Corc Bleyk
Corc Bleyk | |
---|---|
George Blake | |
| |
Digər adı | Georq Behar (George Behar) |
Doğum tarixi | [1] |
Doğum yeri | Rotterdam, Hollandiya |
Vəfat tarixi | 26 dekabr, 2020[2] |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri | Moskva |
Vətəndaşlığı | Birləşmiş Krallıq SSRİ Rusiya |
Milliyyəti | yəhudi |
Təhsili | Kembric Dauninq Kolleci |
Fəaliyyəti | casus |
Tanınır | Polkovnik kəşfiyyatçı |
Mükafatları | "Dostluq" ordeni (Rusiya) "Şəxsi Qəhrəmanlıq" ordeni "Vətən müharibəsi" ordeni Dövlət təhlükəsizlik xidmətinin fəxri əməkdaşı, Rusiya Federasiyası Xarici kəşfiyyat xidmətinin mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Bleyk (ing. George Blake) anadan olanda George Blake (George Behar)[3] 1966-cı ildən Georgi İvanoviç Bexter[4] (11 noyabr 1922[5][6], Rotterdam, Cənubi Hollandiya – 26 dekabr 2020[7], Moskva[8]) — Böyük Britaniyalı kəşfiyyatçı, MI6 zabiti, 1951-ci ildə şəxsi mülahizələri əsasında ikili agent kimi sovet kəşfiyyatçısı.[9] 1961-ci ildə Sovet kəşfiyyatının xeyrinə fəaliyyəti, ifşa olunduqdan sonra[9] Britaniya tarixində görünməmiş 42 illik həbs cəzasına məhkum edilmişdir. Bu o zamana qədər Britaniya tarixində ən böyük müddətli cəza idi (hazırda ikinci uzunmüddətli cəza sayılır, 1986-cı ildə uğursuz təyyarə terroru cəhdində ittiham olunan iordaniyalı Nazir Hindaviyə 45 il verildi).[10] 1966-cı il oktyabrın 22-də həbsdən qaçmışdı. Sonradan Moskvada məskunlaşmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Rusiya Xarici Kəşfiyyat xidmətinin polkovnikidir.
"Sovet İttifaqının tərəfinə keçən ən məşhur Britaniya kəşfiyyat zabitlərindən biridir" — deyə BBC qeyd edirdi.[9] "Əfsanəvi Sovet kəşfiyyatçısı" — Rusiyada Corc Bleyki belə adlandırırlar.[11]
"Lenin" ordeni kavaleri, Dövlət təhlükəsizlik xidmətinin fəxri əməkdaşı nişanı, "Kəşfiyyatda xidmətə" görə (sıra nömrəsi № 1) və Rusiya Federasiyası Xarici kəşfiyyat xidmətinin mükafatına layiq görülmüşdür.[12]
"Şəffaf divarlar" tərcümeyi-halına görə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (2007) mükafatı laureatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Georq (Corc) Behar (İngiltərə kralı V Georqun şərəfinə belə adlandırılıb[13]) 1922-ci ildə Niderlandda, Rotterdam şəhərində anadan olub. Anası holland Ketrin Beydervelen,[12] atası isə Misir əsilli[14][15] ərəb yəhudisi[16] (Bəzi mənbələrə görə Konstantinopol yəhudi-sefard[17] və ya başqa bir mənbəyə görə bir İspaniya yəhudisi idi.[9]), Britaniya vətəndaşlığı almış istefada olan zabit Albert Behar idi.[15] Birinci Dünya müharibəsində Britaniya tərəfində döyüşdüyünə görə ona Birləşmiş Kralığın vətəndaşlığı verilmişdi. Atasının 1936-cı ildə ölümündən sonra[17], yeniyetmə Corc bir müddət Qahirədə, varlı bankirə ərə getmiş bibisinin yanında qalır.[9] O, burada əvvəl fransız liseyində, sonra isə ingilis kollecində təhsil alır. Burada marksist, əmisi oğlu Henri Kuriel (daha sonra Misir Kommunist Partiyasının qurucularından biri oldu[15])[9]) tərəfindən solçu ideyalarla əhəmiyyətli dərəcədə təsirləndi. Eyni zamanda, Corc çox dindar idi və bir zamanlar doğma Hollandiyada keşiş olmaq istəyirdi.[13][17].
1939-cu ildə o, Niderlanda qayıdır.[9] Burada o, müharibə ilə qarşılaşır.[15] 1940-cı ildə Almaniya Niderlanda hücum edir. Almanlar kiçik ölkəni birgünə məğlub edəcəklərini düşünürdülər, amma hollandlar daha ciddi müqavimət göstərirlər, döyüşlər beş gün çəkir. Bu zaman Corcun doğma Rotterdam şəhəri amansız aviasiya hücumuna məruz qalır və İkinci Dünya müharibəsi zamanı total dağıntıya uğrayan ilk şəhər olur. Almaniya işğalı dövründə Corcun anası və bacıları İngiltərəyə qaçır[18], amma o qalır və Müqavimət hərəkatında iştirak edir. Corc hərəkatda əlaqələndirici idi, anti-faşist broşürlarının paylanması ilə məşğul olur[16][17] və buna görə dəfələrlə həbs olunmuşdu.[19]
İki il müddətində gizli müqavimət hərəkatında iştirak edən Corc 1942-ci ildə İspaniyadan keçərək İngiltərəyə gedir. Anasının təşəbbüsü ilə ailənin Behar soyadını Bleyk ilə dəyişməsi də bu zaman baş verir.[20]
Cəsusluq fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Corc Bleyk İngiltərədə əvvəlcə hərbi-dəniz donanmasında sualtı gəmilərdə xidmət edir.[2] 1944-cü ildə isə Məxfi Kəşfiyyat Xidmətində (daha çox Mİ-6 kimi tanınan SİS — Secret Intelligence Service) işləməyə başlayır.[21][22] Müharibə bitənə qədər SİS-in Niderlandda keçirdiyi əməliyyatlarla məşğul olur.[9][23]
1946–1947-ci illərdə işğal altındakı Almaniyanın Britaniya işğal zonasında fəaliyyət göstərən Bleyk, növbəti bir ili İngiltərədə rus dilini öyrənir.[2] Rəhbərlik onu əvvəlcə Kembric Universitetinə,[17] sonra isə Dauninq kollecinə oxumaq üçün göndərir.
1948-ci ilin payızında isə o, kəşfiyyat məqsədilə Seula göndərilir.[9] Burada Corc Vivian Holtun rəhbərliyi altında kəşfiyyatçı kimi çalışır və vitse-konsul vəzifəsi ilə maskalanır. Koreyaya gələn Bleykin vəzifəsi Çin və Şimali Koreya, eləcə də sovet Uzaq Şərqi haqqında məlumat toplamaq idi. Amma 1950-ci ildə şimallılar hücuma keçərək Seulu tutdu. Böyük Britaniyanın BMT mandatı altında müharibəyə qoşulmasından sonra isə ingilis diplomatları əsir alınırlar. Sonralar özünün dediyinə görə, Bleyk məhz həbsdə oxuduğu Marksın "Kapital" və Leninin "Dövlət və inqilab" əsərlərinin təsirilə, üstəlik ABŞ aviasiyasının Koreya kəndlərini bombalaması üzündən kommunist olur.[24] Bundan sonra Pxenyandakı SSRİ səfirliyinə məktub yazan Bleyk sovet kəşfiyyatı ilə əməkdaşlıq etmək istədiyini bildirir. Maraqlıdır ki, onun əsas şərtlərindən biri xidmətinə görə pul ödənilməməsi olur. Dediyinə görə öz təşəbbüsü ilə sovet kəşfiyyatı ilə əməkdaşlığa başlayır (agent adı "Homer").[22]
Bleykin 88-ci ildönümü üçün bir reportajda jurnalistin ona sualı: "Filmdən (Bleykə həsr olunur – Təxminən.) Marksın əsərlərindən çox təsirləndiyinizi öyrənirik – Şimali Koreyada əsirlikdə oxumuşdunuz. Bunun sizin inanclarınıza başqa nə kimi təsiri olmuşdur?
Bleyk: Hiss edirdim ki, lazım olan tərəfdə deyiləm. Bu da məni tərəfimi dəyişməyə sövq etdi. Mən əmin idim ki, kommunizmin qalib gəlməsi bəşəriyyət üçün daha yaxşı olar.[13] |
Corc Koreya müharibəsi bitdikdən sonra, 1953-cü ildə əsirlikdən azad edilir və Londona qayıda bilir. O, burada qəhrəman kimi qarşılanır. İngiltərədə yenidən yoxlamadan keşdikdən sonra[19] SİS-in mənzil qərargahında işləməyə başlayır. Bleyk texniki əməliyyatlar şöbəsinin müdir müavini vəzifəsində çalışır (xaricdə gizli telefon dinləmələri şöbəsi[15]).[16] Növbəti ildə evlənir, seçdiyi qız da elə SİS əməkdaşı olur. Bleyk SSRİ-yə sosialist bloku ölkələrində işə qəbul edilmiş MI6 agentləri haqqında çox sayda məlumat ötürür.[15] 1955-ci ildə isə onu Berlinə göndərirlər. Bleyk burada sovet vətəndaşlarını ingilis kəşfiyyatı ilə əməkdaşlığa cəlb etməli idi.
Corc Bleyk Berlində sovet vətəndaşlarını əməkdaşlığa cəlb etmək və məlumat toplamaq əvəzinə artıq əməkdaşlığa cəlb olunanlar barədə sovet tərəfinə məlumat verməklə məşğul olur. Onun nə qədər Qərb kəşfiyyatçısı və əməkdaşlığa cəlb edilən casuslar barədə məlumat verməsi hələ də dəqiq məlum deyil, bəzi ehtimallar var. Məsələn, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin SSRİ-də ilk əhəmiyyətli casusu sayılan Pyotr Popovun məhz Bleykin məlumatı əsasında həbs və edam olunduğu güman edilir.[25][26]
Sonralar MKİ-nın hazırladığı raporta əsasən, Bleyk SSRİ-yə 4720 səhifəlik məxfi sənədlər ötürüb. Onların arasında Qərb kəşfiyyatı ilə əməkdaşlıq edən agentlərlə yanaşı, SİS-in strukturu, maraqlandığı obyektlər, sosialist ölkələrinə qarşı əməliyyatları barədə məlumatlar olur.[27] Amma onun casusluq fəaliyyətinin ən önəmli hadisəsi "Qızıl" ("Gold") əməliyyatının ifşasıdır.[19]
"Qızıl" ("Gold") əməliyyatının məğzi Berlində yeraltı tunel qazaraq sovet hərbçilərinin istifadə etdikləri telefon xəttinə qoşulmaq idi. Əməliyyat 1954-cü ildə yayın sonlarında Amerika zonasında "anbar" tikməklə başlandı. Həmin tikilinin içindən isə əvvəlcə şaquli, sonra da sovet zonasına tərəf uzanan üfüqi tunel qazıldı. Yerin 6 metr dərinliyində, insanların sərbəst hərəkət edə biləcəyi diametrdə olan tunelin uzunluğu 450 metr idi və qurtaracağında sovet tərəfinin istifadə etdiyi yeraltı telefon xəttinə qoşulurdu. Tunel o dövrün ən müasir dinləmə texnologiyaları ilə təchiz edildi. 6,5 milyon dollara başa gələn işlərdən sonra 1955-ci il mayın 11-dən etibarən telefon danışıqları dinlənilməyə başlandı.
Bleykin əməkdaşlıq etdiyi SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi "Qızıl" əməliyyatı barədə xəbərdar olsa da, dərhal əks-tədbirlər görmədi, çünki bu, Bleyki ələ verə bilərdi.[28] DTK öz agentini qorumaq məqsədilə sovet hərbi kəşfiyyatını və Şərqi Almaniyanın "Ştazi" Təhlükəsizlik Nazirliyini belə telefon xətlərinin dinlənilməsindən xəbərdar etmədi. ATK özü isə danışıqlarını yerüstü telefon xətlərinə etibar edirdi. Yeraltı xətlərdən isə hərdən dezinformasiya ötürmək üçün istifadə olunurdu. Belə olan halda aydın idi ki, DTK-nın əvvəlcədən xəbərdar olması məsələni ciddi surətdə dəyişmirdi. Tunel fəaliyyət göstərirdi və amerikalılar önəmli məlumat toplayırdılar. Dinləmənin qarşısı mütləq alınmalı idi, amma bunu mənbəni təhlükəyə atmadan etmək lazım idi.
Bleykin 1955-ci ildə Berlinə göndərilməsi bu istiqamətdə ilk addım oldu. Çünki o, SİS-in dinləmələrə bilavasitə aidiyyəti olan "Y" şöbəsindən uzaqlaşdı. Amma bir qədər gözləmək və inandırıcı səbəb tapmaq lazım idi. Nəhayət, dinləmələrin başlamasında 11 ay sonra belə bir bəhanə tapıldı. 1956-cı ilin aprelin ikinci ongünlüyündə Berlində bir neçə gün davam edən leysan yağışlar yağdı. Bu yağışların güya telefon əlaqəsini korladığını əsas götürərək sovet və Şərqi Almaniya hərbi rabitəçiləri xətləri yoxlamaq üçün göndərildilər. Məhz bu zaman sözügedən tunel aşkar edildi. Ertəsi gün sovet tərəfi mətbuat konfransı keçirərək baş verənləri danışdı. Hadisə dünya gündəmində partlayan bomba effekti verdi. Tunelin aşkar olunması əməliyyatı inandırıcı alındı. Amerikalılar da, ingilislər də hər hansı xəyanətdən şübhələnmədilər və qısamüddətli araşdırmadan sonra tunelin təsadüfən aşkar olunduğu qənaətinə gəldilər.[29] Yalnız Bleykin 1961-ci ildə həbsindən sonra gerçək səbəb bəlli oldu.[30]
İfşa olunması və mühakiməsi
[redaktə | mənbəni redaktə et]Corc Bleyk təsadüf nəticəsində ifşa olundu. KQB-nin xüsusi qoruduğu qiymətli agenti xəyanətin güdazına getdi. Bleyk özü Qərbə işləyən agentləri ələ verdiyi kimi, onu da Qərbə tərəf keçən bir kəşfiyyatçı ələ verdi. Polşa hərbi kəşfiyyatının yüksək ranqlı zabiti Mihal Qolenevski 1959-cu ildən etibarən ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqə quraraq məxfi məlumatlar ötürürdü. 1961-ci il də isə Qərbə qaçdı.[31]
İngilislər Qolenevskinin verdiyi dolayı məlumatlar əsasında Corc Bleykdən şübhələnməyə başlayırlar. Həmin dövrdə Bleyk Livanda idi və ərəb dilini öyrənirdi. İngiltərəyə təcili çağrılmasından şübhələnsə də, gedib-getməməklə bağlı tərəddüd keçirsə də, sonda getməyi qərara alır. 1961-ci ilin aprelində Londona gələn kimi isə həbs olunur. İstintaqın əlində Bleykə qarşı sübutlar olmadığından öz etirafının alınması mühüm idi. İlk sorğu-sual zamanı o, günahını inkar edir. Nəhayət, təcrübəli müstəntiq Harri Şerqold "Biz bilirik, sənə əsirlikdə işgəncə veriblər, məcbur edilmisən" deyir. Bu sözlər nədənsə Bleykin qüruruna toxunur və o, "Mənə kimsə işgəncə verməyib, özüm təklif etmişəm" deyərək sovet casusu olduğunu etiraf edir.
Bleykin məhkəməsi elə həmin ildə, bağlı qapılar arxasında keçirildi. O zaman Britaniyada edam cəzası hələ mövcud olsa da, dinc dövrdə casusluğa görə nəzərdə tutulmurdu. Qanunvericiliyə görə bir cinayət üçün ən böyük müddətli cəza 14 il idi və Bleyk də ən pis halda bu qədər alacağını düşünürdü. Amma hakim onun əməlini üç müxtəlif epizoda böldü və hər birinə görə maksimum cəza təyin edərək üst-üstə topladı. Bleyk 42 il həbs cəzası aldı. Bu, o zamana qədər Britaniya tarixində ən böyük müddətli cəza idi (hazırda ikinci uzunmüddətli cəza sayılır, 1986-cı ildə uğursuz təyyarə terroru cəhdində ittiham olunan iordaniyalı Nazir Hindaviyə 45 il verildi).[32]
Xatirələrində Bleyk yazırdı: "Əgər 14 il cəza alsaydım, kədərlənərdim. 42 il o qədər qeyri-real idi ki, mən heç bir reaksiya verə bilmədim".[29]
Qaçışı
[redaktə | mənbəni redaktə et]Bleyk cəzasını Londonun qərbində yerləşən Uormvud-Skrabs həbsxanasında çəkir. Qolenevskinin məlumatları əsasında həbs olunan başqa bir sovet kəşfiyyatçısı Konon Molodıy da burada saxlanılırdı. Həbsxana rəhbərliyinin diqqətsizliyi səbəbindən onlar bir müddət əlaqə saxlaya, müzakirələr apara və xatirələrini bölüşə bilirlər.[33] Belə söhbətlərin birində Molodıy Bleykə söyləyir: "Corc, Oktyabr inqilabının 50 illiyi (1967-ci ildə) təntənələrində Qızıl meydanda birlikdə olacağıq". Molodıyın belə nikbin olması üçün əsas vardı. O, sovet vətəndaşı idi, İngiltərədə başqa adla qeyri-leqal fəaliyyət göstərirdi. Buna görə də SSRİ-yə veriləcəyinə, dustaq mübadiləsinə ümid edə bilərdi. Belə bir mübadilə 1964-cü ildə baş verdi: Molodıyı SSRİ-də həbs olunan ingilis kəşfiyyatçısı Qrevil Vinn ilə dəyişdirildi.[34]
Bleyk isə sovet vətəndaşı deyildi. Üstəlik, İngiltərə vətəndaşı olsa belə, ona ögey münasibət vardı, çünki ingilis deyildi, holland-yəhudi kökənli idi, Niderlandda anadan olmuşdu. Əslində öz doğma vətənini satmaq daha ağır cinayət sayılmalı və daha ağır cəzaya səbəb olmalı idi. Bleyk nümunəsində isə əksinə idi, özgə sayıldığına görə ağır cəza kəsmişdilər. Müqayisə üçün göstərim ki, "Kembric beşliyi" adını alan və SSRİ-nin xeyrinə casusluq edən qrupun iki üzvü – Entoni Blant və Con Kernkross 1964-cü ildə Məxfi Kəşfiyyat Xidmətinə (daha çox Mİ-6 kimi tanınan SİS — Secret Intelligence Service) öz günahlarının etirafı və bildikləri bütün məlumatları bölüşmələri müqabilində hüquqi təqibdən immunitet qazandılar (beşliyin digər 3 üzvü SSRİ-yə qaçdı).[35]
Beş il həbsdə yatdıqdan sonra, Bleyk agent mübadiləsi yolu ilə sərbəst buraxılma şansının olmadığını başa düşdü.[36] Blant və Kernkrossun etirafları uzun müddət gizli saxlanıldı. Bleykin həbsxana yoldaşlarının onlardan xəbərləri və müqayisə imkanları, təbii ki, yox idi. Bununla belə, onlar da 42 il müddətinə həbsi ədalətsiz və amansız hesab edirdilər. Belə dustaqlardan üçü Bleykin həbsxanadan qaçışına kömək etdi. Maykl Rendl və Pet Pottl nüvə silahı əleyhinə hərəkatın fəalları idilər. Onlar Esseks qraflığında ABŞ hərbi-hava qüvvələrinin ixtiyarında olan Uetersfild bazasına qanunsuz müdaxilə cəhdi ittihamı ilə tutularaq 18 aylıq həbs cəzası almışdılar. Şon Burk isə qanunla mütəmadi problemləri olan irlandiyalı idi. O, 1961-ci ildə bir polisə bombalı məktub göndərdiyinə görə həbs olunmuşdu. Partlayış nəticəsində kimsə ölmədiyindən cəzası 7 il idi. Nüvə əleyhdarları özlərinin qısamüddətli cəzalarını çəkərkən Bleyklə dostlaşdılar. Sonralar Bleyk haqqında çəkiləcək sənədli filmə müsahibə verən Rendl deyirdi: "Biz onun etdiyini bəyənmirdik. Casusluq, xüsusən rusların xeyrinə, bizim ürəyimizcə deyildi. Amma 42 illik həbsi də doğru və ədalətli saymırdıq". Az sonra onların cəza müddəti bitdi və azadlığa çıxdılar. Şon Burk isə həbsxanada "New Horizon" adlı qəzet buraxırdı, Bleyk də qəzet üçün məqalələr yazırdı. Burk Bleykə kömək etməkdə daha qərarlı idi. Bir müddət sonra onun rejimi yumşaldı: gündüz azadlıqda olur, gecələr isə həbsxanaya qayıdırdı. O, bundan istifadə edərək Rendl və Pottlla əlaqə yaradır, qaçış planını müzakirə edirlər.[19] 1964-cü ildə "Oskar" mükafatına layiq görülən "Tom Cons" filminin prodüseri və rejissoru Toni Riçardson isə qaçışı maliyyələşdirdi.[37]
Günlərin birində Burk həbsxanaya qayıdarkən özü ilə ratsiya keçirə bilir. Bununla da Bleykin Rendl və Pottlla ünsiyyəti asanlaşır. Onlar ratsiya vasitəsilə qaçışın detallarını müzakirə edirlər. Bir qədər sonra Burk özü də vaxtından əvvəl azadlığa buraxılır. 1966-cı il oktyabrın 22-də, şənbə günü, axşam saat 6–7 aralarında başqa dustaqlar filmə tamaşa edərkən Bleyk öz kamerasının yerləşdiyi dəhlizin sonunda pəncərəni sındıraraq həbsxananın həyətinə çıxdı və əsas divara tərəf qaçdı. Divarın o tayında gözləyən Burk ratsiya vasitəsilə xəbər aldıqdan sonra Bleykə kəndir nərdivan tulladı. Bleyk hasarı uğurla adlasa da, aşağı enəndə yıxıldı və qolunu sındırdı. Amma bu, qaçışa mane olmadı. Saat 9-da onlar Burkun əvvəlcədən tutduğu mənzildə televizorda xəbərlərə baxırdılar. Əsas mövzu Corc Bleykin həbsxanadan yoxa çıxması idi.[20]
Böyük Britaniya hökuməti anlayırdı ki, Bleyk ölkədən çıxmağa çalışacaq və buna görə də hava və dəniz limanları nəzarətə alındı, eləcə də yollarda yoxlamalar həyata keçirildi. Amma Bleyk də hökumətin bu addımları atacağını bilirdi və ajiotaj yatmayana qədər ölkədən çıxmaq cəhdinin çox riskli olduğunu anlayırdı. Buna görə də bir müddət dostlarının tutduqları müxtəlif evlərdə gizləndi və ilk növbədə sınmış qolunun müalicəsi haqqında düşündü. Nəhayət, etibar etdikləri doktor tapıldı.[38] Qaçışdan yalnız ayyarım keçəndən sonra Maykl Rendl "Folksvagen T1" minivenində arvadı və iki uşağı ilə Avropaya milad səyahəti bəhanəsi ilə yola düşdülər. Minivendə gizli yer düzəldilmişdi və Bleyk hər hansı zərurət yarandıqda orada gizlənirdi.[39]
Duvr limanına gələn yolçular buradan bərə ilə Belçikaya, oradan da Qərbi Almaniyaya keçdilər və yollarına minivendə davam etdilər. Şərqi Almaniyanın sərhədi yaxınlığında Bleyk maşından düşdü, Rendllə vidalaşdı və keçid məntəqəsinə doğru yollandı. O, Şərqi Almaniya hərbçilərinə sovet nümayəndəsi ilə görüşmək istədiyini bildirdi. Bleyk Şərqi Almaniyaya çatanda artıq dekabrın 18-i idi.[32]
SSRİ-də
[redaktə | mənbəni redaktə et]Moskvada ona sovet vətəndaşlığı və polkovnik hərbi rütbəsi verildi[40] Həbsxanadan qaçışından bir il sonra Corc Bleyk Oktyabr inqilabının 50 illik yubileyi münasibətilə təşkil edilən paradda Qırmızı meydanda, Konon Molodıy ilə birlikdə idi. KQB-də məsləhətçi işləyir, Xarici Kəşfiyyat Akademiyasında dərs deyirdi. SSRİ-nin Lenin, Qırmızı Bayraq, I dərəcəli Vətən müharibəsi, "Şəxsi igidliyə görə", Rusiyanın Dostluq ordenləri ilə təltif olundu.[19]
Bleykdən az sonra Şon Burk Moskvada peyda oldu və ilyarım sovet hökumətinin xüsusi pensiyası ilə yaşadı. Amma sovet həyatı ona görə deyildi. Tezliklə İrlandiyaya qayıtdı və burada Corc Bleykin qaçışı barədə kitab yazdı. Böyük Britaniya onun ekstradisiyasını istəsə də, İrlandiya razı olmadı. İçki aludəçisi olan Burk 1982-ci ildə 48 yaşında vəfat etdi. SSRİ-nin çökməsinə baxmayaraq, ömrünün sonuna qədər kommunist qaldı. Özünü satqınlıqda ittiham edənlərə isə belə cavab verirdi: "Satmaq üçün əvvəl mənsub olmaq lazımdır. Mən heç vaxt İngiltərəyə mənsubluğumu hiss etməmişəm. Özümü bir qədər niderlandlı, daha çox isə kosmopolit sayıram".[41]
"Başqa seçim yoxdur" və "Şəffaf divarlar" adlı avtobioqrafik kitablar yazdı. Ömrünün sonuna qədər Moskva yaxınlığında Kratovodakı bağında yaşadı.[42] Ömrünün son illərində görmə qabiliyyətini itirmişdi.[19] 26 dekabr 2020-ci ildə qəfil ürək tutmasından vəfat etmişdir.[43][44] Rusiya Prezidenti Vladimir Putin corc Bleykin ailəsinə və yaxınlarına başsağlığı vermişdi.[45]
30 dekabr 2020-ci ildə Moskvadakı Troyekurov qəbiristanlığında fəxri qaravul ilə Qəhrəmanlar xiyabanında dəfn edilmişdir.[4]
Corc Bleyk SSRİ-də İda Karayeva adlı rus qadınla yenidən ailə qurdu (onlara Kim Filbinin həyat yoldaşı Rufina Puxova-Filbi tanış etmişdi[42]). Oğlu — Mixail (1971-ci il təvəllüdlü). Birinci arvadı (1954–1966-cı illərdə evli) — Julian Allan, SIS-də birlikdə çalışırdılar; onundan üç oğlu olmuşdu.[15] Bleykin doqquz nəvəsi var.[17][46]
Xarici Kəşfiyyat Xidməti qərargahının ərazisində 2020-ci ilin sentyabrında açılan bütün dövrlərin rus kəşfiyyat zabitlərinin abidəsində Corc Bleykin bürüncdən düzəldilmiş portreti də var.[47][48]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Dostluq" ordeni (Rusiya)
- "Şəxsi Qəhrəmanlıq" ordeni
- "Lenin" ordeni
- "Vətən müharibəsi" ordeni
- Dövlət təhlükəsizlik xidmətinin fəxri əməkdaşı
- Rusiya Federasiyası Xarici kəşfiyyat xidmətinin mükafatı
- "Dostluq" ordeni (Rusiya)
- Oranj-Nassau ordeni
Nikolay Dolqopolov "Əsas düşmən. SSRİ üçün Gizli Müharibə" kitabında Xarici Kəşfiyyat Xidmətində çalışan çox yüksək rütbəli şəxsə "istinad" edərək, C. Bleykə "Rusiya Qəhrəmanı" adının verilməməsinin yalnız Böyük Britaniya ilə münasibətlərdə gərginlik yaratmamaq səbəbindən irəli gəldiyini iddia etmişdir.[2]
Mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]Corc Bleyk ilk dəfə televiziyada 1990-cı ildə "Etiraf" sənədli filmində (Novosti Press Agentliyi və BBC Televiziyasının birgə istehsalı) görsənmişdir. Filmin rejissoru Kseniya Şerqova, BBCdən prodüseri Tom Bov idi. Film 1990-cı ildə Kannda FIPA D’OR mükafatını qazanmışdı. Simon Qreyin Cell Mates (1995) pyesi Blake və Şen Bruk haqqındadır. Bleyk rolunda Stephen Fry və Bruke rolunda Rik Mayall rol almışdır. Pyes uğur qazanmadığından səhnədən götürülmüşdür.[49]
Alfred Hiçkok Bleyk personajının əsas götürüldüyü "Qisa Gecə" adlı bir film çəkməyi planlaşdırırdı, lakin bunu etmədən vəfat etdi.[50] 2015-ci ildə BBC 92 yaşındakı Bleyk haqqında bir sənədli film hazırladı, bura Corc ilə reportajları da daxil idi. Film "Masterspy of Moscow – George Blake" adlanır.[51]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Военная Литература, Иного выбора нет. М.: Совершенно секретно, 1991.
- Прозрачные стены. М.: Молодая гвардия, 2006.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "George Blake (II) (1922–2020)". 2019-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 4 "Arxivlənmiş surət". 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ IMDb (ing.). 1990.
- ↑ George Blake // SNAC (ing.). 2010.
- ↑ George Blake, l’agent double britannique qui espionnait pour les Soviétiques, est mort (fr.). / J. Fenoglio Paris: Société éditrice du Monde, 1944. ISSN 0395-2037; 1284-1250; 2262-4694
- ↑ Infamous British-Soviet double agent George Blake dies in Moscow. Nyu-York: 2020.
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Arxivlənmiş surət". 2020-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Ha тот момент самый длительный срок, когда-либо присуждавшийся британским правосудием; будет побит впоследствии лишь единожды [1] Arxivləşdirilib 2020-12-29 at the Wayback Machine.
- ↑ "Arxivlənmiş surət". 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 http://www.chekist.ru/article/3354[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2020-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2020-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 4 5 6 "Arxivlənmiş surət". 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 4 5 6 "Arxivlənmiş surət". 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 "George Blake obituary". BBC. 26 December 2020. 26 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 "Arxivlənmiş surət". 2020-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ http://www.chekist.ru/article/3821[ölü keçid]
- ↑ William Hood. Mole (New York: Ballantine, 1983), pp. 246–247.
- ↑ "Пётр Попов". Agentura.ru. 2011-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-21.
- ↑ "The Confession" BBC TV 3 October 1990
- ↑ "Betrayal in Berlin: The True Story of the Cold War's Most Audacious Espionage Operation". Washington Independent Review. 18 November 2019. 15 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 "Biography George Blake". 2014-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-28.
- ↑ "Cold War Double Spy George Blake Dies At 98". NPR. 28 December 2020. 30 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Wright, Peter. Spycatcher: The Candid Autobiography of a Senior Intelligence Officer. Stoddart Publishing. 1987. səh. 135.
- ↑ 1 2 "George Blake obituary". Guardian. 26 December 2020. 26 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Obituary John Quine Arxiv surəti 26 dekabr 2020 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 26 dekabr 2020 at the Wayback Machine. Daily Telegraph (12 June 2013).
- ↑ И. Мутовин. "Шпион века" (rus). [2]. 2012-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-20.
- ↑ "George Blake exemplified the desolation, waste and treachery of the cold war". The Guardian. 27 December 2020. 1 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2021.
never belonged to Kim Philby’s elite traitors’ club
(#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters) - ↑ В. Путин поздравил с 90-летием разведчика Дж. Блейка. — Новости дня Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine РосБизнесКонсалтинг
- ↑ John Quine Arxivləşdirilib 2013-06-13 at the Wayback Machine Telegraph
- ↑ "Priest admits hosting George Blake after 1966 prison escape". Irish Times. 17 March 1997. 15 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Rusbridger, James. The Intelligence game: The Illusions and Delusions of International Espionage. London: I.B. Tauris. 1991. səh. iarchive:intelligencegame0000rusb/page/52/mode/1up. ISBN 1-85043-338-0. OCLC 59990814.
- ↑ "Arxivlənmiş surət". 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Джордж Блейк: "Мне не в чём оправдываться" Arxivləşdirilib 2016-08-28 at the Wayback Machine Чекист.ru
- ↑ 1 2 "Arxivlənmiş surət". 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Умер перешедший на сторону СССР сотрудник MI6 Джордж Блейк". РБК (rus). 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Не стало легендарного разведчика": в Москве умер Джордж Блейк. Советский разведчик Джордж Блейк умер в возрасте 98 лет Arxivləşdirilib 2020-12-26 at the Wayback Machine // Газета.Ru, 26. dekabr 2020
- ↑ "Arxivlənmiş surət". 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2021-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2020-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2020-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Hill, Amelia. "Stephen Fry returns to London stage 17 years after abandoning Cell Mates". The Guardian. 21 September 2012. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Hermiston, 2013. səh. 12
- ↑ Storyville – Masterspy of Moscow – George Blake, 26 December 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: 8 November 2017
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Blake, George. No Other Choice. London: Jonathan Cape. 1990. ISBN 0-224-03067-1.
- Hermiston, Roger. The Greatest Traitor: The Secret Lives of Agent George Blake. London: Aurum Press. 2013. ISBN 978-1-78131-046-5.
- "George Blake Escapes". Witness History. 23 October 2011.
- Bourke, Sean. The Springing of George Blake. London: Cassell. 1970. ISBN 0-304-93590-5.
- Kalugin, Oleg. The First Directorate. St. Martin's Press. 1994. ISBN 978-0-312-11426-8. OCLC 1034683217.
- Stafford, David. Spies Beneath Berlin. London: John Murray. 2002. ISBN 0-7195-6323-2.
- West, Nigel. Seven Spies Who Changed the World. London: Secker & Warburg. 1991. ISBN 0-436-56603-6. OCLC 24747407.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Radio interview (in Dutch) (OVT, VPRO) with George Blake, by Hans Olink (1999) (ing.)
- Биография на сайте Службы внешней разведки Российской Федерации (rus.)
- Власти Великобритании проиграли суд против бывшего советского агента (rus.) lenta.ru 28. sentyabr 2006
- Джордж Блейк на сайте Службы внешней разведки (rus.)
- Николай Долгополов."Берлинский тоннель" и дерзкий побег. Невероятная судьба разведчика Блейка ("Аргументы и факты", 30. dekabr 2020) (rus.)
- https://cambridge5.ru/page8837803.html (rus.)
- http://www.chekist.ru/article/1750 (rus.)