Flandriya
Naviqasiyaya keç
Axtarışa keç
Flandriya | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Flandriya (nid. Vlaanderen) və ya Flandr vilayəti. Şimal dənizi sahilində yerləşən və tarixi Flandriya qraflığının ərazisini əhatə edən bölgə. Müasir Fransa, Belçika və Hollandiya ərazilərini əhatə etmişdir.
Mənşəyi
[redaktə | mənbəni redaktə et]Franklar tərəfindən "sel altında qalmış" mənasında Polderler bölgəsinin sonradan yaranmış adı olduğu hesab edilir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Flandriya qraflığı 843-cü ildə Verden müqaviləsi ilə Orta Frank krallığına, 870-ci ildə isə Meyersen müqaviləsi ilə Qərbi Frank krallığına verilmişdir. Formal olaraq Qərbi Frank kralı Daz Karldan (II Karl) asılı olan Flandriya qraflığının ilk qrafı Qraf Baodin olmuşdur.
1056-cı ildə V Baodinin dövründə Müqəddəs Roma imperiyası tərəfindən Ambaxten əyaləti və Aalst bölgələri feod olaraq alınır.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |