Faddey körfəzi
Naviqasiyaya keç
Axtarışa keç
Faddey körfəzi | |
---|---|
rus. Залив Фаддея | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Dərin yeri | 23 m |
Yerləşməsi | |
76°36′00″ şm. e. 107°25′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
Faddey körfəzi[1] — Laptevlər dənizində, Taymır yarımadasının şimal-şərq sahillərində yerləşən körfəz. Körfəzin uzunluğu 35 km-dən, eni isə 20–25 km arasında dəyişir. Maksimal dərinliyi 23 metrdir. Körfəzin çıxacağında Faddey adaları yerləşir. Körfəzə Faddey çayı tökülür. İlin böyük qismi buzla örtülü olur. Qərb sahilləri Çelyuskin yarımadasıdır. Bura Böyük Arktik qoruğu ərazisinə daxildir. Körfəzə ilk dəfə 1736-cı ildə Vasili Pronçişev daxil olmuşdur. 1913-cü ildə isə Borid Andreyeviç Vilkinskinin ekspedisiyası tərəfindən Faddey Bellinshauzenin şərəfinə adlandırılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.