Dreamcatcher (qrup)
Dreamcatcher | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | K-pop, elektronik rəqs musiqisi[d], ballada, caz, rok |
Fəaliyyət illəri | 2014–hazırda |
Ölkə | Cənubi Koreya |
Digər adı | MINX (2014–2016) |
Leybl | Pony Canyon[d] |
Heyət |
|
Vikianbarda əlaqəli mediafayllar |
Dreamcatcher (kor. 드림캐쳐; keçmiş adı MINX) – Cənubi Koreya qız qrupu. Qrup yeddi üzvdən ibarətdir: Ciyu, Sua, Şiyon, Handon, Yuhyon, Dami və Qahyon. Qrup 13 yanvar 2017-ci ildə "Nightmare" albomu ilə debüt etmişdir.
Qrup 2014-cü ildə "MINX" adı ilə beş nəfərlik (Ciyu, Sua, Şiyon, Yuhyon, Dami) qrup kimi yaradılmışdır. 2016-cı ildə qrupun "Dreamcatcher" adı ilə yenidən qurulacağı, iki yeni üzvün (Handon və Qahyon) qatılacağı və Koreyadakı digər qız qruplarından fərqlənmək üçün daha qaranlıq konsepsiyaya yönələcəyi açıqlanmışdır. Rok və metal kimi elementləri birləşdirən qrup fərqli üslubuna görə bəyənilmiş,[1][2] K-pop dünyasının rok siması kimi tanınmışdır.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]2014–2019
[redaktə | mənbəni redaktə et]"MINX" adı ilə qurulan qrup ilk canlı performansını 9 avqust 2014-cü ildə Palıd Dərəsi Yay Festivalında gerçəkləşdirmiş, "Action" və "Why Did You Come To My Home" adlı iki orijinal mahnı ilə çıxış etmişdir.[4][5] 15 sentyabrda Happyface Entertainment qrupun yaradıldığını təsdiqləmişdir.[6] Qrup 2015-ci ildə "Love Shake" adlı ilk və yeganə minialbomunu buraxmışdır.[7][8]
2016-cı ilin noyabrında Happyface Entertainment qrupun "Dreamcatcher" adı ilə yenidən yaradılacağı, Handon və Qahyonun qrupa qoşulacağı açıqlanmışdır.[9][10] Qrup yeni adı ilə debütünü 13 yanvar 2017-ci ildə "Nightmare" albomu ilə gerçəkləşdirmişdir.[11] Albomun əsas mahnısı olan "Chase Me" roka əsaslanan gənc metal mahnı kimi təsvir olunmuşdur.[12]
"Dreamcatcher" 2018-ci ilin fevralında Avropanın əsas şəhərləri turunu tamamlayan ilk K-pop qız qrupu olmuşdur. Qrup 14 fevral–25 fevral tarixlərində London, Lissabon, Madrid, Amsterdam, Berlin, Varşava və Parisdə çıxış etmişdir.[13][14][15] 2018-ci ilin martında qrup Seulda ilk solo konsertini vermişdir və konsertdə rəsmi fandom üçün "InSomnia" adı seçilmişdir.[16] 18 sentyabr 2019-cu ildə qrup "Raid of Dream" adlı minialbomunu buraxmışdır. Minialbomunun əsas mahnısı olan "Deja Vu" orkestral rok kimi təsvir olunmuşdur.[17]
2020–hazırda
[redaktə | mənbəni redaktə et]18 fevral 2020-ci ildə qrupun "Dystopia: The Tree of Language" adlı ilk studiya albomu buraxılmışdır.[18] Albomun əsas mahnısı olan "Scream" Dazed tərəfindən "2020-ci ilin ən yaxşı 40 K-pop" mahnısı siyahısında 6-cı yerdə göstərilmişdir.[19] Qrup 27 noyabr 2020-ci ildə "King's Raid: Successors of the Will" anime serialı üçün "Eclipse" adlı açılış mahnısı ifa edəcəyini açıqlamışdır.[20] 26 yanvar 2021-ci ildə qrupun 6-cı minialbomu və "Dystopia" seriyasının sonuncu işi olan "Dystopia: Road to Utopia" minialbomu buraxılmışdır. Minialbomun əsas mahnısı, nyu-metal janrında olan "Odd Eye" Next Big Sound hit-paradında yer almış və bunu bacaran ilk K-pop qız qrupu olmuşdur.[21][22]
12 aprel 2022-ci ildə "Apocalypse: Save Us" adlı ikinci studiya albomu və albomun əsas mahnısı "Maison" buraxılmışdır.[23] Qrup 20 apreldə bu mahnı ilə "Show Champion" verilişində iştirak edərək ilk musiqi verilişi qələbəsini əldə etmişdir.[24] 11 oktyabr 2022-ci ildə qrupun 7-ci minialbomu "Apocalypse: Follow Us" və minialbomun əsas mahnısı "Vision" buraxılmışdır.[25] Dazed bu mahnını "2022-ci ilin ən yaxşı K-pop" mahnıları siyahısında 16-cı yerdə göstərmişdir.[26]
Üzvlər
[redaktə | mənbəni redaktə et]- Ciyu (kor. 지유) – lider, vokalist[27]
- Sua (kor. 수아) – rəqqas, vokalist[27]
- Şiyon (kor. 시연) – vokalist[27]
- Handon (kor. 한동) – vokalist[27]
- Yuhyon (kor. 유현) – vokalist[27]
- Dami (kor. 다미) – repçi[27]
- Qahyon (kor. 가현) – vokalist[27]
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]
Koreyaca albomlar
|
Yaponca albomlar
|
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Dreamcatcher Didn't Change Clothes During Their Tour for a Reason". Teen Vogue. July 21, 2022. January 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "DREAMCATCHER: a standout in K-pop scene returns with signature rock sound". March 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ Dongre, Divyansha. "Meet Dreamcatcher The Face of Rock in K-pop". Rolling Stone India. May 23, 2022. August 4, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ 140816 밍스(Minx) 오크밸리 Summer festival 직캠 by 욘바인첼 [140816 Minx Oak Valley Summer Festival Direct Cam by Jonbinechel]. YouTube. August 16, 2014. March 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ 밍스(Minx) 노래2, 140809 오크밸리 섬머페스티벌. YouTube. September 8, 2014. March 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ 해피페이스엔터, 신인 5인조 걸그룹 '밍스' 공개. 이번 주 데뷔 [Happy Face Entertainment unveils new 5-member girl group'Minx'. Debut this week] (koreya). July 14, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ Jang, Ah-reum. 밍스, 서머송 대전? 신인 걸그룹의 이유 있는 승부수(종합) [Minx, Summer Song Daejeon? Rookie Girl Group's Reasonable Wins (Total)]. News1. News1 Korea. July 2, 2015. December 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ Lee, Jung-hyuk. 걸그룹 밍스, 7월 2일 '러브 쉐이크'로 컴백. 신인의 발랄함으로 승부 [출처] 본 기사는 조선닷컴에서 작성된 기사 입니다 [Girl group Minx makes a comeback with'Love Shake' on July 2. Match with the vigor of a rookie]. Sports Chosun. The Chosun Ilbo. June 23, 2015. March 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "New girl group Dream Catcher to debut next year". Kpop Herald. November 29, 2016. September 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ [단독] 밍스, 新걸그룹 '드림캐쳐'로 새 출발..7인 체제 재편 [[Exclusive] Minx, new girl group'Dreamcatcher' starts anew..7 members reorganize] (koreya). Sports Chosun. November 29, 2016. August 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "Rookie band Dreamcatcher debuts with spooky concept". Yonhap News Agency. January 23, 2017. September 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "'데뷔' 드림캐쳐, 신곡 '체이스 미' 발표…활동 돌입 - 열린세상 열린방송 MBN". star.mbn.co.kr (koreya). June 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "Dreamcatcher wraps up 'nightmare' series with new EP". The Korea Herald. May 10, 2018. March 27, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "Tweet by MyMusicTaste". Twitter. December 8, 2017. March 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ Glasby, Taylor. "K-pop girl group Dreamcatcher reveal plans to name their fandom and how they find their confidence". Metro.co.uk. February 15, 2018. March 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "드림캐쳐 국내콘 성료, 팬클럽명 '인썸니아' 첫 공개". 2018-03-12. July 10, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "게임을 아이돌 노래로 만들다, '킹스레이드X드림캐쳐' 앨범 쇼케이스" [Turning a game into an idol song,'King's Raid X Dreamcatcher' album showcase]. 루리웹 (koreya). September 18, 2019. September 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "드림캐쳐, 아이튠즈 8개국 1위+25개국 톱10 '기염'" [Dreamcatcher, iTunes No. 1 in 8 Countries + Top 10 in 25 Countries 'Excitement']. entertain.naver.com (koreya). March 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "The 40 best K-pop songs of 2020". dazeddigital.com. December 19, 2020. April 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "現在放送中TVアニメ『キングスレイド 意志を継ぐものたち』2クール目オープニングテーマ担当決定 | | DREAMCATCHER Japan Official Site". December 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "드림캐쳐, 26일 신곡 '오드 아이' 컴백". 스타뉴스 (koreya). 2021-01-26. November 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "'드림캐쳐' 꿈 이뤘다, 빌보드 '넥스트 빅 사운드' 1위 [공식]" [‘Dreamcatcher’ dream come true, No. 1 on Billboard’s ‘Next Big Sound’ [Official]]. entertain.naver.com (koreya). March 28, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "드림캐쳐, 4월 12일 컴백 확정..정규 2집으로 세계관 확장 [공식]" [Dreamcatcher, comeback confirmed on April 12th..Expanded worldview with 2nd regular album [Official]]. Naver News (koreya). March 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ "'쇼챔피언' 드림캐쳐, '메종'으로 1위 차지 "인썸니아 너무 감사해" [TV캡처]" ['Show Champion' Dreamcatcher takes 1st place with 'Maison' "Thank you so much Insomnia" [TV Capture]]. yhnews (koreya). December 29, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ Park, Sang-hoo. "드림캐쳐, 미니 7집 하이라이트 메들리… 높아진 컴백 기대감" [Dreamcatcher, 7th Mini Album Highlight Medley... Comeback expectations heightened] (koreya). JTBC. October 7, 2022. February 5, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024 – Naver vasitəsilə.
- ↑ "The best K-pop tracks of 2022". dazeddigital.com. December 14, 2022. December 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
- ↑ 1 2 3 4 5 6 7 Lee Jae-hoon. "'밍스' 아닙니다…'드림캐쳐'입니다" [It's not 'Minx'... This is 'Dream Catcher']. Newsis (koreya). January 29, 2017. January 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2024.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi saytı (yaponca)