Eksployt
Eksployt (ing. Exploit - "istismar etmək") — proqram təminatında olan zəif yerlərdən istifadə edən və əməliyyat sisteminə hücumu həyata keçirmək üçün tətbiq olunan kompüter proqramı, proqram kodunun fraqmenti və ya komandalar ardıcıllığı. Hücumun məqsədi həm sistem üzərində nəzarəti ələ almaq (səlahiyyətləri artırmaq), həm də onun fəaliyyətini pozmaq ola bilər (DoS hücumlar).[1]
Təsnifat
[redaktə | mənbəni redaktə et]Zəif yerləri olan proqram təminatına giriş imkanı almaq metodundan asılı olaraq eksploytlər iki yerə bölünür: uzaq (REMOTE) və lokal (LOCAL).
- Uzaq eksployt şəbəkədə işləyir və zəif yeri olan sistemə qabaqcadan girmədən mühafizədə olan zəiflikdən istifadə edir.
- Lokal eksployt isə qabaqcadan giriş (adətən, ən yüksək hüquq) almaqla bilavasitə zəif yeri olan sistemdə başladılır.
Eksployt hücumu əməliyyat sisteminin müxtəlif komponentlərinə yönələ bilər: server proqramlarına, müştəri proqramlarına və ya əməliyyat siteminin modullarına. Serverdə olan zəif yerlərdən istifadə etmək üçün eksploytun ziyanverici kodun olduğu sorğu formalaşdıraraq serverə göndərməsi kifayətdir. Müştəri kompüterindəki zəif yerlərdən istifadə etmək bir qədər çətindir: bunun üçün istifadəçini saxta serverə qoşulmanın zəruriliyinə inandırmaq lazımdır.
Eksployt ilkin mətnlər, icra modulları, yaxud zəif yerlərdən istifadənin sözlə təsviri şəklində yayıla bilər. O, istənilən kompilyasiya və ya interpretasiya olunan proqramlaşdırma dilində (çox zaman C/C++, Perl, PHP, HTML+JavaScript) yazıla bilər. Zəif yerlərin aşkarlanması haqqında informasiya həm eksploytun yazılması üçün, həm də zəifliklərin aradan qaldırılması üçün istifadə oluna bilər.
Növlər
[redaktə | mənbəni redaktə et]Eksploytlər adətən istifadə etdikləri zəifliyin növünə, yerli/uzaqdan olması və eksploytin icrasının nəticəsi (məsələn, EoP, DoS, saxtakarlıq) kimi təsnif edilir və adlandırılır[2][3] (siyahı üçün zəifliklərə baxın). Sıfır gün eksploytləri təklif edən sxemlərdən biri xidmət kimi eksploytdir.
Zero-click (Sıfır-klik)
[redaktə | mənbəni redaktə et]Sıfır klik hücumu, işləmək üçün heç bir istifadəçi qarşılıqlı əlaqəsi tələb olunmayan istismardır, yəni heç bir düyməyə və ya maus klikinə basılmır. 2021-ci ildə kəşf edilən FORCEDENTRY, sıfır klik hücumunun nümunəsidir.[4][5]
2022-ci ildə NSO Group-un fərdlərin telefonlarını sındırmaq üçün hökumətlərə sıfır klik istismarları satdığı bildirilir.[6]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "eksploit — Tərif". www.trendmicro.com. 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-04.
- ↑ "Hücum Təhlükəsizliyi ilə verilənlər bazasından istifadə edir". www.exploit-db.com. 2016-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-30.
- ↑ "Məlumat bazası | Rapid7". www.rapid7.com. 2019-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-30.
- ↑ "Gizli iPhone, Apple-ın Hələ də Dayana bilmədiyi Hacklər". Wired (ingilis). ISSN 1059-1028. 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-14.
- ↑ "Citizen Lab deyir ki, yeni NSO sıfır klik hücumu Apple-ın iPhone təhlükəsizlik mühafizəsindən yayınır". TechCrunch (ingilis). 2021-08-24. 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-14.
- ↑ Ryan Gallagher. "Telefonların əməliyyat sistemlərindəki təhlükəsizlik qüsurlarından istifadə edən 'Sıfır Klik' Hacklərindən çəkinin". Insurance Journal. 2022-02-18. 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-30.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Wikimedia Commons-da kompüter təhlükəsizliyi istismarları ilə bağlı media