdır. O, 1886-cı il 28 oktabrında heykəlin təntənəli açılışı zamanı Nyu-Yorka getmişdir. Bu, onun ABŞ-yə sonuncu səfəri olmuşdur.

O, 1882-ci ildə Fransanın Fəxri Legion ordeni ilə təltif olunmuşdur. 1904-cü ilin 4 oktyabrında vərəm xəstəliyindən vəfat etmiş və Monparnas qəbiristanlığında dəfn olunmuşdur[2].

Bartoldinin dünyanın müxtəlif hissələrində yerləşən 35 heykəlin müəllifidir. Onlardan ən məşhurları:

  1. RKDartists (nid.).
  2. 1 2 Robert Belot, Daniel Bermond, Bartholdi, Paris, Perrin, 2004, (ISBN 2-262-01991-6 et 9782262019914)
  3. Bertrand Lemoine, Institut français d’architecture, La Statue de la Liberté, Mardaga, 1995, Collection : A.R.C.H.I.V.E.S., (ISBN 2-87009-260-1 et 9782870092606)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]