Flores (ada)
Flores adası | |
---|---|
ind. Flores, | |
Ümumi məlumatlar | |
Sahəsi | 13540 km² |
Uzunluğu |
|
Eni | 63 km |
Sahil uzunluğu | 425 km |
Hündür nöqtəsi | 2382 m |
Əhalisi | 1.830.000 nəfər (2014-cü il) |
Yerləşməsi | |
8°37′00″ c. e. 121°08′00″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Flores (ind. Flores, portuqalca güllər) — İndoneziyaya məxsus olan Kiçik Zond adaları daxil olan ada. Onun ümumi sahəsi 13 540 km² təşkil edir[1]. 8 vilsyətə bölünən adada 1,8 milyon insan (2010) yaşayır. Flores inzibati cəhətdən Şərqi Kiçik Zond adaları əyalətinə daxildir. Ən iri adası — Maumere.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Flores adası uzunsov formaya malik olub, qərbdən şərqə doğru uzanır. Onun uzunluğu 425 km təşkil edir. Ən enli yerdə (şimaldan cənuba) məsafə 70 kilomertrdir.
Flores adasının qərbində yerləşən ən iri qonşu ada Sumbavadır. Yaxınlığında ölçüsünə görə kiçik Rinka və Komoda adaları vardır. Floresin cənubunda Sumba, şərqində isə Timor adaları yerləşir. Adanın şimal sahilərini Flores dənizi yuvuyur.
Ən iri adaları: Maumere, Ende, Badjava, Rutenq, Labuan Badjo.
Təbiəti
[redaktə | mənbəni redaktə et]Floresin sahil zolağı düzənlikdir. Bu düzənliklər əsasən Tropik meşələrdən ibarətdir. Sahildən bir qədər aralı savannaları müşahidə etmək olar. Adanın içərilərinə doğru isə dağlıq ərazilərdir. Bu hissədə hələ də aktiv vulkanlar vardır. Onlar arasında ən məşhuru hündürlüyü 1639 metr olan Kelimutu vulkanıdır[2]. Vulkannın kraterlərində yerləşən üç göl öz rəngini dəyişir. Bunu səbəbi hələ də müəyyən edilməyib. Adanın ən hündür nöqtəsi 2382 metr təşkil edir.
Fauna
[redaktə | mənbəni redaktə et]Adanın şərq sahilləri Komodo adası istisna olmaqla yeganə ərazidir ki, ortada Komodo varanının yaşadığı ərazidir. Adanın endemikləri arasında Recurvidris williami qarışqası, Trigonopterus florensis uzunburun böçəyi, Trigonopterus cuprescens və başqalarını göstərmək olar.
Tarixi
[redaktə | mənbəni redaktə et]Digər Zond adaları kimi Flores adasıda ilk insan məskənlərindən (Homo erectus) olmuşdur. 2004-cü ildə antropoloqlar qədim insan cinsi aşkarladılar (Homo). Cırtdan insan olan bu cinsin nümayəndələri 18 min il öncə yaşamışlar. Araşdırmalar göstərir ki, bu tapıntı Homo sapiens deyil. Bu tamami ilə fərqli insan növü olan Flores insanıdır (Homo floresiensis). Bu fikir tam təsdiqini tanınmamış və hazırda belə mübahisə doğurur.
Orta əsrlər və yeni dövr
[redaktə | mənbəni redaktə et]XIII əsrdə Flores Macapahid dövlətinin ərazisinə daxil idi. Sonradan Makassar knyazlığına daxil edilir. 1544-cü ildə portuqaliyalı ticarət gəmisi yan alır və kapitan onu "Kabi des Flores" adlandırır. Digər versiyaya görə artıq 1511-ci ildə Antoni Abreunun başçılıq etdiyi ekspedisiya üzvü Fransişku Rodriqiş Yava adasından şərqdə yerləşən adaları xəritəyə salmışdır. Bu adalar arasında Floresin xəritəsidə olmuşdur[3]. 1570-ci ildə adada il avropalılar olan dənizçilər məskən salır və adanı bütünlüklə Flores adlandırırlar. Portuqallar adanı xristiyanlaşdırırlar. İndoneziyaya məxsus və demək olar ki, bütünlüklə xristianlardan ibarət olan yeganə adadır. XVI əsrdə ada Portuqaliya İndoneziyasının tərkibinə daxil idi. Portuqallar adanı XIX əsrin ortalarına qədər idarə etmişlər. Bu ərəfədə Hollandlar adanı mühasirəyə alaraq ələ keçirirlər. 1851-ci ildən de-fakto, 1859-cu ildən de-yuri Lissabon anlaşması (1859) və 1945-ci ildən (İndineziyanın müstəqil olduğu zamanadək) İndoneziyanın ərazisidir (Niderland Ost-Hindi). Ada hollandların əlinə keçdikdən sonra yerli əhalinin xristiyan olmasına baxmayaraq floreslilər onlara qarşı mübsaizə)aparırlar. Portuqal ənənələrinə bağlılıq hazırda belə yerlilərin dilinə keçmiş sözlərdən anlamaq olur.1911–1912-ci illərdə hollandlara qarı üsyanlar baş vermişdir. İkinci Dünya müharibəsi dönəmində, 1942–1945 illər arasında Flores yaponların əsarəti altında olmuşdur.
İnzibati bölgüsü
[redaktə | mənbəni redaktə et]Flores adası 8 vilayətə bölünür:
- Manqqaray — 292 037 nəf.
- Qərbi Manqqaray — 221 430 nəf.
- Şərqi Manqqaray — 252 754 nəf.
- Şərqi Flores — 232 312 nəf.
- Nqekeo Нагекео — 129 956 nəf.
- Nqada — 142 254 nəf.
- Sikka — 300 301 nəf.
- Ende — 260 428 nəf.
Əhalisi və inancları
[redaktə | mənbəni redaktə et]Ada bir necə tayfa tərəfindən məskunlaşılmışdır. Qərbdən şərqə doğru ardıcıllıqla nqada, naqe, keo, ende, lio, palue və manqqarai tayfaları yayılmışdır.
Portuqalların misionerlik fəaliyyəti nəticəsində əhalinin 91% Xristianlığın Katolik qoluna etiqad edir. Adada Ebde arxieparxiyası fəaliyyət göstərir. Əsasən üç şəhərdə Mamure, Larantuka və Ende arxieparxiya vardır.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Adanın əsas gəlir mənbəyi kənd təsərüffatından əldə olunur. Belə ki, əsəs gəlir mənbəyi olan Düyüdən əlavə Qarğıdalı, Kofe və Şəkər qamışıdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Monk, K.A. The Ecology of Nusa Tenggara and Maluku. Hong Kong: Periplus Editions Ltd. 1996. səh. 7. ISBN 962-593-076-0.
- ↑ "Kelimutu. Global Volcanism Program. Smithsonian Institution". 2013-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-03.
- ↑ Магидович В. И., Магидович И. П. Очерки по истории географических открытий. Т. 2; М., 1983. С. 93
Mənbə
[redaktə | mənbəni redaktə et]- Flores və Komodo — Tarix Arxivləşdirilib 2010-03-24 at the Wayback Machine