Dan Şehtman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dan Şehtman
ivr.דן שכטמן‏‎
Doğum tarixi 24 yanvar 1941(1941-01-24)[1][2] (83 yaş)
Doğum yeri
Elm sahələri kristalloqrafiya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları İsrail mükafatı
Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dan Şehtman (ivr.דן שכטמן‏‎; 24 yanvar 1941[1][2], Tel-Əviv, Britaniya Fələstini) — İsrailli fizikkimyaçı, 2011-ci ildə "Kvazikristalların kəşfinə görə" kimya üzrə Nobel mükafatı laureatı[3] olmuşdur. 17 yanvar 2014-cü ildə o, İsraildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək qərarına gəlmişdir. Seçkilərin nəticələrinə görə, o, seçkilərin birinci turunda 120 səsdən 1 səs alaraq üzv seçilməmişdir. 2023-cü ildən ABŞ Milli Elmlər Akademiyasının üzvüdür.[4]

Dan Şehtman 1941-ci il ayının 24-də Təl-Əvivdə anadan olmuşdur. Onun atası, yeni mühacir İtzhak Şehtman mətbəədə çapçı işləyirdi.[5] Anası Nataniya Aşur 1906-cı ildə Ukraynanı ilk tərk etmiş pionerlər ailəsindən idi.[6] Şehtmanın valideynləri hələ o, yeniyetmə ikən boşanmışdılar.

Dan Şehtman Bat-Yam və Petah Tikvedə böyümüşdür. 1966-cı ildə Texniki Universitetdə bakalavr, 1968-ci ildə magistr, 1972-ci ildə isə fəlsəfə doktoru dərəcəsi almışdır. PhD dərəcəsini aldıqdan sonra Şehtman üç il ABŞ-ın Ohayo ştatındakı Rayta-Patterson Hərbi Hava Qüvvələri bazasında AFRL laboratoriyasında titan alüminidlərinin xüsusiyyətlərini öyrənmişdir. 1975-ci ildə Technionda materialşünaslıq şöbəsinə daxil olmuşdur. 1981-1983-cü illərdə Şehtman Cons Hopkins Universitetindən  yaradıcı məzuniyyətdə olduğu zaman ABŞ Milli Standartlar və Texnologiya İnstitutu ilə birlikdə alüminiumun keçid metalları ilə sürətlə soyudulmuş ərintilərini öyrənmişdir. Bu tədqiqatların nəticəsində ikosahedral fazanın və daha sonra kvazperiodik kristalların kəşfinə nail olmuşdur. 1992-1994-cü illərdə Şehtman ABŞ Milli Standartlar və Texnologiya İnstitutunda məzuniyyətdə idi və burada kimyəvi buxarın çökməsi ilə yetişən kristalların qüsurlu strukturlarının onların böyüməsinə və xassələrinə təsirini öyrənmişdir. 2004-cü ildə D.Şehtman Ayova Ştat Universitetində Eyims Laboratoriyasına qoşulmuş və indi burada ilin dörd-beş ayını keçirir.[7][8]

D. Şehtman 1996-cı ildə İsrail Elmlər Akademiyasının üzvü, 2000-ci ildə ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, 2004-cü ildə isə Avropa Elmlər Akademiyasının üzvü seçilmişdir.

2014-cü ildən Tomsk Politexnik Universitetinin Beynəlxalq Elmi Şurasına rəhbərlik edir.[9][10]

  • 1990 - Rotşild Mükafatı
  • 1993 - Dəqiq Elmlər üzrə Tədqiqat üzrə Veizmann Mükafatı
  • 1998 - Fizika üzrə İsrail Dövlət Mükafatı
  • 1999 - Fizika üzrə Volf mükafatı
  • 2000 - Qreqori Aminoff Mükafatı
  • 2000 - EMET Mükafatı (İsrail)
  • 2008 — Material Elmləri üzrə Avropa Cəmiyyətinin mükafatı
  • 2011 - Kimya üzrə Nobel Mükafatı ("Kvazikristalları kəşf etdiyinə görə")
  • 2012 - Çexiya Senatı sədrinin gümüş medalı (Çexiya)[11]
  • 2016 - Rusiya Elmlər Akademiyasının xarici üzvü (REA-xarici üzvü)[12]

Professor D.Şehtman asudə vaxtlarını zərgərlik məmulatları hazırlamaqla keçirir.[13]

Sosial fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərlə (GMO) mübarizəni dayandırmağa çağıran Nobel mükafatçılarının açıq məktubunu imzalamışdır.[14][15][16]

  1. 1 2 Daniel Shechtman // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Davos 2014 Participant List.
  3. The Nobel Prize in Chemistry 2011 (англ.). Nobel Media. Дата обращения: 5 октября 2011. Архивировано из оригинала 6 октября 2011 года.
  4. 2023 NAS Election. Дата обращения: 4 мая 2023. Архивировано 3 мая 2023 года.
  5. The man who knew too much. Дата обращения: 19 июня 2012. Архивировано 20 июня 2012 года.
  6. The Nobel Legacy. Дата обращения: 19 июня 2012. Архивировано из оригинала 11 февраля 2012 года.
  7. Iowa State prof wins Nobel in chemistry (англ.). Chicago Tribune. Дата обращения: 5 октября 2011. Архивировано из оригинала 6 октября 2011 года.
  8. Iowa State, Ames Laboratory, Technion Scientist Wins Nobel Prize in Chemistry (англ.). Newswise, Inc. Дата обращения: 5 октября 2011. Архивировано из оригинала 14 октября 2011 года.
  9. Нобелевский лауреат Дан Шехтман стал сотрудником ТПУ. Дата обращения: 1 сентября 2014. Архивировано 26 августа 2014 года.
  10. В ТПУ впервые прошло заседание Международного научного совета. Дата обращения: 1 сентября 2014. Архивировано из оригинала 3 сентября 2014 года.
  11. Stříbrné medaile předsedy Senátu. Дата обращения: 27 декабря 2023. Архивировано 19 сентября 2022 года.
  12. Генри Киссинджер стал академиком РАН. Дата обращения: 9 ноября 2016. Архивировано 24 июня 2018 года.
  13. https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B5%D1%85%D1%82%D0%BC%D0%B0%D0%BD,_%D0%94%D0%B0%D0%BD
  14. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 6 ноября 2016. Архивировано 29 июня 2016 года.
  15. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 6 ноября 2016. Архивировано 7 июля 2016 года.
  16. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 6 ноября 2016. Архивировано 2 сентября 2017 года.